BİZİM İZAHATLARIMIZDAN SONRA BÜTÜN DÜNYADA SİSTEM DƏYİŞDİ. MÜSƏLMAN QARDAŞLARIMIZ GÜCLÜ HÜCUMA KEÇDİ, onlarda mükəmməl özünəgüvən hissi yarandı. Çətinə düşdükləri vaxt dərhal kitablarımdan istifadə etdilər, problem həll oldu.
DARVİNİZM UYDURMA, DÜNYANIN ƏN PRİMİTİV FƏLSƏFƏSİDİR. Ən pis, ağılsız, bərbad fəlsəfədir və tamamilə təsadüfə söykənir. Hər şeyi təsadüflə izah edir. DÜNYADAKI ƏN MƏNTİQSİZ ŞEY TƏSADÜFDÜR. Bütün həyatını təsadüfün üstündə qurursan.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
İLK ÖNCƏ BİZİM ETDİYİMİZ KİMİ MATERİALİST, DARVİNİST BÜT SİSTEMİNİN ELMLƏ, MƏNTİQLƏ, AĞILLA, FƏLSƏFƏ İLƏ ARADAN QALDIRMAQ LAZIMDIR. İman həqiqətlərini izah etmək, insanların imanlarını möhkəmləndirmək, gücləndirmək, Quran möcüzələrini izah etmək lazımdır. QURANIN HAQQ OLDUĞUNU ÜRƏKLƏRƏ HƏKK ETMƏK LAZIMDIR. DAHA SONRA ALLAHIN HÖKMLƏRİNİ TƏKLİF ETMƏLİSƏN. Yorucu olmadan, ağıllı bir şəkildə və Quranda olduğu kimi təbliğ etməlisən.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Hər yeri dəccal ordusu, Darvinist-materialistlər bürümüşdü. Abdulhəmidin dövründə Osmanlı ziyalılarının böyük hissəsi Darvinist olmuşdu. Hər dövrdə materializm, Darvinizm, münafiqlik, ikiüzlülük dünyada olmuşdur. Atatürk bu alçaqlığa son qoydu. "Dürüst, səmimi Müsəlman olun" dedi.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) küfrün azğınlığı üzündən müxtəlif vaxtlarda həbs olunacaq, gizlənəcək. Lakin mağaranın içində min il tək saxlanılan insan deyil. Bu, uydurma şeydir.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
NƏ TÖVRATDA, NƏ İNCİLDƏ BU QƏDƏR İNCƏ MƏQAMLAR YOXDUR. QURANDA MÜKƏMMƏL TƏFSİLAT VARDIR. BUNA GÖRƏ DƏ XRİSTİAN, YƏHUDİ MÜTLƏQ MƏHƏMMƏDİ OLMALIDIR . Yenə Xristian qalsın, Hz. İsa (ə.s)-ı daha da çox sevsin. Biz ona İncildəki gözəl hökmləri rədd et demirik. İncilə daha sıx sarılsın.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
KÜÇƏDƏ, PROSPEKTLƏRDƏ BİR ÇOX ZOMBİ, ÖLÜ VARDIR, LAKİN BİLMİRLƏR. MƏSƏLƏN, BİR ÇOX İNSANIN ANASI, ATASI, UŞAĞI ZOMBİDİR, ÖLÜDÜR BİLMİRLƏR. Bilsələr dəhşətli dərəcədə qorxarlar. Yəni onlar bildiyin ölüdür. Bilmədikləri üçün çox rahat yaşayırlar. Allah, xüsusilə, bildirmir.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Cəhənnəm əhli "mən görürdüm, gözümə nə oldu" deyə soruşur. Təsadüfə inandığın üçün, mutasiya gözü kor edər, "Göz təsadüfən yarandı" dediyin üçün bu da qarşılığıdır.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
