Bir insan dünyaya PKK-lı olaraq gəlməz, sonradan PKK-lı olar, təhsillə PKK-lı olar. Darvinist-materialist təhsilə son qoysan, Stalinizmin, kommunizmin çirkinliyindən danışsan həmin insanı qazanarsan. Bu qədər sadədir. İnsanı öldürmək yerinə beynindəki fikri, şeytanı öldür. İnsanın beynindəki şeytanı öldürsən, həmin insanı qazanarsan.
Meyvənin bitkisi atomu tanıyır, dəmir atomunu tanıyır. Məsələn, milliqramı tamamlandıqda, üzümün içinə lazımi miqdarda dəmir girdikdə, artıq bir daha dəmir almır içəriyə, tamam deyir. Maqneziumdan kifayət qədər aldıqda bir daha maqnezium almır. Kalsiumdan kifayət qədər aldıqda, həmin meyvəyə məxsus miqdarı təmin etdikdə bir daha almır.
(A9 TV; 5 dekabr 2015)
Adnan Oktar
-
Allah meyvələri necə də gözəl bəzəmişdir. Bir çox insan dəyər vermir. Halbuki insan ağlından milyonlarla dəfə daha ağıllı və daha məharətlidir. İnsan tək bir üzüm dənəsinə nə forma verə bilər, nə dad verə bilər, nə də o kalsium, maqnezium, sink tarazlığına nəzarət edə bilər.
(A9 TV; 5 dekabr 2015)
Adnan Oktar
-
Dünyanın ən müasir ölkəsi olaq. Çox müasir bir dövlət quruluşu olsun. Qadınlar ön planda olsun. Musiqidə, incəsənətdə, estetikada dünyanın ən qabaqcıl ölkələrindən olaq. Qatı mövhumatçı görünüş bizə yaraşmır. Türkiyəni buna görə yox etmək istəyirlər. Eləcə də, PKK-ya qapılar sonuna qədər açılır.
(A9 TV; 4 dekabr 2015)
Adnan Oktar
-
PKK təxminən 40 ildir ki, müsəlmanları görünməmiş dərəcədə inildədir. Türkiyə sərhədləri daxilində, böyük bir ərazidə hakimiyyət qurdular. Cənub-Şərqi Anadolu bölgəsində sərhəd zolağını kənardan başdan-başa əhatə etdilər. Bunları görməzlikdən gələrək, gedib orada cahil, məlumatsız müsəlmanlarla türk əsgərini üz-üzə gətirmək çox böyük günah olar, çox böyük xəta olar.
(A9 TV; 4 dekabr 2015)
Adnan Oktar
-
Türkiyə olaraq müsəlmanlara qarşı vuruşacaq sistemə qətiyyən daxil olmamalıyıq. Müsəlman qanı axıtmaq haram olar, uğursuzluq gətirər, çox böyük fəlakət olar. PKK fitnəsi olduğu halda, Mehmetçiyi müsəlmanların üzərinə göndərmək çox böyük səhv olar.
(A9 TV; 4 dekabr 2015)
Adnan Oktar
-
İslam Birliyi planla, layihə ilə olacaq şey deyil. Suriyanın mövqeyi, İraqın mövqeyi inkişaf etdiyi bir vaxtda, göydə də, Allah, hədisdə çıxacağı bildirilən quyruqlu ulduzlarla işarəsini verir. Bunlar insanların edə biləcəyi şeylər deyil. Biz ikibaşlı quyruqlu ulduzu göyə qoya bilmərik. Hadisələr tamamilə tale çərçivəsində baş verir.
(A9 TV; 3 dekabr 2015)
Adnan Oktar
-
Mehdiyyət insanların qorxacağı bir şey deyil. Mehdiyyət sevginin, sevincin, həyatın gözəlliklərinin yaşanacağı dövr və sistemdir. Hətta Peyğəmbərimiz (s.ə.v) məzardakı ölülərin belə bu həyata qibtə edəcəyini söyləyir. Həyatda olanlar da ömürlərinin uzun olmasını istəyəcəklər.
(A9 TV; 2 dekabr 2015)
Adnan Oktar
-
Dəccal gözəl olan hər şeyə düşməndir. Mövhumatçıları da dəccal ələ keçirmişdir, onlar da gözəl olan hər şeyə düşməndirlər.
(A9 TV; 2 dekabr 2015)
Adnan Oktar
-
Dəccal gözəlliyin düşmənidir, şəhərlərin, əşyanın, heyvanların və bitkilərin düşmənidir. Ən başda insanın düşmənidir, lakin bundan da əhəmiyyətlisi Allahın düşmənidir. Allahın yaratdığı, gözəl gördüyü hər şeyi yox edir. Canlıları yox edir, malları yox edir, heyvanları yox edir, bitkini yox edir.
