BİR İNSANI QAŞINA GÖZÜNƏ GÖRƏ SEVMƏZSƏN. Qaşı gözü çürüyə bilər, pozula bilər, xəstələnə bilər, yaşlana bilər, hər şəkilə girə bilər, zənginliyi də əlindən gedə bilər. Amma imanı və əxlaqı, yəni İMANDAN QAYNAQLANAN ƏXLAQI QALICIDIR. RUHA DƏRİN TƏSİR EDƏN DƏ ELƏ BUDUR. MƏHZ BUNA GÖRƏ BİZ İNSANI SEVİRİK. Yoxsa sırf ət - sümükdən olan bir insan sevilməz. Çünki insan dərisini qaldırsan altında qıpqırmızı qan çıxar, yağ çıxar, ət çıxar, sümük və.s .Yəni bu insanda zahirən bəyəniləcək bir şey də qalmaz.
SEVGİ ÖZ-ÖZÜNDƏN MEYDANA GƏLMİR, cəhd edilərək qazanılır, diqqət edərək sevgi qazanılır. Yəni necə çiçəyi qoruyursansa eləcədə SEVGİNİ QORUMALISAN. Sevgi öz-özündən, heç bir cəhd göstərmədən əmələ gəlməz.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
İNSAN SEVGİNİ EQOİSTCƏSİNƏ YAŞAYA BİLMƏZ. Eqoist olan mütləq sevgini itirər. Səbirli, bağışlayıcı olmayan sevgini itirər.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Quran sevginin necə yaranmasını bizə bildirər, yəni Quran sadəcə "sevin" deməz . SEVMƏK ÜÇÜN SƏBİR LAZIMDIR, FƏDAKARLIQ LAZIMDIR, COMƏRDLİK LAZIMDIR, DİQQƏT LAZIMDIR, QORUMAQ LAZIMDIR.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
İnsanların aralarında gəzən mələklər olur, amma insanlar bunu bilməzlər. Yəni normal paltarla gəzdikləri üçün sən də onu normal insan zənn edərsən. Xalqın arasında cin də gəzər, amma insanlar onun da fərqinə varmazlar.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Ev söhbətlərinə, məsələn Nur tələbələrindən çağıra bilərlər, digərlərindən də çağırmaq olar, hər camaatdan insan çağırılması lazımdır. ONLARLA MİNİMUM ORTAQ MÖVZULARDA İTTİFAQ EDƏRƏK SÖHBƏT ETMƏLƏRİ LAZIMDIR. MƏSƏLƏN, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-IN GÖZƏL ƏXLAQI İZAH EDİLƏ BİLƏR, BU HƏR CAMAATIN QƏBUL EDƏCƏYİ BİR MÖVZUDUR, AMMA SİYASİ BAXIŞLARDAN ÇƏKİNMƏK LAZIM. Siyasi fikirlər ortaya qoyulmadan ev söhbətləri çox gözəl olar.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Ümumi qurtuluş həsrətini Cənabı Allah tərəfindən ürəyimizə qoyulmuşdur. Axır zamanda bu daha da şiddətləndi. Buna aid əlamətlər, xüsusiyyətlər, xüsusilə bu aydan etibarən görülməyə başlayacaq. HƏR AY, HƏR İL BİR MÖCÜZƏ, MÖCÜZƏLƏR ARXA - ARXAYA GƏLƏCƏKDİR, inşAllah.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
MEHDİ (Ə.S)-SIZ İSLAM BİRLİYİ DƏ OLMAZ, MEHDİ (Ə.S)-SIZ BİR QURTULUŞ DA OLMAZ. Buna görə "Müsəlmanlar haradasınız?" deyil "Ya Rəbbi, Mehdi (ə.s)-ı bir an əvvəl zühur etdir" demək lazımdır. Duanın bu şəkildə olması lazımdır, inşAllah.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Başçısız hərəkət etmək də mənasızdır. Mehdi (ə.s)-ın varlığı məhz buna görə şərtdir.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
TÜRKİYƏDƏ GEDƏN İNKİŞAFLAR,BÜTÜNLÜKLƏ HƏR ŞEY BİR BAHAR ƏLAMƏTİDİR. Mən lisey illərini xatırlayaram, əvvəllər insanlar həmişə qorxu içində, narahat olaraq yaşayardı. Anarxiya qorxusu, terror qorxusu, faili məchul qorxusu, evindən alınıb, aparılıb, öldürülmə qorxusu, oyuna salınmaq qorxusu tamamilə yox olmasa da xeyli azalmışdır. BU BAHAR ƏLAMƏTİDİR, MEHDİYYƏT BAHARIDIR.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Dəccaliyyət bütün dünyanı bürüyüb, amma insanlar bundan xəbərsizdir. Hələ də dəccal axtarırlar. DÜNYANIN 99%-Nİ DİNSİZ EDƏN BİR SİSTEMİN ADI NƏDİR? DƏCCALİYYƏTDİR.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
AMERİKAN MEHDİSİ, İNGİLİS MEHDİSİ, BU MEHDİ, O MEHDİ OLMAZ. Hədislərdə Peyğəmbərimiz (s.ə.v)-in ifadə etdiyi, Peyğəmbərimiz (s.ə.v)-in soyundan, Əhli Beytindən, Hz. Fatimə (r.a) övladlarından Hz.Məhəmməd Mehdi (ə.s) vardır. Fiziki xüsusiyyətləri bildirilmiş, nə vaxt gələcəyi bildirilmiş, nə edəcəyi bildirilmiş, harada çıxacağı bildirilmişdir. O, təbii ki, mükəmməl bir insan olacaq.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Saxta Mehdilər daim məğlub olarlar, gerçək Hz. Mehdi (ə.s) qalib gələr, çünki qədəri elədir.
