avatar

Adnan Oktar

Bərabərliyi hz. Mehdi (ə.s) tətbiq edəcək. Hər dinə, hər kəsə qarşı şəfqət, sevgi göstərəcək.
A9 TV; 24 sentyabr 2013
avatar

Adnan Oktar

İrandakıların Mehdini, haşa Allah kimi hesab edən inancları olduqca çox təhlükəlidir.
A9 TV; 24 sentyabr 2013
avatar

Adnan Oktar

Hər kəs azad və xoşbəxt olsun. Silahları aradan qaldıraq. Döyüş, savaş ən böyük cinayət hesab olunsun.
A9 TV; 24 sentyabr 2013
avatar

Adnan Oktar

Əsədin dediklərindən belə bir məna çıxır ki: "Yaxşı, o zaman, kimyəvi silahla öldürməyim, boğaraq, asıb-kəsərək, yandıraraq öldürüm".
A9 TV; 24 sentyabr 2013
avatar

Adnan Oktar

Mehdiyə müxalif çıxanlarda həmişə bir bərəkətsizlik hiss edilir.
A9 TV; 24 sentyabr 2013
avatar

Adnan Oktar

Yaxşılıq, mərhəmət etmək, şəfqət, sevgi göstərmək çətindir. Qırıb-tökmək çox asandır. Bəziləri əlinə tüfəngi alıb ətrafdakıları biçib qırır. Amma sevgi göstərmək əmək, iradə, mərdlik istəyir. Səbrin, əzmin ən son mərhələsini istəyir.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Möminin hədəfi nədir? Həmişə gözəllikdir. Gözəllik və sevgi bir-birinə bağlıdır. Sevgi yoxdursa gözəlliyin heç bir mənası olmaz. Gözəllik varsa sevgi də vardır.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Qadının təkcə zahirən gözəl olması yetərli deyil. İmanı ilə gözəl olmalıdır. Allaha inanmalı, iman etməli, Allahdan qorxmalı, Allahı çox sevməlidir ki, gözəl olsun. Yoxsa gözəl ola bilməz.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Qiyamətdən sonra bütün fizika qanunları dəyişər. Elm adamlarının söylədiyi hər şey orada etibarsızdır. Yeni fizika qanunları, yeni kimya qanunları olacaq.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Ənənəyə əsaslanan İslam anlayışı yalnız və yalnız mehdiyyətlə ortadan qalxar.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Ələvilər çox dəyərli insandırlar. Onların söhbəti, sözü ürəyə rahatlıq gətirir. On dəqiqə söhbətlərinə qatılanlar mənəvi cəhətdən rahatlayır. Sevginin, mərhəmətin, sülhün, qardaşlığın mürşidləridir, döyüşə şiddətlə qarşıdırlar.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Ələviliyin ən gözəl istiqamətlərindən biri də, xurafata qarşı çıxmalarıdır.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Ələvilər hz. Əli (r.ə)-i coşğu ilə sevərlər. Babalarının böyük hissəsi də seyiddir. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Dəyərlərini bilmək lazımdır.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

Allah uşağı da tərbiyə edər. Quranda hz. İsmayıl (ə.s)-ın, hz. Yusuf (ə.s)-ın başına gələn hadisələrdə olduğu kimi, uşaqlar da imtahan olunar. Allah uşaqları da çətinliklərlə, asanlıqlarla sınayar ki, böyüyəndə onu xatırlasın. Böyüdüyündə onu xatırlaması imtahanın bir şərtidir.
A9 TV; 23 sentyabr 2013
avatar

Adnan Oktar

İmam Məhəmməd Mehdi (ə.s) ilə dünya bitir. Qiyamətin gecikməsinə səbəb İmam Mehdi (ə.s)-dır, inşaAllah.
A9 TV; 21 sentyabr 2013
avatar

Adnan Oktar

Anadolunun fəthi, İstanbulun fəthi Mehdi (ə.s) üçündür. Əvvəllər hər tərəfi dəniz idi. Əcdadlarımız daha sonra hər tərəfə ağac əkdilər, yollar saldılar.
A9 TV; 21 sentyabr 2013
avatar

Adnan Oktar

Allah: "Yüngül zəlzələ yaradıram, istəsəm sizi yerlə-yeksan edərəm. Sizə olan şəfqətimə görə bunu edirəm, diqqətinizi Mənə verin, sevginizi Mənə verin, dünyaya bağlanmayın" deyir. Allah zəlzələlərlə bu mesajı verir.
A9 TV; 21 sentyabr 2013
avatar

Adnan Oktar

Müsəlman göz görə-görə şərabı necə içsin? Boğazına tıxanar, istəsə də içə bilməz. Mömin zina ilə iflic olar. Əli qolu bağlanar, qüdrəti çatmaz. Günaha girmə gücü olmaz, bəsirəti bağlanar, edə bilməz, inşaAllah.
A9 TV; 21 sentyabr 2013
avatar

Adnan Oktar

Peyğəmbərimiz (s.ə.v) zamanında Buddizm də vardı. Hər cür fitnə fücur vardı. Dinsizlik vardı, müşriklik vardı. Fitnə aradan qalxmamışdı. Mehdi (ə.s)-ın fəaliyyəti nəticəsində fitnə qalmayacaq. Ayədə bəhs olunan "din bütünlüklə Allahın olana qədər" ifadəsi bütün dünyanın müsəlman olması mənasındadır.
A9 TV; 21 sentyabr 2013
avatar

Adnan Oktar

Qanun, hüququn məqsədi, daim gözəl və faydalı insanlar meydana gətirmək, insanları tərbiyə etməkdir. Hüquq insanların zərərlərini əngəlləyən bir nemətdir. Faydasını da gördük. Artıq Fazıl Say insanlara yaraşmayan sözlər və cümlələr işlətmir. Daha da nəzakətli və yığcam danışır. Deməli, hüququn faydası olub.
A9 TV; 20 sentyabr 2013
avatar

Adnan Oktar

Polisi, maraqlanacağı həqiqi əleyhdarlara istiqamətləndirmək lazımdır. Polisin, vətənin dostlarına, millətin dostlarına deyil. Çünki Axırzamandayıq. Peyğmbərimiz (s.ə.v) Axırzamanla əlaqədar olan hədisində belə buyurur: "Axırzamanda doğru olan xain, xain olan da doğru kimi tanınar". Polisləri haqlı, doğru olanların, yaxşıların üzərinə deyil, xainlərin üzərinə istiqamətləndirmək lazımdır.
A9 TV; 20 sentyabr 2013
PAYLAŞIN
logo
logo
logo
logo
logo