Mövhumatçılıq İslamı daxilən çökdürmək üçün xüsusi istifadə etdikləri modeldir. Mövhumatçılıq əleyhinə çıxan müsəlmanları gördükləri zaman oyunları puç olur. Həyat dolu, şən, baxımlı, cazibəli, ağıllı, nəzakətli, keyfiyyətli müsəlmanlar olduğunu gördüyü zaman bütün dünya İslama qaçaraq gəlir. Buna görə də bizim izah etdiyimiz Quran İslamı, İslamiyyətə qarşı olanların heç xoşuna gəlmir. Bütün sistemlərini təməldən elmlə dağıtmış oluruq.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
Musiqinin, rəqsin, gözəlliyin müsəlmanların əlində olması bəzilərini çox qəzəbləndirir. Müsəlman deyildikdə baxımsız olması lazımdır deyə inanıblar. İncəsənət, gözəllik keyfiyyət, cazibədarlıq müsəlmanların əlində olduğu zaman İslamın çox rahat dünyaya hakim olacağını bildiklərindən əngəlləməyə çalışırlar.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
Təkcə kimyəvi silaha qarşı çıxmaq vicdansızlıqdır. Öldürmənin hamısı eynidir. Kimyəvi maddələrə qarşı çıxıb çəllək bombalarını görməzlikdən gəlirlər. Bomba növünə görə mülki vətəndaşları qoruma qərarı alırlar. Bu çox böyük mərhəmətsizlikdir. Bütün silahlara, bütün bombalara qarşı çıxılmalıdır.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
Osmanlını dağıdanın İngiltərə dərin dövləti olduğunu sənədləri ilə birlikdə ortaya qoyduq. Türkiyəni də hal-hazırda hədəf halına gətirən İngiltərə dərin dövlətidir.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
Kipr bizim qəlbimizdədir, bizim parçamızdır. Kiprdə elmi fəaliyyətlərimiz, kitab fəaliyyətlərimiz həmişə davam edəcək inşaAllah.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin necə böyük təhlükə olduğunun hər kəs tərəfindən yaxşı bilinməsi əhəmiyyətlidir.
(A9 TV; 11 aprel 2017)
Adnan Oktar
-
Tək alma ağacındakı ağıl milyonlarla insanda yoxdur. Ağac hər cür mineralı, vitamini tanıyır, yetərli nisbətdə alır və lazımı qədər istifadə edir. Meyvənin içinə torpaqdakı zərərli olan heç nə keçmir, ağac mükəmməl təmizləmə sistemindən istifadə edir.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Taledə Türkiyənin sonu yaxşı və güclü olacaq. Arada yaşanan çətinliklər bu həqiqəti dəyişdirməz.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Əyalət sistemini əsla qəbul etmərik. Əyalət sisteminin yaranması demək, Allah qorusun İslam Birliyinin yolunun bağlanması mənasını verir.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin təsiri altında olan kəslərin zehniyyətinin Türkiyəyə təsir göstərməsinə elmlə, irfanla icazə vermərik.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Biz İran ilə qardaşıq. İran ilə Türkiyə birləşsə Yaxın Şərqdə bir çox məsələ həll yolu tapar. İki ölkənin dostluğunu daha da gücləndirəcəyik.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Biz millət olaraq sonuna qədər Tayyib hocamın şəxsini qoruyacağıq. Onu əzmələrinə əsla fürsət verməyəcəyik. Bu partiya məsələsi deyil.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Daha azad, incəsənətə güclü dəstək verən daha demokratik bir quruluş Tayyib hocamın da əlini çox gücləndirər. Türkiyə çox müasir olmalıdır.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti həmişə fəaliyyətdədir. İdlibdəki hücumun arxasında da onlar var.
(A9 TV; 10 aprel 2017)
Adnan Oktar
-
Ağıl anbaan yaradılır. Danışıq anbaan yaradılır. Ağlı verən də, danışdıran da Allahdır.
(A9 TV; 9 aprel 2017)
Adnan Oktar
-
Hz. Mehdi şəfqət, mərhəmət insanıdır. Hz. Mehdi dövründə bütün silahlar ləğv olunacaq, kin, nifrət, müharibələr birdəfəlik bitəcək.
(A9 TV; 9 aprel 2017)
Adnan Oktar
-
“Mən Mehdi deyiləm, belə iddiam ömür boyu olmayacaq” deyə dəfələrlə söylədim. Buna baxmayaraq, bəziləri qəribə təşviş yaşayır.
(A9 TV; 9 aprel 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v): “Mehdinin adı adıma uyğun olacaq” deyir, eyni olacaq demir.
(A9 TV; 9 aprel 2017)
Adnan Oktar
-
Döyüşə zəmin hazırlayan ixtilafı təşviq etmək İslama uyğun deyil. Qurana görə müsəlmanlar arasında ixtilaf deyil, qardaşlıq, birlik var.
(A9 TV; 9 aprel 2017)
Adnan Oktar
-
İxtilafda rəhmət var deyənlər bu məntiq ucbatından müsəlmanların bir-birini qırdığını görmürlər. Qurana görə ixtilaf fəlakətdir. İxtilaf müsəlmanlara qan, döyüş, qarşıdurma gətirir. Buna görə də İngiltərə dərin dövləti də ixtilafdan silah kimi istifadə edir. Müsəlmanlar həmrəy olmalıdır.