Bizim həm dindar olub, həm də nemətləri ən gözəl şəkildə yaşadığımızı görüncə dinsiz və xurafatçılar qorxunc bir həyat yaşadıqlarını başa düşdülər.
İslamda həyatı bütünlüklə əhatə edir. Yemək proqramında bir cür, dini proqramda başqa cür davranmaq olmaz. Din hər yerdə yaşanmalıdır. Yeməkxanada başqa, məsciddə başqa olsan, yeməkxanadakı vəziyyətini Allahın hüzurunda açıqlaya bilməzsən.
Vəhy hər insana, Müsəlmana gəlir, lakin fərqində olmazlar. Məsələn, Allah ona cavab verdirir, bir şey söylətdirir, vəhy edir. Biz ona ilham deyirik, inşAllah.
Hal-hazırdakı sükunət böyük hadisələrin işarəsidir. Görəcəksiniz 2012-ci ilin sonu çox hərəkətli olacaq.
Hər insana vəhy gələr, Allahdan ilham gələr, lakin fərqində olmaz. Qarışqa da Allahın vəhyi ilə hərəkət edər, arı da Allahın vəhyi ilə hərəkət edər, insan da Allahın vəhyi ilə hərəkət edər.
Xurafatçılıq təqva adı altında əxlaqsızlıq yarışıdır.
İzah etdiyimiz İslam modeli bəzi insanların ciyərinə oturdu. Bu insanlar istəməsə də İslam hər yerə girəcək.
Bizim izah etdiyimiz Qurandakı həqiqi İslamı bütün dünya qəbul edər. Əsl Mehdiyyət budur.
Allah ağılından istifadə edə bilənlər üçün bir çox dəllilər yaratmışdır. Ağılından istifadə etmirsə, hər nə olursa olsun insanın beyni oyanmaz, nə etsən də fərq edə bilməzsən.
Minlərlə adamı gözə alaram, amma mütləq Haqqı müdafiə edərəm. Mənim xüsusiyyətim budur.
Çimərliklər də, barlarda da Allahdan bəhs ediləcək. Din hər sahəyə girəcək, məhz bu həqiqət bəzilərini çox narahat etdi.
Rəhbər Başbuğun heç bir şəkildə unudulmamalıdır. Çox qiymətli, böyük bir insan idi, böyük iddia adamı idi. Nə xidmətləri, nə gözəl əxlaqı, nə də Böyük Türkiyə düşüncəsindəki dayanıqlılığının əsla unudulmaması lazımdır. Bu bir vəfa borcudur, bir sədaqət borcudur.
VƏLİLƏRƏ QARŞI SEVGİ, ALİMLƏRƏ QARŞI SEVGİ BƏRƏKƏT GƏTİRƏR. MÜSƏLMANLARI ƏLƏ SALMAQ DA BƏLA GƏTİRƏR, FƏLAKƏT GƏTİRƏR, UĞURSUZLUQ GƏTİRƏR. İnsanların bəsirətləri bağlanar, fərasətləri bağlanar. Allah ayaqlarına dolayar.
Məsələn, bir çoxları başı ağrıyır "bir dərman at keçər" deyir. Elə olmaz, dərman bir vəsilədir. Onu dua olaraq qəbul etməlidir. AĞRINI ARADAN QALDIRAN YALNIZ ALLAHDIR.
Güc tətbiq etmədən, sevgi ilə, şəfqətlə, elmlə, təhsillə, sənətlə İslamı dünyaya hakim edəcəyik. MÜSƏLMANLIQ OLMADAN DÜNYA DÖVR EDƏ BİLMƏZ, QİYAMƏT QOPAR. Yəni mütləq bütün dünya Müsəlman olacaqdır. Allahın istədiyi budur.
Peyğəmbər Əfəndimiz (s.ə.v) "Dəccal zamanında Kəhf Surəsini oxuyun" deyir . Yəni həllin, bütün detallarının orada olduğunu söyləyir. KƏHF SURƏSİ BAŞDAN SONA QƏDƏR MEHDİYYƏTİ İZAH EDİR .
Allah keçmişdə olanların xəbərini hikmət olsun deyə Müsəlmanlara köçürür, çünki keçmişdəki hadisələr gələcəkdə olacaq hadisələrə işarə etmiş olur,bu ona görə əhəmiyyətlidir.
Böyük bir ictimaiyyəti, məsələn Masson ictimaiyyətini, böyük bir Tampliyer ictimaiyyətin hamısını Müsəlman düşməni elan etsən, bu dəccalın maraqlarına uyğun gələr. Belə bir oyuna gəlməyək.
İNCİL BİR NURDUR, ÜRƏKLƏRƏ FƏRAHLIQ VERƏR . Allah Quranda İncili tərifləyir. Kitabı rədd etsəz dindən çıxarsınız . Amma pozulmuş qisimini deyil, haqq olan qisimlərini, Qurana uyğun olan qisimlərini oxumaq və anlamaq lazımdır.
Allah, dərin düşünməmizi və Allahın yaratdıqlarını haqqıyla qiymətləndirməmizi istəyir, ancaq onda gerçəkləri dərk edə bilərik. Səthi düşündüyündə insan çox az şey dərk edə bilər.
ALLAHA QARŞI ÜRƏYİNDƏ DƏRİN SEVGİ, DƏRİN MƏHƏBBƏT OLSA, BUNA İMAN DEYİRİK. Hələ imanı kamil hala gəlməmiş, imanı inkişaf etməmiş bir insana bu qadağandır, bu haramdır, bu halaldır desən zərər vermiş olarsan, faydası olmaz. Əvvəl iman həqiqətləri ilə iman etməsini təmin etmək lazımdır.