Ateist və kommunist vətəndaşları bu ölkədə istədikləri qədər azad və rahat, güvən içində yaşaya biləcəklərinə inandırmalı, bu təhlükəsizliyi onlara hiss etdirməliyik.
Kommunistlərin bu hərəkətləri, sağ üçün hədiyyədir. Bu kimi hadisələrlə hökumətin əli daha da güclənər.
Baş nazir şəfqətdən uzaq, çətin bir həyat yaşayır. Çoxları təzyiq edir, həyatı çox yorucudur. O da insandır, bəlkə də onun gərginliyini yaşayır. Amma baş nazir qürurlu bir insan deyil, Coşğu dolu bir xidmət insanıdır. Millətinə gözəllik aşılamaq istəyir. Bu qədər təzyiq göstərmək vicdana sığmaz.
Ağaca sevgim var deyərək gənc polisi komaya salır. Bir çox insanı yaralayıblar. Ağaclara sevginin olması gözəldir, amma əvvəl insana olan sevgidən başlamaq lazımdır. Ağaca görə insan öldürməzlər. İnsan hər şeydən əzizdir.
Hökumətin mühüm proyektləri əvvəlcədən bütün təfərrüatlarına qədər şərh etməsi, xalqı məlumatlandırması faydalı olar. Bu məsələdə diqqətli olmaq dövləti gücləndirər.
Kommunistlər heç vaxt iqtidar olmayacaqlarının əziyyətini çəkirlər.
Cənab Bağçalı Gəzinti Parkı ilə bağlı olan hadisələrdə öz münasibətini bildirdi. Ondan başqa ictimaiyyətdən bu barədə müstəqil çıxışların edilməsi düzgün deyil.
Xoşagəlməz hərəkətləri idealistlər kimi zadəgan fikirli hadisə deyə qiymətləndirmək mümkün deyil. İdealistlik ana südü kimi ağ və təmiz hərəkətdir.
Kommunistlərin əmri ilə hökumət istefa verən deyil. Hökumətin iqtidarda qalmasına millət qərar verər, bir yığın kommunist yox.
Haqlı, xeyirli olanı haqsız kimi göstərmək yanlışdır. Buna yol verməmək üçün Taksimdə tarixi və təbii gözəlliyin hədəflənməsi qeyd olunmalıdır
Polislərimiz günahsız Anadolu övladlarıdır. Onlara da şəfqətlə yanaşmaq lazımdır.
İstənilən növ etiraz edilə bilər. Hətta bu müstəqillik baxımından da gözəldir. Amma Taksimdəki hadisə başqadır. Təbii ki, xoş niyyətli olan gənc qızları, cavanları tənzih edirik. Onlara sevgilərimizi göndəririk.
Bizim dövlətimiz son dərəcə təcrübəli, ağıllı dövlətdir. Harada nə etmək lazım olduğunu çox yaxşı bilir.
Spirtin təhlükəli olduğunu vurğulamaq azadlığın məhdudlaşdırılması deyil.
Lazım olan qanuni tənzimləmələr edilərək polisimiz azad şəkildə özünü qorumağı bacarmalı, qaçan, çarəsiz vəziyyətə düşməməlidir.
Kim daha böyük qarışıqlıq yaradırsa, onun mütləq iqtidar olacağı səhv fikirdir. Kim demokratiyanı daha çox müdafiə edirsə, o da iqtidar olar. AK Partiyanın demokratiya üçün fəaliyyətləri açıq şəkildə ortadadır.
Bizim əsgərimizlərimiz qoç igiddir, hamısı milliyyətçidir. Hər biri Allahdan qorxar. Alınları səcdə görmüşdür.
Vəhşi kapitalistlərin böyük qismi eqoistdir. Amma kommunistlərin də şiddət tərəfləri çox çirkindir. İctimai ədalət şiddətlə deyil, mərhəmətlə tətbiq olunar.
Allah ayədə bildirir ki, Allah xatırlanarkən, təbliğ edilərkən böyük bir fəlakət göndərməz. Hal-hazırda İslam daha dünyaya hakim olmaq ərəfəsindədir. İslam hakim olandan sonra pozulma baş verəcək. Qiyamət pis insanların başına qopacaq.
Yatalaq xəstələrinə də çox mehribancasına yanaşmaq lazımdır. "Of" demək olmaz. Bu çox böyük bir zülm olar. Onlarla xoş davranmaq çox savabdır. İnsan qeyri-adi dərəcədə savab qazanar. Məsələn, namaz qılmağından bir savab qazanırsansa, bu rəftardan 10 min savab qazanarsan. Çünki, çətindir, asan şey deyil. Biz bura imtahan üçün gəlmişik. Səbir etməli, savab qazanmalıyıq, inşaAllah.