Bir ölkədə tənqid varsa, deməli, həmin ölkə azad ölkədir. Tənqid olmayan məmləkətdə yaşamaq olmaz. Qoy tənqid edən çox olsun. Bu sağlamlıq əlamətidir, gözəllik, canlılıq əlamətidir. Heç kim səsini çıxartmırsa bu ölümdür, ölüm əlamətidir. Müxalif jurnalistlər olsun, müxalif televiziya kanalları olsun, uca səslə danışsınlar.
Müşriklər təhqir edə bilər, pis sözdə deyə bilər, hücum edə bilər. Allah: "Onlara fikir vermə" deyir. Niyə fikir vermə deyir? Çünki onlara o gücü verən Allahdır. İstəsə müşrik olmazdı. Onların danışdıqları şeyləri də yaradan Allahdır. İstəsə hamısının ağzını bağlayar, heç danışa bilməzlər. Bunun üçün Allah müsəlmanlardan, çox soyuqqanlı ruh halına sahib olmalarını istəyir.
İslam dini asanlıq dinidir, çətinlik dini deyil. Amma qatı dinçilər, onu çox çətin hala, yaşana bilməyəcək hala gətirdirlər. Buna görə də İslam aləmində xalqın böyük bir hissəsi İslam dinini yaşamır.
Mehdi (ə.s)-ı mən də axtarıram, siz də axtarırsınız. Amma tapa bilməməyimiz, hələ də onu görə bilməməyimiz fəaliyyətimizi, göstərdiyimiz səyi qətiyyən dəyişdirmir və dəyişdirməz də. Ölənə qədər davam edərik.
İnsanlar bütün mehdilərə müqavimət göstərəcəklər. Bu, onun mehdi olduğunun əlamətidir. Əgər asanlıqla irəliləyəcək olsa, belə ki, Peyğəmbərimiz (s.ə.v); "40 il mübarizə aparacaq" deyir, onda niyə 40 il mübarizə aparsın? 40 gün belə davam etməz, dərhal nəticə alar. Amma belə olmur.
Gələn peyğəmbərlər və mehdilər daim halalların sayını artırmış, haramların sayını isə azaltmışdırlar. Amma müşriklər də daim haramların sayını artırmış, halalların sayını azaltmışdırlar. Halbuki haqq dində halallar çoxdur.
Səlahəddin Dəmirdaşın müsəlman olduğu məlumdur. Daim Allahdan, dindən bəhs edir. Heç kim ona dinsiz deyə bilməz. Bir dəfə belə “Allah” deyən insanın, müsəlman olduğu barədə hökm verilər.
İran darvinist ölkədir. Darvinist ölkə olduğundan ötrü Allaha, dinə inanmır. Mollaların söylədikləri xurafatlar onsuz da dəhşət vericidir. Buna görə də, dinsizlik çox geniş yayılmışdır; gənclər arasında ateizm çox geniş yayılmışdır.
"Mən çox zənginəm" deyir. Sən necə zəngin ola bilərsən? "Yaxtam var" deyir. Yaxta haradadır? Beyninin içindədir. Yaxta haradadır? Mənim beynimin içindədir. Sən necə zəngin ola bilərsən? Bütün mal, mülk Allaha aiddir. Allah kölgə varlıq olaraq yaradır.
Amerika, Mehdiyyəti dəstəklədiyi halda xilas ola bilər. Başqa cür olduqda nə bölgəni, nə də özünü xilas edə bilər. Özü də məhv olar, bölgə də. Mehdiyyətdən başqa həll yoxdur. İndi anlamazlıqdan gəlirlər, lakin anlayacaqları vaxt gəlib çatacaq. Çox tez zamanda.
Qatı dinçinin ən diqqətə çarpan xüsusiyyəti qadın düşmənçiliyidir. Qadınlara qarşı içində təsvir edilməz kin və qəzəb var. Qadınlara nifrət edər. Küçədə gördüyü qadınları öz aləmində həmişə aşağı hesab edər, səthi hesab edər. Özünü böyük hesab edər.
