Bir ekranın başına yapışıq yaşayırıq. Böyük bir güc bizə bu ekranda təsvir izlədir. Təsvirdə həmişə düzgünlük və müntəzəmlik vardır. Atomlar, çiçəklər, meyvələr hər şey düzgündür. Belə vəziyyətdə bu gözəllikləri yaradan Gücün, haşa, yox saymaq, heç yoxmuş kimi davranmaq, çox böyük zülm olar. Sonsuz Ağla sahib olan Allahı sevmək çox zövqlüdür. Mömin bütün diqqətini Allaha imana, Allahı çox səmimi sevməyə və Allahın yaratdıqlarını sevməyə verəcək.
Bir insanın səmimiyyəti baxışlarından, üzündən və danışığındakı səs tonuyla istifadə etdiyi sözlərdən aydın olar. Eyni insanın səmimi danışması necə olar, süni danışması necə olar dərhal bilinər.
(A9 TV; 22 mart 2018)
Adnan Oktar
-
Quran sevginin necə yaşanacağını bizə öyrədən həyat kitabıdır. Qurana tam uyulduqda həqiqi dostluq və sevgi yaşanar.
(A9 TV; 22 mart 2018)
Adnan Oktar
-
Allaha candan dua edən hər kəs xoşbəxt olar. Allahın böyüklüyünü səmimi qavrayaraq dua etmək əhəmiyyətlidir. Böyüklük sözdə qalmayacaq, qavrayaraq, düşünərək dua edəcək.
(A9 TV; 22 mart 2018)
Adnan Oktar
-
Bir insan bütün həyatını Allaha həsr elədisə, həyatın bütün yönlərindən özünü çəkib yalnız Allah üçün yaşayırsa, bu, o insanın təqvasının dəlilidir. Amma buna baxmayaraq müsəlmanda yenə də həmişə Allah qorxusu və cəhənnəmdən çəkinmək olar.
(A9 TV; 22 mart 2018)
Adnan Oktar
-
Şəhidlik təbrik ediləcək məqamdır. Allah şəhidlərimizin şəhadətini mübarək etsin, nə gözəl onları cənnətinə layiq görmüş. Çətin olan dünyada qalmaqdır. Şəhidlərin arxasınca kədərli ifadə istifadə etmək şəhidlərin ruhu üçün incidici olar. Onlar çox gözəl yerdədirlər.
(A9 TV; 22 mart 2018)
Adnan Oktar
-
Xəstəxanaların çiçəklərlə, rəsmlərlə, bəzəkli ürək açan yerlər olması əhəmiyyətlidir. Xəstəxanaların nəhəng və gözəl məkanlar olması yalnız xəstələr üçün deyil səhiyyə işçiləri üçün də hüzur verici olur. Hüzur verən məkan etmək çox maliyyətli deyil. Mühüm olan qərar alma mexanizminin yaxşı işləməsidir.
(A9 TV; 21 mart 2018)
Adnan Oktar
-
Kişinin də iffətli olması lazım olduğunu çox adam gündəmə belə gətirmir. Fuhuş həm qadına həm kişiyə haram qılınmışdır. Özlərinə hər cür çirkinliyi sözdə qanuni görərkən, qadınları ağlasığmaz təzyiq altına almaq istəyirlər. Qadınları əzmək homoseksuallığın çox böyüməsinə səbəb olur.
(A9 TV; 21 mart 2018)
Adnan Oktar
-
İngilis dərin dövlətinə açıq-aşkar meydan oxuyan bir Atatürk var idi bir də Tayyib hocam var. Halal olsun Tayyib hocama İngilis dərin dövlətinə elmlə, irfanla vura-vura beyinlərini darmadağın edir maşaAllah.
