Axırzamanın bir xüsusiyyəti olaraq hər yerdə ağrı, acı, fəlakət var.
Buddistlər Arakandakı müsəlmanları qatı dinçi bildikləri üçün onlardan nifrət edirlər. Müsəlmanlar buddistlərə şəfqətlə yaxınlaşsalar, buddistlər mülayimdirlər.
Hz. İsa (ə.s) gizli olacaq, Mehdi (ə.s) isə zahir olacaq.
Yalnız kürd olsun demək necə də sevgisiz yanaşmadır. Ərəbi, lazı, çərkəzi niyə sevmirsən?
Təhsilin ana dilində olması tələbi səmimi deyil. Parçalanma məqsədli bir tələbdir.
İstəyirlərsə hər küçədə kürd dilində kurs yerləri açılsın, amma təhsil rəsmi dildə türkcə olacaq.
Təhsilin ana dilində olmasını təkid etmək çox səhv hərəkətdir. Laz, çərkəz, hamısı təhsilin öz ana dilində olmasını istəsələr vətən parça-parça olar.
Ana dilində təhsil parçalanmanın digər adıdır. Sadəcə kürd kürdcə təhsil alacaq. Burada vətəndaşların dil və inanc əlaqəsini qoparma məqsədi var.
Hz. İsa (ə.s)-ın fəaliyyəti gizli olar. Hz. İsa (ə.s) ictimai təbliğ etməz. Hz. Mehdi (ə.s) isə zahir olar, açıq-aşkar ictimai fəaliyyət göstərər. İsa Məsih gizli qalibanədir (qalib gəlmiş bir tərzdə, üstün gələrək). Yəni açıq-aşkar fəaliyyət göstərməz. Yalnız siyasi fəaliyyət göstərər.
Dünyada baş verən savaşlar və qarşıdurmalar yalnız mehdiyyətlə bitər. Mehdiyyət olmadıqca qarşıdurmalar, savaşlar davam edər. İraqda, Suriyada, Əfqanıstanda savaş, qırğın hələ də bitmədi. Ancaq mehdiyyətlə bitər.
Qatı dinçilərin izah etdiyi İslama heç kim yanaşmaz və bu şəkildə izah edilsə dünyada İslama qarşı olanlar çoxalar. Amma mehdiyyət tərzində izah edilsə, dünyanın hamısı İslamı dərhal qəbul edər. Hətta kommunistlər də islamı sevərək qəbul edərlər. Çünki mehdiyyətdə azadlıq, mehribanlıq, estetika, gözəllik, demokratiya var.
Amerikanın tarixində indiyə kimi görünməmiş iqtisadi çöküntü, İsa Məsihin çıxış əlamətidir.
Qatı dinçilərin izah etdikləri din İslam dini deyil. Şiddət, nifrət və vəhşilik dinini izah edirlər.
Əl-Qaidə məntiqini əhli sünnə kitablarındakı uydurma hökmlərdən çıxarır.
Atatürk bütün sirləri bilirdi. İslamın bütün dünyaya hakim olacağını, Türk-İslam Birliyinin olacağını, qatı dinçilərin məğlub olacağını da bilirdi. O, hz. Mehdi (ə.s)-a köməkçi olmaq üçün qatı dinçilərin yolunu qabaqcadan bağladı və mehdiyyətin qapısını sonuna qədər açdı. Hz. Mehdi (ə.s) köməkçisi olaraq öz vəzifəsini yerinə yetirmişdi.
Qadına qürur, dəyər verən hər söz gözəldir.
Peyğəmbərimiz (s.ə.v)-ə aid olmayan uydurma hədislərdə, qadın ərinin köləsi mövqeyindədir.
"İnşaAllah" desən bərəkət gəlir. "İnşaAllah” qədərin işığıdır. İslam Birliyinin, dünya hakimiyyətinin şifrəsi və açarıdır. “İnşaAllah və maşaAllah”ı çox söyləyənlər dünyaya hakim olacaqlar.
Sağ Türkiyəyə bərəkət, nur gətirər. İstər Səadət partiyası olsun, istərsə Böyük Birlik Partiyası olsun, istərsə də MHP olsun, hamısı Türkiyənin təməl daşlarıdır. Bunları yox etmək olmaz. Eləcə də təriqətlər, camaat; Nəqşibəndilər, Qadirilər, Süleymanlılar, nurçular, bunlar da Türkiyənin təməl daşlarıdır.
Amerika kimi güclü bir dövlətin müflisləşməsi, Mehdi (ə.s)-ın, İsa Məsihin həm çıxış, həm də fəaliyyətdə olmalarının əlamətidir. Allah onları Özünə qaytarmaq üçün, sevginin, mərhəmətin, şəfqətin əhəmiyyətini göstərmək üçün bunu edir.
İnsan Quranla ağlını tapar. Bir kommunist, bir faşist, bir manyak, bir də Quran ağlı vardır. Hamısının özünə görə bir ağlı var. Ağıl deyilən şeydən aydın olan; Qurandan qaynaqlanan, mərhəmətli, şəfqətli, məqbul, tutarlı olan, vicdanı ilə hərəkət edən insana biz ağıllı deyirik.