Bütün dünyada həm iqtisadiyyat, həm də dünya çökür. İMANSIZLIĞIN BƏRƏKƏTSİZLİYİ, UĞURSUZLUĞU DÜNYANIN ÜSTÜNƏ ÇÖKÜB. Dünyanın üstünə böyük uğursuzluq çökdü . MEHDİ ZÜHUR ETMƏYİNCƏ BU UĞURSUZLUQ HƏLL EDİLƏ BİLMƏZ, ARADAN QALDIRILMAZ.
Məscid eyni zamanda cəm evidir. Adından göründüyü kimi cəm edilən yerdir. Cəm evində də istəsən gedib namaz qıla bilərsən, Aləvi bacı-qardaşlarımız məsciddə də istəsə namaz qılar, söhbət edər.
Səmimiyyətsiz din anlayışı insanların ağlını pozar.
İslam Birliyi üçün toplaşaq, birlikdə ittifaq edək. Təfsilatlara girməyək. Allah da, Peyğəmbər də, qiblə də, Kitab da birdir, vəssalam.
İslam Birliyi üçün sürətlə çalışaq. Şeytan çox asan olanı çətin göstərir. Qürurla davranmayaq .
Hal-hazırda ən əhəmiyyətli olan müsəlman camaatların, qrupların, milliyyətçi qrupların hamısının bir-biri ilə möhkəm əlaqə yaratmalarıdır. Belə bir gücü qarşısında görən PKK geri addım atar.
Hər mədəniyyət çox zövqlü və gözəldir. Heç bir mədəniyyətin yox olmasını istəmərik. Hər mədəniyyət zənginləşdiriləcək. Təbii ki, Mehdiyyət zamanında olacaq. Qarşıdakı illərdə bunları görəcəksiniz, inşaAllah.
Türk-İslam Birliyi. Türkiyə lider olacaq. Liderin adından deyirik. Ucsuz-bucaqsız ərazidə tək lider olacaq. Başqa heç kim etmədiyinə görə təbii ki, Türk-İslam Birliyi deyəcəyik.
Türk İslam Birliyində mədəniyyət yox olmaz. Əksinə mədəniyyət daha inkişaf edər, mükəmməlləşər.
Mehdiyyət mükəmməllik deməkdir, QÜSURSUZLUĞA YAXIN MÜKƏMMƏLLİK DEMƏKDİR. Bu, hər şeydə möhtəşəmlik, yaxşılıq, gözəllik, təmizlik, keyfiyyət, azadlıq, sevinc deməkdir.
Mehdiyyət dövründə gənc qızlar həyatlarının ən gözəl dövrünü yaşayacaqlar. İndi dəyərləri o qədər bilinmir. Dünyanın bir çox yerində belədir. Nə sevgidən zövq ala bilirlər, nə xoşbəxtliyi yaşaya bilirlər, nə də azadlığı... O dövrdə istədikləri kimi geyinəcək və əylənəcəklər. Hər yerdə can təhlükəsizliyi olacaq.
Türk- İslam Birliyi hər kəsə zorla namaz qıldırmaq, zorla insanların içki içməsini qarşısını almaq demək deyildir. Türk-İslam Birliyində əyləncənin ən yaxşısı olacaq. İçki içmək istəyən də içər. Heç kim qarışa bilməz.
Kommunist və yaxud ateist qorxunun səbəbi iman etmək qorxusudur. İman edəcəklərinə dair yetərli dəlillərlə qarşılaşanda, dəhşətli qorxuya düşərlər. Çünki o artıq özünə bir həyat qurub. Allahı inkar edib. Ona görə hər cür haram iş görür, hər cür etməməli olduğu şeyləri edir. Və qəlbi də rahatdır. Çünki Allahın olmadığına əmindir, haşa. Axirətin olmayacağına, hesab verməyəcəyinə əmindir.
Peyğəmbərimiz (s.ə.v.) müşriklərə də şəfqət göstərirdi, kitab əhlinə də, hər kəsə İslamı izah edirdi. Nifrətlə nəyəsə nail olmaq olmaz . Sevgi ilə, şəfqətlə, mərhəmətlə, ağılla, elmlə, sənətlə, gözəlliklə nəticə əldə etmək olar.
Masona nifrət etsən, Qurana uyğun davranmamış olarsan. Əgər səhv yoldadırsa, şəfqətlə İslama dəvət etməlisən. Doğru hərəkət edirsə, onsuz da müttəfiqindir. Birlikdə hərəkət edərsən. Əksik məlumatı vardırsa, SƏN ƏMRİ BİLMARUF və NƏHYİ ANİLMÜNKƏRLƏ MÜKƏLLƏFSƏN. NİFRƏT ETMƏKLƏ DEYİL.
İsrail bir peyğəmbər adıdır. İsraili onsuz da sevirik. İsrail dövlətinin içində yaxşısı da, pisi də var. Yaxşılarını, mazlumlarını sevirik. Pislərini sevmirik, amma yaxşı olmaları üçün də səy göstəririk.
Ateist, Allaha inanmayanlar Allah xatırladıldığı zaman dəhşət içində olarlar. Bundan əlavə onlar özlərini təkamülə, Darvinizmə uyğunlaşdırdıqları üçün, Darvinizmin saxta olduğunu anlamaq onlara çətin gəlir. Çünki Darvinizm saxtadırsa, deməli Allah vardır. Allahın mövcud olması, axirətin də olduğunu göstərir. ONLARDAKI AXİRƏT QORXUSU ÖLÜM QORXUSUNDAN DA BETƏRDİR.
Masonlar, təbii ki, bizim anladığımız mənada dindar deyillər, amma dindarlara zəmin hazırlayacaq, asanlığı təmin edən quruluşdur.
Masonların tək istədikləri şey, yəni səmimi olaraq mənim gördüyüm, İslamın dünyaya hakim olması, sülhün gəlməsidir. İslamın hakim olmasında onları əsl maraqlandıran sevgi, sülh, qardaşlıq, dostluq, qanın dayanması, döyüşlərin olmaması, sənətin və elmin hakim olmasıdır. Bu həmçinin də Mehdiyyət deməkdir.
Allahı sevmədən sevgini yaşaya bilməzsən. ALLAHA SƏMİMİ İMAN ETMƏDƏN XOŞBƏXT OLMAQ DA MÜMKÜN DEYİL. Elə olsa dünya kabusa dönər. Allah eşqlə səmimi sevildiyi zaman dünyanı gözəlləşdirər.
Allaha inancı olmadıqdan sonra sevginin də bir mənası olmur.