Bir dərman fabrikində dərmanın üstünə istifadə qaydaları yazılır. Yoxsa insan o dərmanı düzgün istifadə etməyərək xəstələnər. Bizi dünyayla birlikdə yaradan Allah dünyadan necə istifadə edəcəyimizi bizə hazır məlumat halında göndərir. Məhz bu müqəddəs kitablar; Zəbur, Tövrat, İncil, Quran və daha əvvəlki səhifələrdir.
Türkiyəni bölmələrinə icazə vermərik. Hər nə bahasına olsa da, buna qanun və hüquq ilə əsla icazə vermərik. Təsəvvür edə bilməyəcəkləri şeylər olar. Bunu bilməlidirlər. Heç kimin bu cür xainlik etməsinə icazə vermərik.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
İslam gözəllikdir, sevgidir, nəzakətdir, namusdur, keyfiyyətdir, sənətdir, estetikadır. Müsəlman demək dünyanın ən keyfiyyətli insanı deməkdir. İnsan ağlının qavraya biləcəyi ən ağıllı, ən gözəl həyat tərzi nədir desən; bu islamiyyətdir.
(A9 TV; 2 iyun 2015)
Adnan Oktar
-
Allah dünyanı nuruyla əhatə etsin. Rəbbimiz "Hadi" ismiylə təcəlli etsin inşaAllah. Dəccalı məhv etsin. Dəccalı pərişan etsin. Dəccaliyyəti yox etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah hər yerimizi nurla əhatə etsin. Bizi nurlandırsın. Hidayət versin. Ağlımızı açsın. Şeytanın şərindən qorusun. Pislərdən qorusun. Qəlbimizə əmin-amanlıq duyğusu versin. Bizi zənginləşdirsin. Gücləndirsin. İslamı hakim etsin. Mehdi (ə.s)-ı göstərsin. Mehdisini zahir etsin. Bizi Mehdi (ə.s)-ın, İsa Məsih (ə.s)-ın tələbəsi etsin.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Allah sevilmək istəyir. Biz Allahı çox sevirik. O da bizi sevsin inşaAllah. İnşaAllah Allahın sevdiyi bəndələr olarıq.
(A9 TV; 1 iyun 2015)
Adnan Oktar
-
Xurafatçılar çox diktatordurlar. İnandırmağı yaxşı bacarırlar. Demaqoqluğu yaxşı bacarırlar. Saxtakarlıq, hiyləgərlik, aktyorluq etməyi yaxşı bacarırlar. Üzə gülərlər; lakin çox xaindirlər. Sistemli şəkildə plan hazırlayarlar. Lakin nəticədə Allah bəlalarını verər. Öz tələlərinə düşərlər.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Xurafatçıların ən böyük dərdi paxıllıq, qısqanclıqdır. Hal-hazırda, Axırzamanda da böyük fitnənin yaranma səbəbi Mehdi (ə.s)-a qarşı edilən paxıllıqdır. Saxta mehdilərin çıxması, saxta mehdilərin öz arasında mübahisə etməsi, mehdi olmadıqları halda insanları mehdi elan etməyə təşəbbüs etmək, mehdilik iddia etməyən insanları zorla mehdi kimi göstərməyə cəhd etmək; bu paxıllığın təzahürüdür.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
İsrail oğullarına qarşı nifrət bəsləmək, çox böyük uğursuzluq, bəla gətirər. Peyğəmbər nəslinə qarşı nifrət bəslənməsi Allahın heç xoşlamadığı bir şeydir. Yox, zalım olana nifrət bəslə; niyə günahsıza nifrət bəsləyirsən, niyə mömin olandan nifrət edirsən? Hamısına cəm olaraq pis yanaşır. Olmaz belə şey.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
İsrail nəslinə yersiz və ağılsız şəkildə nifrət edirlər. Halbuki bu bəla gətirər, uğursuzluq gətirər. Sən Quranın əlaqədar ayələrinə hücum etmiş olursan. Ağlını başına yığ. İsrail oğullarının hamısı müqəddəs deyil; amma sən təmiz və günahsız, mömin, müttəqi olanları da qarşına almış olursan. Peyğəmbər nəslini qarşına almış olursan. Onda Allah bəla verər, ağlını başına yığ.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Qısqanc, təhlükəli bir adam, dediyin hər şeyi şeytani yaddaşına həkk edər, istifadə etmək məqsədiylə yaddaşında saxlayar. Çünki iblislə əlaqə saxlayır. Sən deyirsən, amma kimə dediyini bilirsənmi? Əsil həqiqəti gördüyündə qanın çəkilər. Şeytana deyirsən. İblis insan surətinə girir, ona demiş olursan. Deməməlisən. Çünki başına bəla olar. Amma dostdursa, mömindirsə de, çünki sevinər o.