"Xeyr, canlıları Allah yaratmadı, təsadüfən, təkamüllə yarandı" deyir. Cənabi Allah məhz bu vaxt “tamam” deyir. Axirətdə təsadüfən necə olur, onu göstərmək üçün sənə elə bir şərait yaradaram deyir. Mən insanların başa düşməsi üçün belə deyirəm, əslində Allah belə sözlü şəkildə demir. CƏHƏNNƏM TAM TƏSADÜFƏN YARANMIŞ, ONLARIN DEDİYİ KİMİDİR.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Bədiüzzaman "əsir maddəsi var" deyir. Nikola Tesla da "əsir var" deyir. Hələ elm adamları bunu tapa bilməyiblər. Əsir deyilən bir maddə var, Bədiüzzamanın dediyi doğrudur.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
CƏNNƏTDƏ, MADDƏNİN HƏR BİRİ CANLIDIR. İstədiyin şey olar . Məsələn, qaşığa "quş ol" desən, göz qırpımında quş olar, "yenə qaşıq ol" desən qaşıq olar. Bədiüzzaman "Xəyal sürəti ən yüksək işıq sürətindən də üstündür " deyir
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Torpaq qapqara palçıqdır. İri-iri çiyələklər, “gəl-gəl” deyirlər, torpağın üstündə diri-diri, tərtəmizdirlər, maşAllah.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) Tövratı tamamilə rədd edən insan deyil. Tövratın, İncilin doğru olan hissələrini qəbul edəcək. Həqiqi Tövratı və İncili müdafiə edəcək, inşaAllah.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
HZ. MEHDİ (Ə.S) GƏLMƏYİNCƏ HEÇ BİR ÖLKƏ TÜRKİYƏNİN LİDERLİYİNİ ƏSLA QƏBUL ETMƏZ. Çünki məzhəblər var, məzhəb fərqlilikləri vardır. Bir də qövmə bağlılıq hiddəti də var.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Saatın əqrəbini, dəqiqənin əqrəbini gözləmək mümkün olmur. Yəni çox diqqət versən də çətindir. Mehdiyyətin inkişafını da izləmək çox çətindir.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Həqiqətən çox gözəl dövrdəyik. Baxın, Mehdiyyət yavaş-yavaş hər kəsin gözü qarşısında inkişaf edir. Hələ 9-10 il var. Amma hər il getdikcə daha çox inkişaf edəcək. Addım-addım inkişaf etdiyi üçün insanlar fərqinə varmırlar. Hz. Mehdi (ə.s)-ı da buna görə fərq edə bilməyəcəklər.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Qadın dediyin uzaqdan baxınca gözəlliyinə heyran olmaqdır, qadına hörmət etməli, dəyər verməlisən. Möhtəşəm bir varlıq olaraq özünü göstərməsi lazımdır.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
DÜNYANIN BƏLAYA DEYİL, SEVGİYƏ EHTİYACI VAR. ARTIQ QİYAMƏTƏ GƏLDİK, SONDUR. Dünya artıq çürüdü. Nə sənətçi çıxır, nə də şeyx gəlir. Teatr oyunları yoxdur, şəkil çəkə bilmirlər, keyfiyyətli rəsmlər yoxdur, keyfiyyətli heykəl düzəldə bilmirlər.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
HƏSƏD EDƏNİNİZ ÇOX OLAR. BUNA GÖRƏ DƏ SAVABINIZ ÇOXALAR. ALLAH HƏSƏD EDƏNİN DƏ AĞILINI ALAR, DƏLİ OLARLAR . Ağlı yerində olmaz, ruhu bədəninə təzyiq edər.
(A9 TV 3 May 2012)
Adnan Oktar
-
Münafiq bir məngənənin içindədir, lakin bilməz. Münafiq çox azad fəaliyyətdə olacağını zənn edər. Yəni istədiyi fəaliyyəti, pisliyi edə biləcəyini zənn edər. Halbuki, münafiqin edəcəyi bütün hərəkətlər Allah tərəfindən kodlaşdırılmışdır, Allah Qatında yaradılmış və bitmişdir.