Çarə Türk-İslam Birliyi, İslam Birliyidir. Yoxsa bu acı və qarışıqlıq bitməyəcək. Lakin Allah mütləq qəbul etdirəcək. Bu, görünür, rədd edilməsi mümkün deyil.
Quran dükanlarda da olmalıdır. Hər yerdə insanlara paylamaq, satmaq lazımdır. Bu vacibdir. Quran, iman ən gözəl nemətlərdəndir, inşaAllah.
(A9 TV; 24 Avqust 2012)
Adnan Oktar
-
Darvinist, materialist olaraq, ateist düşüncəni müdafiə edərək və yaxud dialektik fəlsəfəni müdafiə edərək PKK-ya qarşı mübarizə aparmaq olmaz. Çünki PKK-nın mübarizə aparmasının səbəbi materializmdir.
(A9 TV; 24 Avqust 2012)
Adnan Oktar
-
Fəlakətlərin səbəbi Mehdiyyətə müqavimətin olmasıdır. Mehdiyyətə müqavimət göstərməyənlər yüksələr. Mehdiyyətə müqavimət göstərənlər isə həlak olar. Eşitmədim və ya eşitməmişik yoxdur. Əminliklə Mehdiyyət irəliləyəcək.
(A9 TV; 24 Avqust 2012)
Adnan Oktar
-
Quranla iç-içə yaşamaq lazımdır. Yastığında altında, başının altında olar. Səhər qalxan kimi, yatmazdan əvvəl, nahar vaxtı oxuyarsan. Qurandan uzaq tutmaq üçün şeytan min bir cür yol sınayar, bunu Allah adına edər . Allah ayədə belə buyurur: "Şeytan sizi heç vaxt Allah adı ilə aldatmasın".
(A9 TV; 24 Avqust 2012)
Adnan Oktar
-
Allahın Kitabı Quranı alıb oxuyar, öpər, əl-üzünə sürtər, başının altına qoyarsan. Allahın Kitabı çörək kimidir. Qurandan insanları uzaqlaşdırmayın! İstədiyin vaxt, istədiyin kimi açıb oxuya bilərsən.
(A9 TV; 24 Avqust 2012)
Adnan Oktar
-
Darvinist, materialist ikən dindar olmaz. Əvvəlcə o bəladan xilas olmalıdır.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
PKK hərəkatı da Mehdinin çıxmasına səbəb olacaq. Çünki Hamiyyəti İslamiyyəni cərəyan etdirir. İnsanlarda Allaha, Qurana yaxınlaşma hissi çox şiddətlənir.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Türkiyənin ikinci bir çıxış yolu yoxdur, mütləq Mehdiyyət olmalıdır . Vəzifəsi budur. Allah elə yaradıb. Müqəddəs əmanətləri Allah yüz ildən bəri bu günə gətirdi, Mehdi üçün hazırladı. İstanbulu 1453-cü ildə fəth edərək türklərə təslim etdi. Dünya xüsusi olaraq hazırlanıb, xüsusi olaraq İstanbulda məscidlər tikildi.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Şeytandan Allaha sığınıram, Allah Quranda belə buyurur: "Ey örtüsünə bürünən, qalx qorxut". Örtüyünə bürünən Mehdi zühur edəcək, inşaAllah. Bu örtülər qalxarkən əzab, acı yaranar. Uşaq doğularkən də qadın əziyyət çəkər, amma sonda doğar. Doğum sancısı vardır. Səbir edən çox böyük savab alacaq.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Mehdiyyətin 70 qapısı vardır. 70 bağlı qapı tək-tək açılır. Bütün qapılar açılacaq, Mehdiyyət ortaya çıxacaq.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Xüsusi olaraq dəccaliyyət yaradıldı. Hal-hazırda dəccaliyyət aradan qaldırılır. Suriyaya, İraqa dəccalı Allah gətirdi, Allah da çıxarar. Mehdiyyətin qapıları açılır.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Hz. İsa Məsihin, hz. Musa (ə.s) zamanını da Allah hazırladı. Hz. İbrahim (ə.s.) dövründə də elə etdi, amma bütün dünyada yenidən hazırlanır. Hz. Adəm (ə.s)-dan bəri yüksək səviyyədə hazırlanır.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Mehdiyyət yorulmadan fəaliyyət göstərir. Allah Mehdiyyət üçün Türkiyəni və Yaxın Şərqi hazırlayır. İnsanlar elə düşünür ki, fəlakət baş verir. Lakin fəlakət olmur, belə qurulur. Bu tənzimləmə sırf Mehdiyyət üçündür. Yəni bu sizi qorxutmasın.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Biz ödəniş istəmirik. Allah rizası üçün İslamı izah edirik. Allaha xidmət etmək haqla olmaz.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Allah adamının pul qarşılığında Allah yolunda xidmət etməsi haramdır. Buna görə pulsuz, hətta özü ödəniş verərək xidmət edir. Kitab alır paylayır, öz pulu ilə insanlara yardım edir.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Bizim bütün tariximiz belədir. Bir dəfəyə yüz min, iki yüz min şəhid verirdik. Biz elə millətin övladlarıyıq. Bu, unudulmayacaq, inşaAllah.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Hər gün ağlamaq, pərişan olmaq nəticəsində bir çox insan sonda geri addım atar, Allah qorusun. Bu çox təhlükəlidir. Dayanmadan igid və cəsur millət olduğumuzu göstərməkdə məsuliyyət daşıyırıq.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Məğlub edilən ağlayar, qalib gələn isə gülər. Biz güləcəyik, güclü olacağıq və bu gücümüzü, qüdrətimizi göstərəcəyik. İgid, cəsur, qorxmaz millət olduğumuzu göstərəcəyik.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Əhəmiyyətli şəxsiyyətlərin qadın və ya kişi olsun ağlaması doğru deyil. Xahiş edirik, mətbuata belə xəbərlər verilməsin. Bu pərişanlıq, gücsüzlük və məğlubiyyət, qarşı tərəfinsə zəfəri olaraq qəbul edilə bilər.
(A9 TV; 23 Avqust 2012)
Adnan Oktar
-
Qurtuluş yolu İslam Birliyi və Mehdiyyətdədir. Ondan kənar qurtuluş yoxdur.