Bölünmüş parçalanmış ittifaq olmaz. İttifaq "təklik" deməkdir. Hz. Mehdi (ə.s), Müsəlmanların bölgüsünü aradan qaldıracaq. Eyni Peyğəmbərimiz (s.ə.v)ın dövründə necə idisə elə olacaq.
Məscidi Əqsanın dağıdılmasını əsla bacarmayacaqlar. Cinlərin şeytanların belə təsiri olmayacaq Məscidi Əqsanın dağıdılması üçün. Ora Allah tərəfindən qorunar, oranı yıxacaq əl qırılar.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) vəfat etdiyində, “Ya rəbbim ona cənnətini nəsib et” deyəcəyik. Amma o dövrdə Hz. İsa (ə.s) vəzifədə olacaq. Hz. Mehdi (ə.s)ın cənazə namazını Hz. İsa (ə.s) qıldıracaq. Hz. İsa (ə.s) vəzifədə olduğu üçün, Hz. Mehdi (ə.s)ın vəfatı Müsəlmanları sarsıtmayacaq. Amma Hz. İsa (ə.s)ın vəfatından sonra Müsəlmanlar bir boşluğa düşəcəklər. Daim qarışıqlıq yaşanacaq.
()
Adnan Oktar
-
Qarışıqlıq başladıqdan sonra Hicri 1506-cü ildən sonra küfrə qarşı bir mübarizə başlayar amma müəyyən səviyyədə. Hicri 1508-ci ildən sonra tarazlıq tamami ilə pozulur. Hicri 1543-cü ilə qədər davam edir bu hal. 1543 -1545-ci illərdə cəmiyyətdə vəhşilik artar, artıq yer üzündə Müsəlman qalmaz. Ölüm, qırğın olacaq, binalar dağıdılacaq, məscidləri yandırılacaq, tam vəhşi və dəli bir qrup formalaşacaq. Yer üzündə Quran, hədis heç bir şey qalmayacaq. Dinə dair heç bir yazı tapılmayacaq. Tam "bəs qiyamət qopmayacaqdı?" dedikləri vaxtda isə qiyamət qarşılarına çıxacaq.
()
Adnan Oktar
-
Qiyamət vaxtı gəldikdə, axşama yaxın vaxtda səsli bir toqquşma meydana gələcək. Kül kimi olacaq. Dəhşətli bir zəlzələ başlayacaq və sona çatmayacaq. İnsanlar küçələrə töküləcək. Yer üzü getdikcə düzənlik halına gəlməyə başlayacaq. Uşaqların saçları ağaracaq, ilk onların ruhları alınacaq, cəsəd halında gəzişəcəklər. Göy yarılacaq, qapqara kosmos görünəcək. Atmosfer təbəqəsi tamamilə açılacaq. Ardından yenə bir toqquşma daha olacaq və onunla birlikdə dünyanın hərəkət istiqaməti tərs çevriləcək. Günəş Qərbdən doğulmuş, mələklər yer üzünə enmiş olacaqlar. Artıq imtahan mühiti sona çatmış olacaq.
()
Adnan Oktar
-
İnsanlar qəflət içindədir, Qiyamətə hazır deyillər, onları bu vəziyyətə gətirməyə çalışanlar var. Allah qorusun bu əziyyət verər sizə, məhv edərsiniz özünüzü. Qiyamət mövzusunda izah etdiklərimin hamısı doğrudur. Dünyanın ətrafında böyük bir meteorit yığnağı oldu. Nemesis də dünyanın yanına yaxınlaşdı. Heç gözlənilməyən bir anda ulduz atan bir ulduzdur bu. Yeri müəyyən deyil, gözlə görülmür və birdən meteorit atır. Dünyanı vurmaq üçün, edam üçün gəldi Nemesis. Dünyanın cəlladıdır Nemesis.
()
Adnan Oktar
-
Bəzi seqmentlərin mürtəceliyə çox ehtiyacı vardır. Mürtəce olmadıqca İslamın həqiqətlərinə qarşı doğru davranmaları mümkün deyil. İslamın həqiqətlərinə qarşı özlərini hazırlayırlar. Lakin İslamın həqiqətlərini bircə-bircə izah etdikdə heç bir şey edə bilmədilər. Aydın bir İslam anlayışı universitetlərdə, məktəblərdə hər yerdə inkişaf edir. Xurafatları tamamilə təmizləndikcə, Quranla, həqiqətlərlə, məlumatlala iddialarının hər birinə cavab verildikdə, edə biləcəkləri bir şey qalmır, mat qaldılar.
()
Adnan Oktar
-
Həqiqi bir Yəhudinin mütləq Məhəmmədi olması, Qurana uyğun hərəkət etməsi lazımdır. O zaman Tövrata sevgisi Hz. Musa (ə.s)a sevgisi çox mükəmməl və dürüst olar. Başı və vicdanı çox rahat olar.