“Böyük Orta Şərq Layihəsi” dəccaliyyətin layihəsidir. Dəccaliyyət İslam aləmini tikə- parça etmək, kiçik parçalara ayırmaq və buna görə çox asan şəkildə gücsüz hala gətirib yox etmək üçün bir plan qurdu. Allah öz qurduqları tələyə özlərini saldı, amma bunu daha sonrakı illərdə görəcəksiniz.
Böyük Orta Şərq Layihəsinin məqsədi İslam aləmini parça-parça etmək idi. Yəni mehdiyyət, vəhdəti, bütövlüyü, birliyi təmin etmək istədiyi halda, dəccaliyyət də parça- parça etməyi qarşısına məqsəd qoydu.
Ənənəvi Ortodoks müsəlmanlar sevgidən bəhs etməzlər. Bu bir möcüzədir. Qətiyyən bəhs etmirlər. Kainatın yaradılma məqsədi olan bir gözəlliyi ağızlarına belə almırlar.
Qadın üstün varlıqdır, gözəl varlıqdır. Allah qadın və kişini bərabər yaratmışdır, amma qadın mötəbər varlıqdır.
Hz. Mehdi (ə.s) olduğu dünyada qiyamət qopmur. Amma insanların xəbəri yoxdur. Dünyadakı bütün xurafatçılar ona düşməndir. Onun sayəsində hələdə yaşadıqlarından xəbərləri yoxdur. Onun sayəsində qiyamətin qopmadığından xəbərləri yoxdur. Küfr əhli, azğınlar, dəlalət əhli, hamısı, onun sayəsində yeyib içdiklərindən xəbərləri yoxdur.
Xurafatçılardakı sevgisizlik, qadına qarşı olmaları ağlasığmaz dərəcədədir. Qadına qarşı olsan, deməli, dünyanın yarısına qarşı olmusan. Çünki qadın anadır. Sən dünyanın yarısına və analara qarşı olursan. Belə olduqda isə, dünyada İslam dini tamamilə zəifləyir, hal-hazırda olduğu kimi.
Ənənəvi ortodoks İslam, qadını yarım insan hesab edir. Halbuki qadın və kişi bərabərdir. Allah bu həqiqəti bir çox ayədə bildirir.
İslam çox qısa müddətdə yayıla biləcək, bütün dünyanın sevəcəyi bir dindir. İslam dini, xurafatçı qadınlar və xurafatçı kişilərin mənfurluğu ucbatından yayılmır. Heç sevgidən danışmırlar. Üzlərində nur yoxdur. İncəsənət nədir bilməz, gözəllik nədir bilməz, estetika nədir bilməzlər. Halbuki Allah öz istəyini; "Bu dünyada hüzurlu, sevgi dolu, dostcasına, qardaşcasına, Mənə ibadət edərək və Məni sevərək, halala, harama diqqət edərək yaşayın, Mən də sizə bolluq və bərəkət verəcəyəm" deyir.
Azərbaycan xalqı bizim canımızdır, azərbaycanlılar çox tərbiyəlidirlər, çox alicənabdırlar. Onlar heç degenerasiyaya uğramadı, heç dəyişmədi. Çox əsil-nəcabətli qaldılar. Əlbəttə ki, İlham bəy çox ağıllı bir rəftar nümayiş etdirdi, heç vaxt qatı dinçiliyin üzünə qapı açmadı. Həqiqi İslama qapı açdı, amma qatı dinçiliyə qarşı qapısını bağladı.
Azərbaycan dövlətinin xüsusiyyətlərindən biri Türkiyəyə ən yaxın ölkə olmasıdır. Azərbaycan bizim üçün Konya kimidir, Əskişəhər kimidir, İstanbul kimidir. Bu, bütün Türkiyədə belə bilinir. Ən yaxın bilinir. Azərbaycan üçün də Türkiyə belədir.