AŞKA VARINCA KANADI KİM ARAR?
Allah qədərdə Mehdi (ə.s)-dan əvvəl belə hadisələr yaradır. Cənabı Allah çoxlu şəhid istəyir. Bu, Mehdi (ə.s.) zühur edənə qədər davam edəcək.
Kədər, haşa, Allahın yaratdığını bəyənməmək deməkdir. Qədər belədir.
Gözyaşı istəmirik. Allah qorxusundan, sevgisindən olar, amma kədərdən olan gözyaşı PKK-nın istədiyi bir şeydir.
İstədikləri qədər şəhid verərik. Biz də şəhid olmağa hazırıq. Biz bunu faciə deyil, şərəf, qürur, igidlik, cəsurluq hesab edirik.
Terroru faciə olaraq göstərmək, terrorun meydana gətirdiyi vəziyyəti elə əks etdirmək doğru olmaz. Türk ordusu, igid Mehmetciklərimizlə küfrün bir mübarizəsi yaşanır. Mehmetcik Allah yolunda cihad edir. Faciə yaranmır. Nəticədə şəhidlər veririk o qədər.
Böyük günlərin ərəfəsindəyik, məlumdur. Sonunda qalib gələcəyik, lakin böyük hadisələr yaaşayacağıq. Böyük hadisələr olacaq. Böyük hadisələr qarşısında sarsılmamaq, mətanətini qorumaq çox əhəmiyyətlidir. Təmkinli və mətanətli olmağa hər kəs diqqət etsin, xahiş edirəm, çox əhəmiyyətlidir.
Əgər acizlik, ruh düşkünlüyü, pərişanlıq olsa PKK səhərə qədər bayram edər və zərərin qapısı açılmış olar.
Xüsusilə nazirlər, generallar, baş qərargah rəhbərləri kimi əsas vəzifələrdə çalışan və çox diqqət cəlb edən, əhəmiyyətli insanlar həmişə cəsarətlərini, igidliklərini, mənəvi cəhətdən güclü olduqlarını vurğulamaq məcburiyyətindədirlər. Bunun əksi çox təhlükəlidir.
PKK-nın istədiyi Türkiyəni mənəvi cəhətdən məhv etməkdir. Terror təşkilatının, kommunistlərin əsas məqsədi insanları ağlayan, əzab çəkən, qəmgin, pərişan, ümidini itirmiş hala salmaqdır. Buna icazə vermək olmaz.
İran və İsrail arasında müharibə olmaz. Buna nə Mehdi (ə.s), nə İsa Məsih (ə.s.), nə də Xızır (ə.s) imkan verər. Bu mübarək heyətdən icazə almadan belə müharibə etmək mümkün deyil, inşaAllah.
Şəhidlər heç vaxt yuyulmaz, səhv edilir. Əsgər paltarı― qanlı paltarı ilə basdırılmalıdır. Onsuz da şəhid olduqları üçün Allah qatında onlar pak və təmizdirlər.
Allah bildirir ki, küfr tək millətdir və millət olduğuna görə tək millət olaraq qarşımızda mübarizə aparır. Kommunistlər dünyanın harasında olursa olsunlar bir-birilərini dəstəkləyirlər.
Şəhidlik çox yüksək məqamdır. Peyğəmbərlərlə və doğru sözlülərlə birlikdə olurlar. Şəhidlər birbaşa cənnətə gedirlər. Cənnətə gedənlər üçün ağlamaq yox, sevinərlər. Müsəlman qardaşı cənnətə getdiyi üçün sevinər.
Müsəlman şəhidləri üçün sevinər, fəxr edər, qürur duyar.
Biz yox, şeytan, kommunistlər qan ağlayırlar. Onlar bildirir ki, qan dənizinin üfüqündən, qırmızı bir günəş doğulacaq. Müsəlman qan ağlamaz. Müsəlman Allah sevgisi ilə, Allah qorxusu ilə, Allaha olan coşğusu, məhəbbətinə görə ağlayar.
Şəhidlik sənin fikrincə xoşagəlməyən, fəlakət, bəladır, haşa. Amma bizə görə rəhmət, bayram, toy və gözəllikdir. Biz şəhidlikdən sevinc duyur, fəxr edirik. Şəhidlik bizim bayramımızdır.
Yas tutmaq müsəlmana yaraşmaz. Yas Allahın yaratdığı qədərə üsyan deməkdir. Allah şəhid edirsə, biz ona sevinərik. Biz də şəhid olmaq istəyirik.
İman sevgi gətirər, imansızlıq isə sevgi aparar.
İmanın hakim olduğu yerlərdə bərəkət və nur olar. İnsanların üzünə bir şirinlik, xoşluq və işıq gələr. İnsan baxmaqdan, sevməkdən doymur. Əks halda isə lənət, nursuzluk və pislik hakim olar, leşə bənzər bir mühit yaranar.
Cənabı Allah buyurur ki, pis şəhərin bitkisi qurumuş olar. Həqiqətən küfrün hakim olduğu yerlər leş kimi olar. O şəhərlərdə bir soyuqluq, bərəkətsizlik və pislik olar, bərəkət gedər. İnsanlar çirkinləşməyə başlayır və yanır. Pis, qoxumuş insanlar formalaşar. İnsan onların üzünə baxmaq istəmir.