Böyüklərimizi sevmək çox əhəmiyyətlidir. Birdə böyüklərdən, Allah əsirgəsin,xüsusilə, narahatlıqlarından bezmək çox böyük əxlaqsızlıqdır. Bezmək çox böyük tərbiyəsizlik, vicdansızlıqdır. Bir il, iki il, on il nə qədər uzun olsa, o qədər çox savab alınar.
Sevgisizlik, səmimiyyətsizlik Müsəlmanların axırına çıxar, Allah əsirgəsin. Çox təhlükəli bir şeydir.
Müsəlmanlarda həyəcanı ― Mehdilik həyəcanını qırırlar, İslam Birliyi həyəcanını qırırlar, İsa Məsih (ə.s) həyəcanını qırırlar.
Allah ayədə "Ayələrimi ancaq Allahdan içi titrəyərək qorxanlara eşitdirə bilərsən" deyir. Əvvəl Allaha içi titrəyəcək dərəcədə inanmalıdır, ondan sonra ayəsəni dərk edə bilər. Allahın diləməsi xaricində Darvinist- materialist yetişdirdikdən sonra ayəni oxusan da adam təsirlənməz,.
Əvvəl büt inancının ortadan götürmək, Darvinizm və materializmi yıxmaq, iman həqiqətlərini izah etmək, güclü bir iman təmin etmək , daha sonra Quranın izah edilməsi lazımdır.
Darvinizm, materializm məğlub olmayınca Quranın izah edilməsindən heç bir nəticə ala bilməzsən. Bir nəticə olsaydı İslam ölkələrinin hamısında bu nəticə özünü göstərərdi, orada İslamiyyət çoxdan hakim olardı.
"PKK-ya azadlıq, PKK-ya demokratiya" deməklə bir şey olmaz. PKK-la başa düşdüyü dildə danışmaq lazımdır. Amma bizim əsl istədiyimiz PKK-ya qarşı elmi mübarizədir.
Namaz, ibadət mövzusunda təzyiq etmək Qurana uyğun deyil. Allah "Dində məcburiyyət yoxdur" deyir. Təbliğ edildikdən sonra, istər edər istər etməz.
Öz yaradılış fitrətimizə diqqət edək, hər an nəfəs alıb-vermək üçün xüsusi bir güc sərf edirikmi? Bu kimi həqiqətlərə diqqət etmədən “biz onsuzda iman edirik” deyirlər.İnsanlar boğuşaraq imansızlığı əldə edir. Yəni vicdanı ilə boğuşaraq, zorla imansızlığı əldə edir. O zaman da bəlaya layiq olur.
Biz fitrət etibarı ilə Allaha iman edəcək şəkildə yaradıldıq. İnsan vicdanı ilə boğuşmazsa, çox rahat şəkildə iman edər.
Axirətə inanmamaq vicdanla ziddiyyət təşkil edən bir vəziyyətdir. Yəni vicdana üsyan edərək əldə edilə bilən bir şeydir.
Qadın mübarək, möhtərəm bir varlıqdır. Allahın təcəllisi olaraq eşqlə, ehtirasla sevilər. Ona şəfqət duyular, mərhəmət edilər,qadın hər zaman qorunar . O Allahın bir əmanətidir.
Atatürkün hədəfi ümumi mədəniyyəti inkişaf etmiş hər şeyi araşdıran, mühakimə edən, mübarizə edən, üfüqü geniş, vicdanı azad, öz azad gəncliyini yaşamaq idi. Bu, bizim də hədəfimizdir, inşAllah.
Kimi başı açıq olar, kimi çarşablı olar, kimi çadralı olar, kimi dənizə girər. Hər kəs ayrı-ayrı imtahan verir. Hər kəsə hörmət göstərməliyik. Hər kəsi Müsəlman qardaşımız olaraq görmək vəzifəmizdir.
Allah zəngin gözəlliyi sevir. Haradadır fədakarlıq? Haradadr vəfa? Bunlar olmazsa sevginin dəyəri az olar.
Allah zəif sevgini istəməz. Hal-hazırda dünyada bütün sistem onun üstünə qurulub.
ALLAHI AZ SEVMƏK CƏNABI ALLAHIN ŞƏNİNƏ YARAŞMAZ. ALLAHI EHTİRASLA SEVMƏK LAZIMDIR. Onun üçün Allah Peyğəmbərlər yaradır, Mehdilər yaradır, vəlilər yaradır. Az sayda, amma o Allah üçün yetərli olur, Allah onu bəyənir.
Çöllərdə ağrılar, iztirablar çəkərək sevdiyinə qovuşmaq istəmək, ehtirasın ruhu ortaya çıxır. Eşqin ruhu ortaya çıxmış olur. Məhz bu zaman o inandırıcı və qaneedici olur. Cənabı Allahın istədiyi də budur.
Eşq dedikdə ALLAH RİZASI ÜÇÜN ŞƏXSİN ÇƏKDİYİ ƏZİYYƏTLƏ MÜTƏNASİB OLARAQ YARANAN SEVGİ NƏZƏRDƏ TUTULUR. Məsələn, Leyli və Məcnun deyirik. Orada çəkilən əziyyət əsas olur. Leyli ilə Məcnun bir sarayda bir-birini sevsəydi heç kimi maraqlandırmazdı.
Allahın bəyəndiyi sevgini düşünərək, bütöv bir sistem içərisində Allahı taparaq, qərarlı bir sevgi ilə heç bir şəkildə tərk etməməkdir. Məhz bu, Allahın bəyəndiyi sevgidir. Məsələn, bəla gəlir, amma Allahı sevməyi tərk etmir, çətinlik gəlir tərk etmir, yaşlılıq gəlir xəstələnir yenə tərk etmir. O zaman sevginin keyfiyyəti daha da yüksəlir.
Allah gözəlliyi sevir, bəyənilməyi sevir, sevməyi və sevilməyi sevir.