Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq.
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan.
(A9 TV; 25 dekabr 2015)
Adnan Oktar
-
Peyğəmbər (s.ə.v) o dövrün ən müasir insanıydı, hz. İbrahim (ə.s) o dövrün ən müasir insanıydı. Müasirliyə qarşı mübarizə aparmağı İslamın tələbi zənn edirlər. Şeytan aldadır, səhv yol kimi göstərir. Müasirlik nemətdir. Cənnət insan ağlının qavraya biləcəyi ən müasir yerdir. Müsəlman müasirliyi hədəf etməlidir.
(A9 TV; 25 dekabr 2015)
Adnan Oktar
-
Qadınlar rahat geyinməli, rahat yaşamalı və bütün dünyada sərbəst olmalıdırlar. Bunu etməyən hər ölkə həlak oldu. Qadınların azad olduğu hər ölkə, ən müasir, ən firavan, ən dinc ölkədir. Əksi olmaz. Çarşablı da istədiyi kimi geyinsin, üzünə rübənd salan da rübənd salsın, sərbəst olmalıdır, qadınlara təzyiq olmamalıdır.
(A9 TV; 25 dekabr 2015)
Adnan Oktar
-
Hər keyfiyyətsiz dövlət dağılar. Qadını təzyiq altında olan hər dövlət məhv olar. Çünki insanların yarısı qadındır. Qadına zülm varsa orada rahatlıq olmaz. Allah intiqam alar.
(A9 TV; 25 dekabr 2015)
Adnan Oktar
-
Şərab, rakı, viski içib zəhərlənib məhv olmaq, əylənmək deyil. Yanlış alkoqol mədəniyyəti var, bu çox böyük səhvdir. Alkoqol qətiyyən əyləndirici vasitə deyil. Çox zərərli, narahatedici bir maddədir.
(A9 TV; 24 dekabr 2015)
Adnan Oktar
-
Yeni il bayramını sanki böyük fəlakət kimi göstərirlər. Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in doğum günü oldu, Mövlud qəndili, iftixarla qeyd etdik, qeyd edirik. Hz. İsa (ə.s)-ın doğum günündə niyə bu qədər dəhşətə düşürlər? O da İslam peyğəmbəridir. O da bizim peyğəmbərimizdir.
(A9 TV; 24 dekabr 2015)
Adnan Oktar
-
Beş vaxt namazını qıl, səhərə qədər təsbehini də çevir, ancaq keyfiyyətli yaşa. Örtünürsənsə örtün, ancaq keyfiyyətli örtün. Uydurma bez parçaları ilə olmaz. Məsələn, Osmanlı dövründə qadınlar örtünürdü, incəsənət əsəri möhtəşəm idi. Qadın ortaya çıxanda sanki çiçəkdir. Dindar olmağa mane olacaq bir şey deyil bu.
(A9 TV; 24 dekabr 2015)
Adnan Oktar
-
Allah, Mən sevilməyə layiq olan sonsuz güc Sahibiyəm deyir. Bütün sevgini, hər şeyi yaradan Mənəm, sevdiklərinizi yaradan Mənəm. Onların görünüşü də Mənə aiddir deyir. Buna görə şirk qoşmayın, sevginizi Mənə yönəldin deyir. Doğru olan da budur.
(A9 TV; 23 dekabr 2015)
Adnan Oktar
-
Bəzi insanlar Allahı qəzəbləndirən şeyin əyləncə olduğunu zənn edirlər. Halbuki, sevilməməsi Allahı çox qəzəbləndirər. Yəni unudulması, Özünə şükür edilməməsi və sevilməməsi.
(A9 TV; 23 dekabr 2015)
Adnan Oktar
-
Müsəlmanın Tövrat və ya İncildən tamamilə xəbərsiz olması çox qəribə olar. Allah Quranda Tövratdan və İncildən bəhs edir. Sanki bir əfsanədən bəhs edilirmiş kimi, davransan olmaz. O, mövcud olan bir Kitabdır. Təhrif olmuş hissələrinə əməl etməməlisən.
