Bəzi insanların Allaha qarşı diqqətsiz və maraqsız olması çox böyük faciədir. Allahı "görəsən nə edəcək?" deyə sınamaq çox böyük ağılsızlıqdır. Allahın varlığı bu qədər açıq ikən, Allahın varlığını görüb Allaha yönəlmək varkən, son dərəcə diqqətsiz münasibət göstərməsi bir insan üçün qorxunc fəlakətdir. İnsan ən çox Allahın böyüklüyünə yoğunlaşmalı və imtahanın detallarını yaxşı düşünməlidir. İstəyirlər ki, bir əlləri yağda, bir əlləri balda olsun. Bu cür insan təhsil ala bilməz, sevgini öyrənə bilməz. İmtahan təhsil üçün əsas şərtdir.
İnsanın yetkinləşməsi asan deyil. Allah 40 yaşına xüsusi diqqət çəkir. Dünya təhsili mükəmməl yaradılmış. Həddindən çox detal var. Bütün bu detallar təhsili mükəmməlləşdirir.
(A9 TV; 4 aprel 2018)
Adnan Oktar
-
İstanbulun həqiqi mənada gözəlliyinin ortaya çıxması üçün çirkin arxitekturanın dəyişməsi lazım. Binaların 70-80%-i çox çirkindir. Bu çirkinliyin tamamilə ortadan qaldırılması lazımdır. İstanbulun gözəlliyi o zaman ortaya çıxar.
(A9 TV; 4 aprel 2018)
Adnan Oktar
-
Müsəlmanların münafiqlərlə elmi mübarizəsi çox əhəmiyyətlidir. Müsəlmanın Quranda bildirilən cəsarəti, qətiyyəti, səbri yaşaması üçün münafiqlərin varlığı əsas şərtdir. Alçaq, xaraktersiz, şərəfsiz münafiqlərlə elmi mübarizə müsəlmanın sevincini, gücünü, şövqünü artıran həyati mövzudur.
(A9 TV; 4 aprel 2018)
Adnan Oktar
-
Başbuğ Türkeş həqiqi dövlət adamı, mürşid, vətənpərvər dava insanı idi. Türkiyənin yıxılmasına maneə törədən əsas ünsür olmuşdur. Yetişdirdiyi gözəl nəsillər hələ də dövlətimizə çox qiymətli xidmətlər edirlər. Onu sevgi və hörmətlə yada salırıq.
(A9 TV; 4 aprel 2018)
Adnan Oktar
-
İmtahanı xeyirlə bitirmək çox böyük hadisədir. Dünyanın hər dəqiqəsi çətindir. Bu çətinliyin gözəlliyi vardır, amma hər an hər saniyə böyük diqqət tələb edir. Buna görə dünya həyatını xeyirlə bitirən insanı çoxlu təbrik etmək lazımdır, çünki böyük müvəffəqiyyət əldə etmişdir.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Təyyarələrin bomba deyil yemək, kitab atması lazımdır. Döyüşü, müharibəni, silahı, öldürməyi bu qədər normal qarşılamaları çox böyük anormallıqdır.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Şiə, sünni hamısı nur kimi müsəlman. Bir-birinə düşmənçilik edəcək, bir-birini öldürəcək qədər nifrət həddinə gəlməsi çox böyük anormallıqdır.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Heyvanlara şiddət tətbiq edənlərin məhkəməsi xalqa açıq olsun. Özünü müdafiə edə bilməyən, danışa bilməyən canlıya niyə zülm etdiyini hər kəsin gözü qarşısında izah etsin. Və bu kəslər mütləq ibrət olaraq Ağır Cinayətlər Məhkəməsində mühakimə edilsinlər.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Allah Nurdur. Səmimi insanlarda da ağıl, fərahlıq, bərəkət, yaxşılıq şəklində bu nur təcəlli edər.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Qadınların hər mövzuda azad olması lazımdır. Qadın özünə nəyin yaraşacağını, nəyin yaxşı olduğunu bilir. Qadına "belə geyin, bu qədər makiyaj et, bu qədər etmə" demək hörmətə uyğun deyil.