Avropa səviyyəsində Türkiyəni yalqız hala gətirməyə istiqamətli siyasət var. Bu siyasətin qarşısını almaq üçün Türkiyə həmişə yetkin və etidallı davranmalıdır.
Son dövrlərdə Peyğəmbərimiz (s.ə.v)-i nümunə göstərmək əvəzinə Çe Gevaranı nümunə göstərirlər. Dövləti dağıtmağa əzm etmiş insan nümunə ola bilməz.
(A9 TV; 11 mart 2017)
Adnan Oktar
-
Əvvəl və sonra məfhumu, yəni zaman insan üçün qüvvədədir. Zaman insanın bir qavrayışıdır. Allah zamandan asılı deyil.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Müsəlmanların bu qədər əzilməsinin əsas səbəbi xurafata əsaslanan mövhumatçı sistemdir. Qurtuluş çarəsi isə Quran İslamıdır.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Xurafatlara əsaslanan mövhumatçı sistemin dəhşət verici həyat anlayışı var. Ya Quran İslamını, ya da bu qorxunc dünyanı qəbul edəcəklər. Çimərlik geyimiylə gəzən bacısına, anasına əxlaqsız gözlə baxacağını, 3 yaşında uşağın şortla gəzə bilməyəcəyini söyləyən zehniyyət xurafat dinidir. İslamafobiyanın inkişafına səbəb olan anasını, atasını, uşağı potensial cinsi təhlükə hesab edən, qadın və dekolte əleyhinə olan mövhumatçılıqdır.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Bəziləri fasiq müsəlman anlayışını müdafiə edir; “mən heç bir hökmə tabe olmuram, lakin sizə ağıl verərəm” deyir. Qurana görə fasiqin sözünə etibar edilməz.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Türkiyənin Rusiya ilə dostluq həmlələri çox doğru və gözəldir. Ruslar təmiz və gözəl xalqdır.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Çe Gevara; “insanı soyuq bir ölüm maşınına döndərək” deyən biridir. Gənclərə nümunə göstəriləcək biri deyildir. Terrorla dövləti dağıtmağa əzm etmiş Çe Gevara kimilərini gəncliyə nümunə göstərmək cinayətdir. Çeni müdafiə etməklə Öcalanı müdafiə etmək arasında fərq yoxdur. “Mənim marksistliyim kök saldı, saf hala gəldi. MƏN SİLAHLI MÜBARİZƏYƏ QƏTİ OLARAQ İNANIRAM” deyən Çeni müdafiə etmənin Öcalanı müdafiə etməkdən fərqi yoxdur. Çe cinayət işləməkdən zövq alan, insanların kəlləsinin parçalanmasını izləməkdən zövq alan biridir. Təbliğ ediləcək insan deyildir.
(A9 TV; 10 mart 2017)
Adnan Oktar
-
Bizim üçün əhəmiyyətli olan İslam Birliyidir. Bərzani İslam Birliyini müdafiə edən insandır. PKK isə İslam Birliyinə öz aləmində mane olacağını güman edir.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Yüz dəfə söylədim, Mehdilik iddia etsəm Allahın, mələklərin, insanların lənəti üzərimə olsun dedim. Mən hoca da deyiləm. Bu proqram da din proqramı deyil. Mən Allahı çox sevirəm, hər yerdə, hər mühitdə Allahı zikr edərəm.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Ateistlərə, aqnostiklərə, hamısına hörmət edərəm, dürüst açıqca inana bilmədiklərini söyləyir, səmimiyyətsizlik etmirlər, gəlsinlər söhbət edək.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Biz sərhədimizdə İngiltərə dərin dövlətinə xidmət edən, İslam Birliyinə mane olacaq kommunist dövlət istəmirik. Kürdlər bizim canımızdır. Bərzaninin İraq və Suriyada beynəlxalq qanunlara uyğundursa müasir və ziyalı bir dövlət yaratması millətimizi narahat etməz. Region dövlətləri razılaşar, Birləşmiş Millətlər Təşkilatı qəbul edər, beynəlxalq qanunlara da uyğun olsa Bərzani və kürdlərin Suriya və İraqda dövləti olması gözəl olar.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Şeyx Mehmet Əfəndi, Şeyx Nazım Kıbrısi həzrətlərinin bizə olan əmanətidir. Çox qiymətli, möhtərəm, təmiz insandır, onu çox sevirik.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Bir çox mövzudan bəhs edirlər, lakin darvinizmin əsassızlığından, iman həqiqətlərindən, insanların iman gətirmələrinə vəsilə olacaq mövzulardan heç bəhs etmirlər.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Quranda qadının döyülməsi hökmü yoxdur. Peyğəmbərimiz (s.ə.v) qadınlara heyranedici dərəcədə dəyər vermişdir.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Düşüncələrinə görə qədəhi, meyvə suyu şüşəsini, ətiri, hər şeyi haram edirlər. Halbuki Allah, yalan söyləyib halalı haram etməyin deyə buyurur. (Nəhl surəsi, 116: Dilinizin uydurduğu yalana əsasən buna halal, ona haramdır deməyin. Çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.)
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Mövhumatçılar atasının qızına sevgi göstərə bilməyəcəyi, ananın oğlunun yanında yaşaya bilməyəcəyi dünyanı din kimi göstərirlər. Bu çox qorxuncdur. Bu şirk dinidir. “Şəkil çəkdirmək, portret asmaq, musiqi dinləmək, rəqs etmək, gülmək mən hamısını edərəm, lakin haram olduğunu bilirəm” deyirlər. Halbuki bunlar haram deyil, halaldır. Müsəlman Allahdan qorxar və haram məsələsində diqqətcildir. Haram olanı etməz. Bu məntiqdə olanlar öz aləmlərində müsəlmanların əlindən halal olan bütün nemətləri almaq istəyirlər. Musiqi, rəqs, incəsənət, keyfiyyət, elm, gözəllik, əyləncə haram deyil. Həmçinin haram olduğunu düşünüb buna baxmayaraq, bütün bu hərəkətləri edib sonra da müsəlmanlara ağıl vermək çox böyük səmimiyyətsizlikdir.
(A9 TV; 9 mart 2017)
Adnan Oktar
-
Mehdi, dəccaliyyətin yaratdığı dağıntını aradan qaldırmaq üçün gəlir. Dəccaliyyət dünyanı məhv etdikdən sonra hz. Mehdi abadlaşdıracaq.
(A9 TV; 8 mart 2017)
Adnan Oktar
-
Meyvənin torpaqdan vitamin, mineral və zülal əldə etməsi belə təkbaşına çox böyük möcüzədir.
(A9 TV; 8 mart 2017)
Adnan Oktar
-
Dekoltenin əleyhinə olan mövhumatçı sistem qadın necə döyülər, oğlan övladı anasının dizinə baxa bilməz, atası qızına sarıla bilməz azğınlığı üzərində qurulub. Mövhumatçıların söylədikləri xurafatlara əsaslanan sistemdə şəkil çəkdirmək, musiqi dinləmək, rəqs etmək haramdır, saqqal kəsən, içki içən öldürülür.
(A9 TV; 8 mart 2017)
Adnan Oktar
-
İslam, sevgi, sevinc və hüzur dinidir, insan fitrətinə uyğundur. İslamı sevinci yox edən, incəsənəti öldürən məntiqə döndərənlər mövhumatçılardır.