(A9 TV; 21 mart 2018)
Adnan Oktar
-
Kim Allahı çox sevsə, Allah o insanı çox sevər. Allah ən təqva qulunu sevər dediklərində ağıllarına əlində təsbeh olan saqqallı əmi gəlir. Ən təqva olan sevgini ən çox yaşayandır. Allahı ən çox sevəni, Allah da ən çox sevər.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
Ölüm möminin əxlaqını düzəltməsi üçün ibrət vəsiləsidir. Ölümün varlığı insanlar üçün çox böyük nemətdir. Ölüm və yaşlanma insanların özlərini düzəltməsi üçün əsas şərtdir, bunlar olmasa dünya çox mərhəmətsiz olardı. İnsanlar Allahdan qorxaraq təmkinli olur. Allah qorxusu olmadıqda insanların təmkinli və tutarlı olması, əxlaqını gözəlləşdirməsi, özünü inkişaf etdirməsi mümkün olmur.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
Bütün əziyyətin, iztirabın qaynağı müsəlman ölkələrin parçalanmasıdır. Biz ana, ata, qardaş birlikdə yaşayaq deyirik. Yox, gərək ayrı olaq deyirlər. O zaman da acı və dərdlər bitmir. Mehdiyyət deyəndə bir şəxsə kilidləndik sanırlar. Mehdiyyət döyüşlərin bitməsi, ədalətin hakim olması, dünyanın hüzur içində yaşamasıdır.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
Mömin dərin düşünməkdən zövq alar. Allaha güvənərək, Allahı sevərək düşünmək möminin özünü açmasına səbəb olar.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
Afrinə daha geniş kömək göndərək. Əl birliyi edərək hər cür paltar, yemək bol-bol kömək göndərək.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
Allah yalnız sevgiylə həyatı gözəl hala gətirmişdir. Sevgi gedəndə cəhənnəm gəlir. Bir insan sevgiyə yanaşmırsa və sevgini bilmirsə cəhənnəmdə yaşayır.
(A9 TV; 20 mart 2018)
Adnan Oktar
-
İslam dini asandır. Dinin asan olduğunu Allah söyləyir. Allah bəndələri üçün çətinlik diləməz. Ənənəçi sistem dini içindən çıxılmaz, əzablarla dolu, insana əziyyət edən sistemə çevirir. Həm özləri əzab çəkir, həm də insanlara əzab çəkdirirlər.
(A9 TV; 19 mart 2018)
Adnan Oktar
-
PKK-nın ideologiyası Marksist-Leninist ideologiyadır və bunun təməlində müqavimət göstərmə, inqilab olana qədər müqavimət göstərmə vardır. Bu müqavimət göstərmə kommunistlər üçün əhəmiyyətlidir. 40-50 ili gözə alırlar. Qarşıdurma, müqavimət göstərmə və ziddiyyət bu ideologiyanın təməli olduğu üçün PKK ideologiyasından imtina etmədiyi müddətcə, minlərlə dəfə məğlub olsa belə, münaqişəyə, öldürməkdən və ölməkdən imtina etməz. Buna görə PKK-ya qarşı əsas mübarizə ideologiya mübarizəsi olmalıdır. Bunun üçün də, kommunizmin fəlsəfi dayaq nöqtəsi olan Darvinizmin etibarsızlığının izah edilməsi əsas şərtdir. Fikri qalibiyyət əldə edilmədikcə PKK tam mənasıyla məhv ediləməz.
(A9 TV; 19 mart 2018)
Adnan Oktar
-
Bir çox yerdə sünilik təşviq edilir. Əl boyda uşaqlara belə sünilik öyrədilir. Bu çox pisdir. Sünilik bir insanın yox olması, həqiqi insan olmaqdan çıxması deməkdir.
(A9 TV; 19 mart 2018)
Adnan Oktar
-
Hörmətli Dövlət Bahçeli, zamanın klassik siyasət zamanı olmadığını gördü. Dövlətin gələcəyini əsas götürərək, dövlət tərbiyəsi ilə Tayyib hocama övladı kimi sahib çıxdı. Çox vicdanlı və doğru hərəkət oldu. Hal-hazırda iqtidarda Dövlət ağlı var inşaAllah.
(A9 TV; 19 mart 2018)
Adnan Oktar
-
Həsən Cəlal Gözəl ağabəy, nə gözəl anlı-şanlı yaşadın, anlı-şanlı vəfat etdin. Tərtəmiz həyatın oldu. Bütün Türkiyə sənin alicənab, tərtəmiz, dəliqanlı insan olduğun mövzusunda həmfikirdir. Həsən Cəlal Gözəl, Türkiyənin qürur mənbəyi olan çox qiymətli insan idi. Allah sevdiklərinə səbri cəmil nəsib etsin.
(A9 TV; 19 mart 2018)
Adnan Oktar
-
Şəhidlərimizə Allah qəni-qəni rəhmət etsin. Şəhidlərin ruhu cənnət əhli olur, nə gözəl, ən gözəl mövqeyə qovuşdular. Şəhidlərimizin heç birinin qanının yerdə qalmayacağını bütün dünyanın görməsi lazımdır.