Axır zamanda yaşamağımıza baxmayaraq bu həqiqət təkidlə gizlədilir.
İranla müharibəyə icazə yoxdur. Heç əbəs yerə həvəslənib həyəcanlanmasınlar, elə bir hadisə, geniş miqyaslı döyüş olmayacaq, inşaAllah.
Hz. Mehdi (ə.s) hal əhlidir.
Atatürkün aydın fikirlərindən, düşüncələrindən təkcə Türkiyə deyil, bütün Yaxın Şərq, Balkandakılar, bir sözlə, hər kəs istifadə edir. Türkiyənin müasir dünyagörüşü xurafata qarşı çox güclü quruluş yaratdı. Bu gün belə rahat danışa biliriksə, Atatürkün vəsiləsi ilədir. Yoxsa bir çox problemlər yaranardı. Danışmaq, yaşamaq, hər şey problem olardı. Allah əsirgəsin.
Eqoistə təbliğ edə bilməyəcəksən. İlk öncə eqoizmi aradan qaldırmaq lazımdır. Allaha qul olduğunu dərk etməlidir.
Təbliğ etmək məktub, kitab göndərməklə olar, uzaqdan-uzağa da olar. Üz-üzə danışmaq şərt deyil.
2012-ci ilin sonlarına doğru hadisələr daha da şəkillənəcək, inşaAllah. 2012-ci il əhəmiyyətlidir. 2014-cü il fəaliyyətə başlama ili olacaq, inşaAllah. 2014-cü ildə də burda olub görüşəcəyik. Ondan sonra artıq yollar inananların və sevənlərindir, inşaAllah. Əsas yolda gedən kimi gedəcəyik, inşaAllah. İndi altımışla gediriksə, onda iki yüzlə gedəcəyik, inşaAllah.
Dua qədəri dəyişdirmir. Dua da qədərə daxildir, amma bəzən Allah duanı qədər daxilində bir gözəllik üçün saxlayar. Əvvəl duanı etdirər, sonra şəfanı verər. Yəni dua ilə şəfa birlikdə yaradılır.
Quran xurafatçılara qarşı güvənib, ehtiyatı əldən verməməli olduğumuzu göstərir, təmkinli, səbirli olmalıyıq. Çünki onların fikirləri məlum deyil. Bir dəfə etdiyi anormal hərəkəti yenə edər.
Mehdi (ə.s) zühur edəndə, İsa Məsih çıxarkən fanatik qruplar çox peşman olacaqlar. Quran ona işarə edir. (Yusuf Surəsi, 97)
Allah Quranda sevginin şəfaverici xüsusiyyətinə diqqət çəkir, inşaAllah.
Xurafatçılarda hörmətsizlik, yersizlik, sevgisizlik olduğu üçün zənn edib yanılırlar.
Mehdi (ə.s)-ın sevgisi xəstələrə şəfa olacaq, inşaAllah.
Mehdi (ə.s) sevdiklərinə sevgisini ifadə edən hədiyyələr göndərəcək. Həmin hədiyyələr xəstələrə şəfa olacaq , inşaAllah. Onun diqqəti, onun münasibəti, onun sevgisi xəstələrdə bir fərahlıq, güclənmə, qüdrət, şövq, həyəcan ortaya çıxaracaq. Allahın “Hayy” adının təcəllisi olaraq, inşaAllah.
Cəhd etməklə İsa Məsih, Mehdi (ə.s) olmaq mümkün deyil.
Allahın seçdiyi, dilədiyi şəxs Mehdi (ə.s) olacaq . Çalışaraq, cəhd göstərməklə, qrupla, camaatla, kiminsə dəstəyi ilə Mehdi (ə.s) olmaq olmaz. Allah seçməlidir.
Yusuf Surəsi başdan-axıra qədər Mehdiyyətlə əlaqəlidir.
Mehdi (ə.s) malı, hədiyyələri bolluca paylayacaq. Hədisdə bildirildiyinə görə, insanlara bol- bol əlavə hədiyyələr verəcək, hətta insanlar qaytarmaq istəyəcəklər, lakin geri almayacaqlar.
Təkcə kafirlər, müşriklər və münafiqlər Allahın rəhmətindən ümidlərini kəsərlər. Mehdi (ə.s)-ın çıxacağına ümidini üzmək müsəlmana yaraşmaz.
Onlar dedi: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada salmaqla axırda ya əldən düşəcək, ya da öləcəksən”. (Yusuf surəsi , 85) Mənə də deyirlər: " Mehdi (ə.s)-ı, İsa Məsihi niyə tez-tez xatırladırsan" . Ona görə ki, çox darıxdıq. Hz. Yaqub (ə.s) kimi çox darıxdıq. Bağrımıza basmaq üçün həyəcanla gözləyirik.
Cənabı Allah kədərin, üzülməyin xəstəlik yaratdığına Quranda işarə edir.