Bu millət bizimdir. Kürd qardaşlarımız da bizimdir. Ordakı bütün Kürd vətəndaşlarımız bizim övladlarımızdır. Hər biri Bədiüzzamanın, Səlahəddin Eyyübinin övladlarıdır. Onlar da bizə aid insanlardır. Biz onların qardaşlarıyıq, onlar da bizim qardaşlarımızdır. Min il sonra kommunist üsullarla bizi bir-birimizdən ayırmağa çalışırlar. Əsla bacarmayacaqlar.
Əshafi-Kəhf axır zamanda Mehdi (ə.s), Müsəlman camaatıdır.
PKK-ya qarşı elmi, elmi-fəlsəfi mübarizədən istifadə edərək nəticə almaq olar. Fəlsəfi baxımdan qalib gəlməsək, başqa yolla mümkün deyil. Dinlə də mübarizə apara bilməyəcəksən. Dini onsuz da qəbul etmirlər. Təkcə fəlsəfə ilə qalib gəlmək olar. Sən də elm fəlsəfəsi ilə cavab verməlisən.
Xurafatla İslam arasında çox böyük fərq var. XURAFAT DƏCCALİYYƏT, İSLAM MEHDİYYƏTDİR. Mehdiyyəti dəccaliyətlə qarışdırırlar. Dəccalı Mehdi, Mehdini dəccal zənn edirlər. Onu düzəltdik, inşaAllah.
Cənub-şərqdə on minlərlə kommunist var. İnsanlar hər yerdə təşkilatlı vəziyyətdədir. Buna görə qarşılarına ideologiya ilə çıxmaq lazımdır. İdeologiya anti-materialist, anti-Darvinist düşüncə deməkdir. Və Quran möcüzələrini, Quran həqiqətlərini izah edərək edilən mübarizədir. Bu da təkcə Mehdiyyətlə olar.
Hər gün bir mübarizə olacaq. İstirahət edəcəyimiz bir gün olmamalıdır. Bezməkdən söz gedə bilməz. Bezən namusundan, şərəfindən, vətənindən, millətindən bezmişdir. Bunu təkcə xaraktersizlər, vətən xainləri söyləyər.
NƏFƏS ALMAQDAN, YEMƏK YEMƏKDƏN NECƏ BEZMİRİKSƏ, ŞƏRƏFİMİZİ, NAMUSUMUZU, BAYRAĞIMIZI, VƏTƏNİMİZİ, MİLLƏTİMİZİ QORUMAQDAN DA BEZMƏRİK.
İLLUMİNATİ HAMISI MEHDİYƏ TABEDİR. HAL-HAZIRDA DA MEHDİYƏ TABEDİRLƏR. DƏCCALİYƏTDƏN İMTİNA ETDİLƏR, əks təqdirdə bacarmazlar. İçlərində Hz. Xızır var. Mehdiyə tabe oldular. Bundan sonra Mehdiyyətə xidmət edəcəklər.
Mənim gördüyüm İlluminati, dəccalı dünyaya təqdim edir. Dəccalı təşkil edir. Dəccalın da birliyə, tələbə birliyinə ehtiyacı vardır. Onlar da Mehdidə olduğu kimi, məsələn, təxmini 300, 313 adamla ortaya çıxırlar.
İlluminati gizli, dərin dünya dövlətidir. Amma hər gizli birliyi, eləcə də İlluminatini Allah idarə edir. Xızırın olmadığı bir yığıncaq təşkil etmək mümkün deyil.
Xəstəliklərin artması, dərdlərin, çətinliklərin gəlməsi çox məqbuldur. Buna rəğmən mömin olaraq davam edirsə, o yola gəlmiş sayılır, inşAllah. Məsələn, bir qolu ilə namaz qılır, biz bir savab qazanırıqsa, o beş yüz savab qazanar, inşAllah.
Müsəlman bir gözü ilə görsə də ona şükr edəcək. İki gözü də olmasa, nəfəs ala bilir, yemək yeyə bilir, əllərindən istifadə edə bilirsə, ona şükr edəcək. Halına şükr etməyi bacarmalıdır.
İstişarə Quranda fərzdir, Allahın əmridir. "Biz özümüz bilirik, siz qarışmayın", elə olmaz. Buna görə də mühüm şeylərdə hər kəslə istişarə etməkdə fayda vardır.
Hər Marksist, Leninist ümumi mədəniyyətə çox əhəmiyyət verir və təbliğat edərkən onunla qarşısındakı insanı ovsunlayar, təsir edər. İnsanlar gecə-gündüz kitab oxuyur. Biz də gənclərimizi hər cür fəlsəfəyə qarşı hazırlayacaq, məlumatlandıracağıq.
MEHDİYYƏTƏ MANE OLAN HEÇ BİR LİDER İQTİDARDA QALA BİLMƏZ. MEHDİYYƏTİ DƏSTƏKLƏYƏN HƏR LİDER BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK TAPAR. Mehdiyyətə qarşı gələn hər kəs batar. Necə ki batırlar.
Mehdi zühur edərkən İstanbulun bütün məscidlərində eyni anda namaz qılınacaq, inşAllah. Mehdi "Allahu əkbər" deyəcək. Hər kəs eyni anda təkbir çəkəcək, birlikdə namaz qılacaqlar, inşAllah.
3-4 il sonra insanlar həqiqəti dərk edəcək, Mehdiyyətdən başqa heç bir həllin olmadığını görəcəklər. Allah tək yol olan Mehdiyyətə yönəldir. Tək çıxış yolunun Mehdiyyət olduğunu Allah bizlərə çox aydın göstərir. Mehdiyyətdə təkcə PKK-ın deyil, bütün problemlərin dəqiq həll ediləcəyi aydın olur.
Kommunistlər, dünyadakı bütün bu ideologiyaya iman edənlərlə ittifaqdadırlar və qəti şəkildə öz dinlərini hakim etmək üçün çalışırlar. Ona qarşı haqq din olan İslamla, iman həqiqətləri ilə, elmlə, elmi həqiqətlərlə Darvinizmi, materializmi darmadağın edəcək bir şəkildə mübarizə aparmaq lazımdır.
Kommunistlərin ideologiyası, iman etdiyi bir dini, hədəfi var. Həmin din ətrafında toplanaraq ümmət halına gəliblər.
Xristianlıqdan çıxmaqdan qorxurlar. Məsələ Məhəmmədi olmalarındadır. Biz "İncili tərk elə" demirik. İncilin haqq olan hər qismindəki yazılanları sonuna qədər ən gözəl şəkildə yaşasın, biz də yaşayırıq.
Xristian olan biri sonra Müsəlman olsa elə zənn edir ki, Hz. İsa (ə.s)-ı da, Hz. Məryəm (ə.s)-ı da tərk edəcək . İncildəki gözəl olan hər şeydən ayrılacağını zənn edir. Halbuki, İncildə gözəl olan hər şeyi götürəcəkdir. Əlavə olaraq doğru olmayanları tərk edir. Gözəl olan, lakin bilmədiklərini də mənimsəyərək ən mükəmməl formaya gəlir.