Şəfqət, mərhəmət, mülayimlik―Allahdan istədiyimiz bu deyilmi? Cənnətdə nə istəyirik? Allahın bizi bağışlamasını, bizə qarşı mülayim, şəfqətli və qoruyucu olmasını istəyirik. Biz də insanlara qarşı belə olmalıyıq.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Müsəlmanda dağıdıcı üslub olmaz. Allah "sözü onlara gözəlliklə söylə" deyir. "Sərt şəkildə söyləmə, yoxsa ətrafından dağılıb gedərlər" deyir.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Əgər sözlərinin konstruktiv, faydalı olmasını istəyirsənsə, Quran mülayim bir üslubu əsas tutur. Yəni sözü gözəlliklə söyləmək, mülayim şəkildə söyləmək, şəfqətlə yaxınlaşmaq Quranın əmridir.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Hz. Mehdi (ə.s) dediyində dəccalı da biləcəksən, dəccal dediyində hz. Mehdi (ə.s)-ı da biləcəksən. İkisi bir bütündür. Yəni zidd olaraq yaradılmışdır, gecə-gündüz kimi, yaxşı-pis kimi. Dəccal varsa mütləq hz. Mehdi (ə.s)-da vardır. Hz. Mehdi (ə.s) varsa mütləq dəccal da vardır.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Hiyləli quruluşu müsəlman görsə də çətinliyə düşməyəcək. Çünki onu yaradan Allahdır. Müsəlman sakit olacaq.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Ayələrdə bildirilən rəftar belədir: gərginliyə, qəzəbə, ürəyində yaranan hər cür narahatlığa icazə vermə, belə bir vəziyyətə düşmə, qorxma, kədərlənmə, narahat olma, psixi olaraq sənə zərər verən rəftar göstərmə.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Müsəlman səbirli olmalıdır. Yəni ani qəzəbə fikir verməyəcək, əsəbiləşməyəcək.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Hər şeyin bir başlanğıcı və sonu vardır. Allahın başlanğıcı və sonu yoxdur. Yaradılan hər şey kimi. Lakin əlhəmdülillah, Allahın ruhunu daşıdığımız üçün cənnətdə başlanğıcımız var, sonumuz yoxdur.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Allaha həmişə hüsnü-zənn etməliyik. Məsələn, necə insan sevdiyinə qarşı hüsnü-zənn edirsə, Allaha qarşıda mütləq hüsnü-zənn edilməlidir. Bir şey olanda mömin: "Allah xeyirlə yaratmışdır. Allah doğrusunu bilir"―deməlidir.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
Allah bir detal, hikmət yaradarkən mömin: "Biz Onun elminə bələd olamaya bilərik. Amma O bizim hər şeyimizi bilir. Biz Ona təslim olmuşuq"―deməlidir.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
Hüceyrə Allahın sənətinin çox ehtişamlı təcəlli etdiyi yerdir. Bir insanı hüceyrənin içinə atsan, orada bir həftə yaşasa alını səcdədən qalxmaz. Oraya girə bilmədikləri, o aləmi görə bilmədikləri üçün insanların imanları zəif olur.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
İnsan xromosomun içinə girsə, o sistemi görsə ömür boyu alını səcdədən qalxmaz. Hüceyrənin içinə girib özü zülal olsa, orada bir funksiya yerinə yetirsə, gəzsə həyəcandan nəfəsi kəsilər, Allaha aşiq olar. Oraya məhz qəlblə, ağılla girmək lazımdır.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
Allahın nə demək istədiyini görmək lazımdır. Allah Özünə yaxınlaşdırmaq, Özünü xatırlatmaq istəyir. Sən təkidlə xatırlamaq istəməsən, Allaha yaxınlaşmaq istəməsən fəlakətlər ardı-ardına gələr.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
Şiddətdən şiddət yaranar. Ancaq sevgi ilə, mərhəmətlə, dostluqla, qardaşlıqla Liviyada tarazlıq olar.
(A9 TV; 18 may 2014)
Adnan Oktar
-
Gözəl öyüd qəlb qırmayan, təhqir etməyən, sarsıtmayan, narahat etməyən şəkildə olar.
(A9 TV; 19 may 2014)
Adnan Oktar
-
Allah ilə əlaqənin heç kəsilməməsi lazımdır. Allah ilə əlaqə kəsilsə insan təvəkkülünü itirər. Təvəkkülünü itirən isə çox əsəbi, gərgin və narahat olar. Təvəkkül etməyi bir saniyə belə unutmamaq dünyada ən böyük nemətlərdəndir.
(A9 TV; 15 may 2014)
Adnan Oktar
-
Qatı dindarlığın, xurafatçılığın yükü çox ağırdır. Cəmiyyəti, insanları məhv edir, ölkələr süqut edər.
(A9 TV; 15 may 2014)
Adnan Oktar
-
Gülməmək, danışmamaq, həmişə qaşqabaqlı sifətlə gəzmək, yorğun, əldən düşmək… Bu şeytanı güldürər, əyləndirər. Müsəlman belə davranmaz. Haram və yaraşmayan davranış olar.
(A9 TV; 14 may 2014)
Adnan Oktar
-
Sən Allahdan qorxmayandan çəkinəcəksən. İmanla, Quranla hərəkət etməyəndən çəkinməlisən. Çünki onun bir qanunu yoxdur. Adamın nə düşünəcəyini bilməzsən. Hər şey edə bilər. Amma möminin qanunu var, qaydalara bağlıdır.