Bütün dünya dəccaliyyət tərəfindən qəfəs halına gətirildi, min bir cür lazımsız qanun ilə insanlar mərhəmətsizcə əzilir, gənclər nəfəs ala bilmir. Cəmiyyətin minlərlə çoxsaylı qanunu insanların xoşbəxtliyini, yaşama sevincini əllərindən alır. Təkcə funksional şeylərlə yaşayır, keyfiyyət axtarmırlar.
Allah kainatın sirlərini zaman içərisində yavaş-yavaş insanlara öyrədir. Bu sirləri gizlədən də, açdırıb tapdıran da Allahdır.
Bəzi qruplar Bədiüzzamanı çox yanlış tanıyırlar. Atatürk, Bədiüzzamanın dəyərini bilir və çox hörmət göstərirdi. O da Atatürkü sevərdi. Atatürk də, Bədiüzzaman da Mehdi öncülü olan mübarək insanlardır.
Bir şəhərdə beton divarlar, tikanlı məftillər çoxdursa sevgi azalmış deməkdir. Biz tikanlı məftillərin olmadığı bir dünya istəyirik.
Amerika xalqının dindarlığı və Allah sevgisi çox gözəldir. Bizim canlı verilişlərimizin də, ən çox seyr edildiyi yerlərdən biri Texasdır.
İslam anlayışında malı yığıb toplamaq, pulu əldə tutmaq yoxdur. Pul və mal həmişə xərclənib paylanılarsa iqtisadiyyat çox güclü olar.
Səid Nursi həzrətləri dünyanı idarə edən mənəvi məclisin millət vəkilidir. Çox dəyərli insandır. Bədiüzzaman öz əsrinin ən müasir müsəlmanıdır. Müvəffəqiyyətlə müasir səhabə anlayışını müdafiə edən insandır.
Kitab əhlindən, yəni xristian və ya musəvi qadınla müsəlman kişi evlənə bilər. Qurana görə bu halaldır.
İrqçilik "mənim, mənə aid, mənim mülküm" demək üçün yaradılmış düşüncədir. Mənim ailəm deyir, amma onları mülk olaraq görür. Bu eqoistliyin cəmiyyətə əks olunması isə, irqçiliyi ortaya çıxardar. İrqçilik milli eqoistliyi və şeytanın fikri olaraq məğlub edilməsi ilə kökündən yox olacaq.
Asan imtahanla əbədi həyat qazanılmaz. Əbədiyyət üçün çox yaxşı imtahandan, çox əhatəli təhsildən keçmək lazımdır.
İmtahanın təfərrüatları insana ağlasığmaz zənginlik bəxş edir. İnsan sonsuza qədər bu zənginlikdən istifadə edir.
Allah dərgahında zaman yoxdur. Hal-hazırda zər aləmindəyik, hal-hazırda məzardayıq, hal-hazırda dirildik, hal-hazırda axirətdəyik. Hamısı tək bir an içində olub bitmişdir.
Malı paylamaq insana sağlamlıq bəxş edər. Malı paylayanın malı çoxalar, yeməyi paylayanın sağlamlığı artar.
Eqoistlik alçaldıcı və utancvericidir. İnsana təvazökar olmaq, başqasını düşünən olmaq yaraşar.
Gözəlliyin ən gözəlini əldə etməyə keyfiyyət deyilər. Keyfiyyətli insan da sevməkdən və sevilməkdən xoşlanan, gözəlliyə aşiq olan varlığa deyilər.
İnsan, hər şeyi Allahın etdiyini bilsə, şirkdən Allahın icazəsi ilə xilas olmuş olar.
İsa Məsih çox təvazökar, çox keyfiyyətli, çox alicənab insandır. İti zəkaya malikdir. Allahı çox dərin düşünən dəliqanlıdır.
Yerin altında maqma qaynayır, meteoritlər həmişə dünyaya toxunub keçir, insanların böyük hissəsi nişan, toy, çek, sənəd arxasınca qaçır. Heç düşünmədən yaşayırlar.
Nə Mehdi məsələsində, nə də İsa Məsih məsələsində ağılın ixtiyarı alınmaz. Onların vəfatından sonra ağlasığmaz çöküş və degenerasiya başlayacaq.
Allahın icazəsi ilə İsa Məsihi görəcəyik. O dövrdəki paltarı və yanındakı əşyalarını da görəcəyik. Yaşı çox olmasına baxmayaraq gənc görünəcək.
2023-cü ilə qədər böyük hadisələrlə keçəcək. Təqribən 2023-cü ildə Allahualəm sakitləşmə başlayıb təqribən 2029-cu ildə kamil mənada gözəllik meydana gələr.