(14 İyun 2011; A9 TV)
Adnan Oktar
-
Hz. İsa Məsih (ə.s), Allahualəm, aramızdadır. Yəni bəzən Avropada, bəzən Amerikada, lakin aramızdadır, inşAllah.
(13 iyun 2011, A9 TV)
Adnan Oktar
-
Hz. İsa Məsih (ə.s)ın vəzifəsi bütün dünyanı Müsəlman etməkdir, inşAllah. Amma HZ. MEHDİ (Ə.S) ELƏ BİR MÜHİT HAZIRLAYACAQ Kİ, HZ. İSA (Ə.S) SANKİ HAZIR EVƏ GİRƏCƏK. Mebeli döşənilmiş, mətbəxi hazır, hər şeyi hazır olan bir evə girəcək. Hz. İsa Məsih (ə.s) yalnız evin qapılarını açacaq. Mehdiyyətə , müsəlmanlara bu işdə çox böyük vəzifə düşür.
(13 iyun 2011, A9 TV)
Adnan Oktar
-
Ən böyük təhlükə nədir? Allahın inkarı. Onun ortadan qalxması lazımdır. ALLAH İNANCI MEYDANA GƏLDİKDƏN SONRA HƏR ŞEY ASANLAŞIR. BUNDAN SONRA ARTIQ İSLAM NURUNU ÇOX RAHAT SAÇAR.
(13 iyun 2011, A9 TV)
Adnan Oktar
-
"Allah birdir" deyən Allahın birliyi mövzusunda ittifaq etməlidir. Çünki dünyada Allahsızlıq hakimdir. Darvinist, materialist düşüncə dünyanın 90/100-nu Allahsız, Kitabsız vəziyyətə gətirdi. Ona qarşı Xristianlar, Yəhudilər, Müsəlmanlar da bir-birləri ilə bir olsa dəccalın çörəyinə yağ sürtmüş olarsınız. "ALLAH BİRDİR" DEYƏNLƏRİN ALLAHIN BİRLİYİ MÖVZUSUNDA MÜTLƏQ İTTİFAQ ETMƏSİ LAZIMDIR, BİRLİKDƏ HƏRƏKƏT ETMƏLƏRİ LAZIMDIR.
(13 iyun 2011, A9 TV)
Adnan Oktar
-
Səbir ibadət həyəcanı ilə edilən vacib ibadətdə davamiyyətə deyilir, qərarlı olaraq ibadətdə davamlı olmağa deyilir.
(13 iyun 2011, A9 TV)
Adnan Oktar
-
"Çadrasız,başı örtüksüzdür" deyərək insanları ayırmağa çalışırsınıçox böyük bir fitnədir. ÇADRALI DA, BAŞI ÖRTÜKSÜZ OLAN DA 100% MÜSƏLMANDIR.
(17 May 2011; A9 TV və Qaziantəp Olay TV)
Adnan Oktar
-
Döyüşdə müdafiəçilərin mütləq dözə biləmədikləri bir məqam olur, məhz həmin məqamda parçalanar və yox olarlar, öz içlərindədə boğularlar. FİTNƏNİ MÜDAFİƏ EDƏNLƏR, DÖYÜŞÜ MÜDAFİƏ EDƏNLƏR; BUNLAR MÜTLƏQ MƏĞLUB OLANIARDIR.
(17 May 2011; A9 TV və Qaziantəp Olay TV)
Adnan Oktar
-
Səbirlə və təkidlə sülhü müdafiə etmək lazımdır, qardaşlığı müdafiə etmək lazımdır, sevgini müdafiə etmək lazımdır. Müdafiə etdikcə gəmi kimi yara - yara irəliləyirik. Sülhü, qardaşlığı, sevgini müdafiə etməyin belə maraqlı bir üslubu vardır. Heç bir yerdə dayanmaz, davamlı inkişaf edər və irəli gedər, amma çox qətiyyətli və qərarlı davam edilməsi lazımdır.