Bədiüzzamanın tələbələrinin məzarlarının olduğu yerlərə kamera sistemi ilə nəzarət edilməsi faydalıdır. Əlavə olaraq polis köşklərinin qoyulması da yaxşı olardı.
İslam Birliyinin mühüm dostlarından biri də İsrail olacaq. Bəni-İsrail, Yaquboğulları Quranda təriflənmiş sadə insanlardır. Bəni-İsrail o bölgədə qalacaq.
Hər iddia adamının münafiqi beyninin içində yaradılır. Çöldəki bədənini sən bilməzsən. Sən sənə göstərilənləri bilməkdə cavabdehsən. Məsələn, uşaq ölürsə, bu, sənin beynindəki uşaqdır. Çöldəki uşağı bilməzsən. Bu, Allahın elmi―Ledün elmidir. Yəni batin elmidir.
Müsəlmanlar Tövratın haqq olan qisimlərinə inanmaqda cavabdehdirlər. Tövratın haqq olan qismini bir müsəlman rədd edə bilməz. İncilin də haqq olan qisimlərinə inanar.
Bir yəhudi Məhəmmədi olsa, həqiqi yəhudi olmuş olar.
Müsəlmanların bir-birini sevməsi fərzdir. Allah kimini qurudan, kimini havadan, kimini də dənizdən xidmət etdirər. Havadakı qurudakına, qurudakı dənizdəkinə müxalif çıxmaz. Hamısı Allahın aslanlarıdır. Hamısı bir-birindən dəyərlidirlər.
Yəhudilərə, İsrailə söz dedirtdirmərəm. Amma qeyri-normal bir şey olsa, insanlıqdan kənar bir şey olsa, sonuna qədər mübarizə apararam. Yəhudi şəfqətli, mərhəmətli, həlim, sevgi dolu, bağışlayan, gözəl xasiyyətli, Allahdan qorxan deməkdir.
Allaha təslimiyyət, Quran müsəlmanlığı, qatı dinçiliyə qarşı olmaq, yəni mehdiyyət bütün bölgəni hüzura qovuşduracaq, inşaAllah.
İsraillə Türkiyə can-ciyərdirlər, qardaşdırlar. İslam Birliyinin mühüm dostlarından biri də İsrail olacaq. İsraillə qarşılıqlı olaraq təhqir edici üslublardan çəkinmək lazımdır.
İran heç bir vaxt İsrailə hücum edə bilməz.
Allahı isbat edən hər elmi dəlil bir ayədir.
Baş nazirin sözlərini qulaq ardına vurmaq səmimi yanaşma deyil. Səmimi gözlə baxılsa Baş nazirin nəyi nəzərdə tutduğu aydın olar.
PKK çoxbilmişlik, qoçuluq etməkdən əl çəkməlidir, bununla nəticə əldə edə bilməz. Türk dövləti ultimatumla hərəkət etməz.
Hakan Fidan çox ağıllı, dindar cavandır. Məntiqsiz bir şey etməz. Hakan Fidan bir şeyə qərar verdisə, ona Baş nazir və Baş qərargah da qərar vermişdir.
Sultanımız Şeyx Nazim Kıbrısi həzrətləri Quran tələbəsidir. O bir söz söyləsə sanki ətrafa gül saçmış olar.
Biz Ortodoks dindar qardaşlarımızı həmişə qorumağın tərəfdarıyıq.
Ev söhbətlərində dua etmək çox əhəmiyyətli bir məsələdir. Bir qardaşımızın dua etməsi, digərlərinin də ''Amin'' demələri lazımdır. Hər gün ya bizim kitablardan, ya da Qurandan ayə oxuyub, iman həqiqəti izah edib bunu yeniləmək lazımdır.
Quranda nöqsan, əksiklik, ziddiyyət yoxdur. Quran elmlə, ayələr bir-birilə, tarixi hadisələrlə ziddiyyət təşkil etmir. Quranda verilən bütün məlumatlar daha sonra təsdiq olunur. Bu, Quranın möcüzəsidir, əlhəmdülillah.
Qatı dinçilər Qurana əlavələr edərək Quranın hökmünü dəyişdirə bilməyəcəklər. İslam Allahın istədiyi kimi, yenə Peyğəmbərimiz (s.ə.v) dövründəki kimi hakim olacaq.
Allahı, Quranı unudub, İslamı yaşamayan insanlarla dostluq bağı ilə bağlanıb müsəlmanları tərk etmək olmaz. Sənin bağlanacağın dostluq qrupu müsəlmanlar olmalıdır. Allah "Onlara sevgini göstər" deyir.
Türkiyə hər hansısa bir ölkənin tərəfində deyil. Biri bir səhv edərkən yalnız səhv qismini tənqid edərik. Yaxşı olan qismini də çox gözəl vurğulayıb, izah edərik. Türkiyəyə yaraşan da elə budur.