(A9 TV; 23 dekabr 2015)
Adnan Oktar
-
Xristianlıqda sevgi çox ön plandadır. Müsəlmanlar İncili oxumalıdırlar. Təhrif olunmuş hissələrini deyil, Qurana uyğun gələn hissələrini. İncil sevgidən bəhs edir. Həmçinin, Tövratda da sevgidən çox gözəl bəhs edən hissələr var.
(A9 TV; 23 dekabr 2015)
Adnan Oktar
-
Qadınlar xoşbəxt olarsa, cəmiyyət də xoşbəxt olar. Qadınların xoşbəxt olması üçün də, sərbəst olmalı və qorunmalıdırlar. Həm dövlət, həm də xalq qorumalıdır, hər kəs qadınları qorumalıdır, onlar hər yerdə üstün tutulmalıdırlar ki, şən olsunlar.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Avropanın ən müasir ölkəsi olmalıyıq. Ankara Parisi keçməlidir. İstanbul Londondan daha keyfiyyətli olmalıdır. Müqayisə etmək mümkün olmamalıdır. Hər yerdə nəzakətli, xoşsöhbət və sülhsevər insanlar olmalıdır. Çay evlərində, küçələrdə, hər partiyadan, hər fikirdən olan insan, eləcə də, hər kəs bir-birini sevməlidir.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Bəzi mövhumatçıların əlinə müəyyən imkan keçsə, nə musiqi dinlənilməsinə icazə verər, nə heykəl qalar, nə rəsm əsərləri qalar, nə qadınlar makiyaj edə bilər və nə də küçəyə çıxa bilərlər. Çoxu gözü dönmüş insandırlar. Bunun üçün də, Türkiyə müasir dindarlığa doğru sürətlə irəliləməlidir.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
İsrail bölgənin zəki, ağıllı bir dövlətidir. Anti-kommunist və Allahdan yana olan bir dövlətdir. Türkiyə istənilən halda İsraillə çox yaxşı dost olmalıdır.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Milli mənfəət məsələsi olmamalıdır. Hər kəsin mənfəəti üçün çalışmalıyıq. Özümüz əziyyət çəksək də, başqalarının xoşbəxtliyi üçün çalışmalıyıq. Belə nəcib millətə, nəcib dövlətə bu yaraşar. Bizə mənfəətpərəstlik, eqoistlik yaraşmaz.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Bizim silahımız, hər şeydən üstün iman və imandan qaynaqlanan sevgimizdir, bu qədər. Güclü dindar olmalıyıq, həm də çox sevgi dolu olmalıyıq. Heç kəsdən intiqam almayan, hər kəsi barışdırmağa çalışan və hər kəsin yaxşı olması üçün çalışan insanlardan olmalıyıq.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Qadınlara təzyiq göstərən bir zehniyyət əsla abad olmaz. Qadınları azad olan ölkə inkişaf edər, Allah onun yolunu açar. Qadına təzyiq varsa ora məhv olar.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Avropa və dünya səviyyəsində bütün insanların bizə dost olması, eləcə də, ən başda Allahın bizi sevməsi üçün, heyrətamiz sevgi müəllimi olmalıyıq. Yəni dünyada görülməmiş xarakter nümayiş etdirməliyik. Dünya bizi heyrətlə izləməlidir. Həmçinin daha çox müasir olmalıyıq.
(A9 TV; 22 dekabr 2015)
Adnan Oktar
-
Qadını keyfiyyətli olmayan bir ölkə, qətiyyən keyfiyyətli və müvəffəqiyyətli ola bilməz. Qətiyyən keyfiyyət əldə edə bilməz. Qətiyyən müasir ola bilməz, Avropalaşmış ola bilməz. Qadını ziyalı, azad, şən və baxımlı deyilsə, sevinmək, gülmək, idman etmək, yemək və içmək məsələlərində azad deyilsə, həmin ölkə heç vaxt aydınlıq ölkə deyil. Çox qararmışdır və hər qaralan ölkə mütləq dağılar, Allah qorusun.