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Gözəl şeydən danışdınsa, həsəd apararlar. Xəstə adamlara deyilməz. Ancaq səmimi, saleh mömindirsə deyilər. Onun qəlbi rahatlıq tapar. Amma qısqanc, təhlükəli, münafiq xarakterli adama söyləməməlisən. Deməsən ibadət olar. Ağzını tutmalısan, dilsiz olmalısan. Başqa şeylər danışmalısan.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Xristianlar; "Allah Özünə övlad götürdü!" deyirsə, Quran bunu düzəldir. Xristianlar Quranın düzəltdiklərini etsələr onda olar, doğru yolda olarlar. Allah: "Namazlarını qılsınlar, zəkatlarını versinlər, şirk qoşmasınlar, bəs edər" deyir. Belə olduqda xristian da müsəlman olar.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
“Rəhman və Rəhim” sözləri rahatlıq verir. Yalnız sevgi ifadə edər. Amma məsələn, Allahın “Qəhhar” adında sevgi ifadəsi gizlənib. Allah küfr əhlini məhv edər, mömini isə xilas edər. Möminin intiqamını alar, Allah sevdiyinin intiqamını alar. Bu da Allahın sevgisinin təzahür etməsidir. Allah möminləri sevdiyi üçün küfr əhlinə məhv edər. Bunda da gizlənmiş bir sevgi var.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Həmd sevgi sözüdür. Allaha həmd etmək nə deməkdir? Ey Rəbbim Səni mən çox sevirəm, dəlilər kimi sevirəm deməkdir. Sənə sonsuz təşəkkür edirəm deməkdir. Həmd bu deməkdir.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Rəhman və Rəhim, ikisi də sevgi ifadə edən sözlərdir. Hər ikisinin də kökündə sevgi var. Rəhim; sevərək qoruyan, sahib çıxan, daim xeyri üçün çalışan, xeyirlə yaradan mənasındadır.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
İran və Türkiyə Kandili mühasirəyə alsalar qarşıdurmaya ehtiyac olmaz, hamısı dayanmadan və sürətlə çölə çıxar. Çünki üç aylıq qida ehtiyatları olmaz heç. Mütləq gəlib təslim olarlar. Hökumət bunu etsin.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Kandil işğal altındadır, adamlar oradan polis bölməsi kimi istifadə edirlər. Əsgərləri, polisləri, müsəlmanları vurub şəhid edirlər. Türkiyə həm İran, həm də İraq hökumətiylə razılığa gəlib, Kandilə daxil olmalıdır. Oradakı mağaraların hamısını qanuni şəkildə təmizləməlidir. Bir dəfə mühasirəyə alsalar, üç aylıq mühasirədən sonra orada heç kim qalmaz.
(A9 TV; 31 may 2015)
Adnan Oktar
-
Qatı dinçilər bütün gözəl şeyləri qadağan edirlər. Bütün çirkin, çətin şeyləri isə məsləhət görürlər. Ağlamağa təşviq etmələri inanılmazdır. Allah bunun küfr əhlinin xüsusiyyəti olduğunu söyləyir; "Onlar çox ağlayacaq, siz isə güləcəksiniz" deyir. Onlar da tərsini söyləyirlər. "Əsla gülməyin, bol-bol ağlayın" deyirlər. İnsan buna nə qədər dözə bilər? Get idman et, ye, iç, gül. İbadətlərini yerinə yetir. Hər yeri gözəlləşdir. Hər yerə incəsənət hakim olsun.
(A9 TV; 30 may 2015)
Adnan Oktar
-
Qatı dinçilər; “atalarının dini” ucbatından, sanki gözəl İslam dinini yer üzündən silmək üzrədirlər. Müsəlmanları da məhv etdilər. Hər yerdə asıb kəsirlər, döyürlər, söyürlər, üzlərinə tüpürürlər. Bəziləri başlarını doğrayır, bəziləri avtomobilə bağlayıb yerlə sürükləyir, dəlik-deşik edir, barel bombası atırlar. Ağlasığışmaz zülm sistemi hakimdir. Qurana qayıtsalar hamısı bitəcək.
(A9 TV; 30 may 2015)
Adnan Oktar
-
İnsanlar qəlblərini din ilə yuduqları vaxt, ona bir nur, işıq gəlir. Amma bir çox insan da dinin, insanların həyatını əlindən aldığını düşünür. Halbuki dinsizlik dünyanı əldən alar, həm də kökündən alar. Hər şey başına bəla olar. Yemək bəla olar, avtomobili, evi, arvadı, yoldaşları, məktəbi, hər şeyi başına bəla olar. Amma imanlıdırsa həyat yoldaşı nemət olar, yoldaşları gözəllik olar, evi zikir yeri olar, həyatı nurlu olar, hər yeri nur olar, qəlbində rahatlıq olar.