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Münafiq özünün alçaq məxluq olduğundan çaqqal kimi əmindir. Öz aləmində müsəlman təqlidi etməyə çalışır amma bəzən dinsizliyini açıqca göstərir. Nadir rast gəlinəcək tərzdə arsızlığa sahib olduğu üçün roldan rola girər.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Samiri, Hz. Musa və möminlərə xəyanət etdikdən sonra səhrada tək başına sürünərək yaşadı. Tək başına çöldə sürünərkən də "azadam mən" deyə axmaq kimi sürünməyi azadlıq sanırdı. Münafiq bu cür axmaq və ağılsızdır. Qorxunc dərəcədə qanmaz və səfehdir, amma özünü azad zənn edər.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Allahın böyüklüyünü anlayan insan üçün ümidsizlik mövzusu olmaz. Allahın gücünü və böyüklüyünü anlayan insan mütləq axırda müvəffəqiyyətli olacaqdır.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
İran, Türkiyə və Rusiya ittifaqı çox əhəmiyyətlidir. Bu ittifaqa Səudiyyə Ərəbistanını da daxil edək inşaAllah. İranın daha da müasirləşməsini təmin edək. Yaxın Şərqdə sülh və hüzur hakim olsun.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Şəhid olan kənd qoruyucularımızın şəhadətləri mübarək olsun. Allah ailələrinə səbri-cəmil nəsib etsin. Çox gözəl, çox nurlu, çox şərəfli mövqe nəsib etmiş Allah onlara. Nə xoşbəxt şəhid oldular, nə xoşbəxt cənnət əhli oldular.
(A9 TV; 3 aprel 2018)
Adnan Oktar
-
Hər kəsin şən, bir-birinə salam verdiyi, bir-birinə iltifat etdiyi, qadınların çox azad olduğu və hörmət gördüyü cəmiyyət olması gözəldir. İnsanları sevmək, onlarla yoldaş və dost olmaq dünyanın ən gözəl nemətidir. Amma insanlar ən zövqlü şeyləri tərk etmişlər; dost olmağı, vəfanı, sevməyi tərk etmək çox pis vəziyyətdir.
(A9 TV; 2 aprel 2018)
Adnan Oktar
-
İsa Məsih kimi tərtəmiz insanı dəccal komitəsinə şikayət edib onu əzdirmək istəmək çox böyük əxlaqsızlıqdır. Münafiqlər belə əxlaqsız və xaraktersizdir. Tək məqsədləri və işləri müsəlmanların dağılması üçün çalışmaqdır.
(A9 TV; 2 aprel 2018)
Adnan Oktar
-
Allah Özünə güvənənə kömək edər. Özünə tam güvənənlərə isə tam fərqli həyat yaşadar. Allaha tam güvənmək çox vacibdir. Hər sevən, sevdiyinin özünə güvənməsini istəyər. Güvənmirsə sevgi olmaz. Allah da qulunun Özünə tam güvənməsini istəyər. İnsan mənfəətlərinə zidd olmadığı zaman Allaha güvənirsə orada sevgi qalmamış deməkdir, Allah qorusun.
(A9 TV; 2 aprel 2018)
Adnan Oktar
-
Xalq, əsgər və sənətçilərin iç-içə olması gözəllikdir. Əsgərin sevinməsi, sənətçilərlə birlikdə vaxt keçirməsi sevindirici haldır. Yersiz tənqidlərə ehtiyac yoxdur, bu tənqidlər xalqımızı da narahat edir. Tayyib hocamın sənətçiləri Hataya aparmasını, sənətçilərimizin əsgərlərimizlə birlikdə əylənməsində heç bir səhv yoxdur. Sənətçilərin ordumuza dəstək olması, ordu millət əl-ələdir mesajı verilməsi çox gözəl hərəkətdir.
(A9 TV; 2 aprel 2018)
Adnan Oktar
-
Sənətçilərimizin əsgərlərimizə verdiyi dəstək çox gözəl olmuş. Millət olaraq Prezidentimizin ətrafında bağlanmağın dəlili olan hər şey İngilis dərin dövlətinə elmi yumruq olur inşaAllah.