(A9 TV; 2 dekabr 2015)
Adnan Oktar
-
Mövhumatçılar gözəllik gördükləri vaxt, iflic olurlar. Onların həyatı həmişə murdardır. Yoldaşları murdar, yeməkləri bərbaddır, evləri, danışıqları, ağızları bərbaddır, ayaqqabıları bərbaddır, hər yerində kir olar. Keyfiyyətli, gözəl insanlara öyrəşmədikləri üçün, gördükləri vaxt, sanki şoka girir, heç cür qəbul edə bilmirlər.
(A9 TV; 2 dekabr 2015)
Adnan Oktar
-
Dinin əleyhinə qəzetlərdə, radiolarda, küçədə, ailə içində bir çox yerdə görünməmiş ixtilaf var. Müsəlman buna baxmayaraq, imanlı olduqda çox böyük savab alır.
(A9 TV; 30 noyabr 2015)
Adnan Oktar
-
Hannas (şeytan) olan insanların, vəsvəsəçi insanların vəsvəsəli danışıqları müsəlmanların imtahanı baxımından çox yaxşıdır. Allah tərəfindən xüsusi yaradılar.
(A9 TV; 30 noyabr 2015)
Adnan Oktar
-
İnsan şeytanlarının çirkin sözləri, hücumları, tələ qurmaları, xainlikləri hər cür pis əməlləri, savabı olduqca artıran, Allah tərəfindən yaradılmış, Allah tərəfindən fürsət olaraq verilmiş nemətlərdir.
(A9 TV; 30 noyabr 2015)
Adnan Oktar
-
Ateistlərin varlığı, din əleyhinə hər cür yazı, söhbət, dinlə lağ edilməsi, müsəlmanın savabını artırmaq üçündür. Bütün bunlara baxmayaraq, müsəlman qalmağa davam edirsə, bu məqbul olur.
(A9 TV; 30 noyabr 2015)
Adnan Oktar
-
Zaman cənnətdə möminlər üçün sonsuz olur. Çünki Allahın ruhunu daşıyırlar. Allahın ruhu sonsuza qədər ölməz. Allah necə ölmürsə, ruhu da sonsuza qədər ölməz. Allah, insan üçün də; "Ruhumdan üfürdüm" deyir.
(A9 TV; 30 noyabr 2015)
Adnan Oktar
-
Hədislərə görə, fəlakətlər o qədər kəskinləşəcək ki, hər kəs öz başının çarəsinə baxacaqdır. Heç kim mənfəətini düşünməyə halı qalmayacaqdır. Hadisələr təsəvvür edə bilməyəcəkləri şəkildə böyüyəcəkdir. Qurtuluş üçün, mütləq İmam Mehdi (ə.s) zühur etməlidir. İkinci yol yoxdur.
(A9 TV; 29 noyabr 2015)
Adnan Oktar
-
Müsəlman müsəlmanı öldürür. Müsəlmanların başında bir lider olsa, məsələ həll olacaq. İslam Birliyi olsa, bütün müsəlmanlar xilas olacaq. Həmin gün, həmin saat xilas olarlar. Bir mənəvi lider, sevgi bağıyla lider, bütün terror və anarxiya qruplarının fəaliyyətini dayandıracaq. Sevgini, qardaşlığı əsas götürən bir ruhu bütün İslam aləminə yayacaq, hər kəsə bir-birinin dostu olduğunu göstərəcək.
(A9 TV; 29 noyabr 2015)
Adnan Oktar
-
İslam Birliyinə qarşı müqavimət göstərmək haramdır, müsəlmanların başına lider seçməsi fərzdir. Hər gecikmə haramın qatlanaraq artmasına səbəb olur, müsəlmanlar, öldürülən hər insandan, hər məzlumdan məsul olurlar. Çünki inadla İslam Birliyini istəmirlər, inadla mehdiyyətdən uzaq dayanmağa çalışırlar. Uzaq dayanmağa çalışdıqca da, cinayətlər, ölümlər qatbaqat artır.
(A9 TV; 29 noyabr 2015)
Adnan Oktar
-
Həyatında nələr edəcəyi onsuz da taleyində məlumdur, nələr olacağı da məlumdur, lakin təşvişə qapılır. Bunu Allah ən yaxşı şəkildə etmişdir, mümkün olduqca ən mükəmməl şəkildə etmişdir. Bəs təşvişə qapılmağın nə mənası var? Heç bir ağıllı tərəfi yoxdur, məntiqi də yoxdur. Çünki məsələ onsuz da həll olmuşdur. Boşuna təşvişə qapılır. Allah hər şeyi ən gözəl şəkildə yaradır.
(A9 TV; 29 noyabr 2015)
Adnan Oktar
-
Başa öz-özünə məlumat gəlməz. Tərbiyə edilməlidir, öyrədilməlidir. Başını qoy yerə yat, bu cür olmaz, insan xüsusi olaraq məşğul olmalıdır. Düşünmək namaz kimi ibadətdir.