Türkiyə çarşablı qadınlar üçün də, hicablı qadınlar üçün də, dekolte geyinən qadınlar üçün də cənnət kimi olacaq. Hamısı çox azad olmalıdır.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
Bir dəccaliyyət komitəsi var, bir də haqq komitəsi var. Millətimiz və siyasətçilərimiz əsgəri və polisi ilə birlikdə haqq komitəsi oldu.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
Millətimizin Hulusi Akar paşamıza göstərdiyi sevgi çox gözəldir. Allah onu nuru ilə əhatə etsin. Bizim ordumuz təsəvvüf dərgahı kimi dərgahdır.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
Müsəlmanları dəyərsiz göstərməyə çalışmaq, insanları alçaltmağa çalışaraq özünü ucaltmağa çalışmaq münafiq əxlaqıdır.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
İnsanı görünüşünə görə mühakimə etmək çox alçaldıcı və əxlaqsız hərəkətdir. Bunu edənlər təkcə xalqın nifrətini qazanırlar.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
Allah bir gecədə ayrılıqları aradan qaldırdı, qardaşlığı öyrətdi. Bu, mehdiyyətin təməl mərhələlərindən biridir. Qardaşlıq mehdiyyət ruhudur.
(A9 TV; 7 avqust 2016)
Adnan Oktar
-
Münafiq hər mühitdə lağım kimi müsəlmanlara nifrətini və kinini qusar. Həmişə möminlərin əleyhinə danışar. Lakin münafiqin əsil nifrəti haşa Allaha və Peyğəmbərə qarşıdır. Lakin bunu heç vaxt açıq şəkildə ifadə etməz.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq mənəvi cəhətdən bir xəstə olduğuna görə müalicəsi də Quranla aparılmalıdır. Tam nifaqa qərq olmayıbsa Quranın dərmanı ilə müalicə oluna bilər. Mömin diqqətcil həkim kimi Quran ayələriylə münafiqin hansı mövzuda xəstəliyi vardırsa, bu mövzularda onu müalicə etmək üçün səy göstərər.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiqlərin sosial media hesabları əslində onların bütün xarakterini aşkara çıxaran məlumat arxivi kimidir. Hədəfi, məqsədi, özünü necə ucaltmaq istədiyi, müsəlmanlardan necə uzaq dayandığı, bütün əxlaqsızlığı sosial media səhifəsindən aydın olar.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Çoxbilmişlik, hər şeyə etiraz etmək, tərslik münafiqlərin təməl xüsusiyyətidir. Müsəlmanlarda da həlimlik, Allaha itaətkarlıq, daxili rahatlıq hakimdir.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq fövqəladə dərəcədə aktyordur. İyrənc və lovğa üslubla danışa bildiyi kimi istədiyi zaman da çox həlim, çox mülayim üslubla da danışa bilər.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Şeytanda olduğu kimi münafiq də məntiqsiz, axmaq, cəfəngiyat tərzində danışar. Öz ağılsız məntiqində özünü ən üstün, ən keyfiyyətli görər.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq şərt qoyan və qapayandır. Məqsədi mübahisə, münaqişə və qarışıqlıq çıxartmaqdır. Mütləq əngəl törədən olar və qarışıqlıq çıxarar.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Mömin münafiqin zəhəridir. Möminin gücünü, keyfiyyətini, sevincini, hakimiyyətini görmək münafiqin çox canını yandırar, həyat ona zəhər olar.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Hər münafiq hücumu müsəlmanları gücləndirər. Türkiyədəki münafiq hücumu da Türkiyənin qat-qat güclənməsinə, birlik qazanmasına vəsilə oldu.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq buqələmun kimidir, bir anda baxışı iyrənc hala gələ bilər. Dəqiqələrlə iblis ruhu ilə çirkin baxar, sonra bir anda humanist görünə bilər.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq hiyləgər və qaranlıq olduğu üçün onun oyunlarını tutmaq müsəlman üçün bir növ ağıl oyunudur. Şahmat kimidir.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq şeytana heyrandır, itaətkardır, nəzakətli və hörmətcildir. Alçaqlığını isə müsəlmanlara göstərir.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiq möminlərə qarşı namərddir, anarxist və təcavüzkardır. Hər hərəkətində müsəlmanlara pislik etmək var. Küfr əhlinə qarşı isə hörmətcildir.
(A9 TV; 6 avqust 2016)
Adnan Oktar
-
Münafiqlər hiyləgər, ədabaz və asidirlər. Əxlaqsızlıq etmək üçün fürsət axtararlar. Münafiqin ruhu hörməti qəbul etməz, ruhu zibil kimi qaynayar.