Bir zülalın təsadüfən əmələ gəlməsi elmi olaraq sıfır ehtimaldır. Təkcə bu məlumat belə təkamül olmadığının, Allahın mövcudluğunun dəlilidir.
Türkiyə mütləq yaxşıya gedəcək, çünki taleyi belədir.
Möminə hər gün istirahətdir. Allaha, İslama xidmət etmək istirahətdir. Dinə xidmət etməyən ruhən və orqanizm cəhətdən yorular, məhv olar.
İnsanlar bir tərəfdən ənənəçi ortodoks sistemin, digər tərəfdən darvinist, materialist düşüncənin qaranlığında boğulur.
Allahı çox sevən insan hər yeri gözəlləşdirmək istəyər. Təmiz, gözəl, düzgün olmayan şeydən narahat olar. Dünyanı cənnət kimi etmək istəyər.
Texnologiyanın mənbəyi təbiət, yəni Allahın sənətidir.
Yaxşı işləri söyləmək digər insanlara nümunə olması və təşviqedici olması baxımından gözəldir. Edilən yaxşılıq heç kimi utandırmadan deyilə bilər.
Atatürk Quran müsəlmanlığını əsas qəbul etmiş, mövhumatçılığa qarşı da mübarizə aparmışdır. Bu rəftarı olduqca doğrudur.
Mehdiyyət, dəccaliyyətin səbəb olduğu bütün mənfi olan hər şeyi sevgi ilə, elmlə, irfanla müsbətə döndərəcək.
Darvinizm və materializmlə zehni korlanan insanların yeni fikir yaratması, cəmiyyəti inkişaf etdirməsi mümkün olmaz.
İnsanlar Allahı düşünməyi sevməyi unutduqları zaman, həm səmimiyyətdən, həm də sevgidən uzaqlaşırlar. Allah insanların Onu düşünməsini istəyər.
Parkları, dənizi çirklətmək sevgisizlikdən irəli gələr. Bunu edənləri həmin anda xəbərdar etmək lazımdır.
İnsanın anladığı və danışdığı dildə dua etməsi lazımdır. Nə dediyini anlamadan dua etmək olmaz.
Xarab olmuş yemək nədirsə, şərab da odur. İkisi də insan bədəni üçün zəhərdir.
İsa Məsih və hz. Mehdini inşaAllah yaxın zamanda görəcəyik. Dünyaya ədalət, sevgi və dostluğun hakim olduğuna şahid olacağıq.
Necip Fazıl, Bədiüzzaman kimi dəyərli insandır. Şeirləri Allahın ilhamı ilə yazılmış heyrətamiz dərəcədə təsiredici əsərlərdir.
Çətinliyi əzab kimi görməmək lazımdır. Allaha təvəkkül etməklə çətinliklərin nemət tərəfini görmək əhəmiyyətlidir. Çətinliklər insanın ruhunu gözəlləşdirər. Çətinliklər sayəsində insan sevgiyə daha açıq hala gələr, dərinlik qazanar.
Qadınların mərhəmətli və bağışlayan olmasından istifadə edərək, bir çox zalım qadınları əzməyə cəhd edib. Qadınları əzmə dövrü artıq bitdi.
Qurana çox möhkəm sarılan möminin içinə qapanması, bədbəxt olma vəziyyəti olmaz.
Hər nöqtəsində mühəndislik, riyazi və arxitektura möcüzəsi olan kainatı təsadüfün yarada bilməyəcəyi aydındır. Təkamül çox məntiqsiz xurafatdır.
Allahı çox sevdiyim üçün, Allaha aşiq olduğum üçün, Allahın gözəl insanlar olaraq təcəlli etməsi mənə həyəcan, sevinc və xoşbəxtlik verir.