()
Adnan Oktar
-
Dünyanın son zamanlarındayıq hal-hazırda. Dəccalın mənfəətinə yarayacaq hər cür hərəkətdən qaçınmalıyıq. Haqq dinlərə, məzhəblərə qarşı düşmənlik, dəccala xidmət etmək deməkdir.
()
Adnan Oktar
-
İslam eşq dinidir. Xristianları da Yəhudiləri də qoruyar. Müsəlmanlar arasındakı məzhəb ayrımını heç bir zaman təsdiq etmir.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) gəlincə, Xristianlara və Yəhudilərə qarşı irəli sürülən hirs sistemi də ortadan qalxacaq. Məhz buna görə bir qisim insanlar Hz. Mehdi (ə.s)ın gəlişini istəmirlər. Onlar, sevginin ortadan qalxıb, kinin hakim olmasını, qarşıdurmanın olmasını istəyirlər. Lakin Hz. Mehdi (ə.s) sülh və sevgi gətirəcək.
()
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) deccaliyeti kökündən məhv edəcək. Hz. Mehdi (ə.s)a qılınc təsir etməz, Hz. Mehdi (ə.s)ı heç kim öldürə bilməz. Şeytanın dünya hakimiyyətini ortadan qaldırmasın deyə Hz. Mehdi (ə.s)a qarşı bir çox insan mübarizə aparacaq. Lakin onu mübarizədən çəkindirə biləcəklər mi, Əsla!
()
Adnan Oktar
-
Hz. Musa (ə.s) Müsəlman idi, Hz. İsa (ə.s) Müsəlman idi. Yəhudilər Hz. Məhəmməd (s.ə.v)a iman etdiklərində Hz. Musa (ə.s) dövrü Müsəlmanı olarlar. Qüsursuz dindar olarlar. İsəvilər də, Hz. Məhəmməd (s.ə.v)a iman etdiklərində, Hz. İsa (ə.s.) dövrü Müsəlmanı olarlar. Xristianlığı tam yaşayarlar. Hz. Məhəmməd (s.ə.v)a iman; Yəhudilərin əlindən Hz. Musa (a.s)ı almaz, Xristianların əlindən Hz. İsa ()ı almaz. Əksinə, onları bir-birilərinə daha çox yaxınlaşdırar.
()
Adnan Oktar
-
Bütün peyğəmbərlərə olduğu kimi Hz. Musa (ə.s)a da sevgim çox böyük. O da, Hz. Mehdi (ə.s) olmaq üçün dəfələrlə dua etmişdir. O da Hz. Mehdi (ə.s)ı gözləmişdir. Hz. Musa (ə.s), Hz. Mehdi (ə.s)ın Qurana tabe olacağını bilirdi. Hz. Mehdi (ə.s) olmağı bu səbəbdən istəyirdi.
()
Adnan Oktar
-
Hirs, təqva əlaməti deyil fitnə əlamətidir, bunu belə qəbul etmək lazımdır.
()
Adnan Oktar
-
Ölümlü olan insan üçün Allahın sonsuza qədər diri olması çox böyük bir gözəllik və insan üçün çox böyük lütfdür.
()
Adnan Oktar
-
Darvinizm, materializm atomun ağıllı maddə olduğuna inanan dindir. Bu ağılla şüursuz atomların bir yerə toplanıb görməyi, eşitməyi, dadmağı meydana gətirdiyinə inanan bir dindir bu. Şümerlerden və hətta daha qədim dövrlərdən qalan bir dinidir Darvinizm.
()
Adnan Oktar
-
Kim Darvinist bir dünyaya inanır, Allah da bu adama, o inanca uyğun bir cəhənnəm yaradır. Orada, təkamül necə olur, mutasiya necə olur onlara göstərir. Orada hər şey pərakəndə, nizamsız, hər şey əziyyət verici, hər şey can yandırıcıdır.
()
Adnan Oktar
-
Dəccal bədbəxtlik meydana gətirər, Hz. Mehdi (ə.s)a inanan xoşbəxt olacaq.
()
Adnan Oktar
-
Quran bizə çətinlik gətirmir; bizə sevinc, azadlıq, fikirlərimizə aydınlıq gətirir. Zəncirlərin qırılmasını, yollarımızın açılmasını istəyir. Xurafatçılar çətinlik çəkməyimizi istəyirlər. İbadətlər çətin olsun, namaz, zəkat, təbəssüm, sevinmək, dostluq, bunları çətinləşdirirlər. Halbuki, Allah "QURANI ÇƏTİNLİK ÜÇÜN NAZİL ETMƏDİK"
()
Adnan Oktar
-
"Məsih və yüksək məqam sahibi mələklər, Allaha qul olmaqdan qəti bitərəf qalmazlar." İsa Məsih ölmədiyi, canlı olduğu üçün Allahın Qatında mələklərlə birlikdə ibadət edir. Bu ayə, Hz. İsa (ə.s)ın sağ olduğuna dəlildir.