Allahın zəngin yaratma təfərrüatlarına baxıb heyran olacağıq. O zaman Allah eşqi daha da artar. Eşq artdıqca Allahdan qorxu da artar. Allah qorxusu artdıqca təvəkkül artar. Təvəkkül artdıqda insanın sinirləri, başı, beyni çox rahatlayar,özündə bir asanlıq, sevinc hiss edər, inşaAllah.
İnsan Allahın sənətindən yorulmaz. Allahın sənəti eşqlə araşdırılmalıdır. Necə ki, çiçəyini, pişiyi, gözəl bir uşağı necə eşqlə araşdırır, sevirsinizsə Allahın sənəti olan hüceyrəni də eşqlə araşdırmalısız.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
İnsanlar, hüceyrəni, xromosomları, vakuolları, sitoplazmanı yorulmadan və diqqətlə araşdırmalıdırlar. Çünki Allah bizim xoşumuza gəlsin deyə Allahın yaradılış sənətini görək deyə yeri, göyləri və onlar arasındakıları yaratmışdır.
(A9 TV; 2 noyabr 2013)
Adnan Oktar
-
İsa Məsih musiqi də dinləyəcək, müasir, əyləncəni xoşlayan bir insan olacaq. Görəcəksiniz. Olduqca təvazökar, zarafatcıl, gözəl xasiyyətli, yaraşıqlı, incə belli, enli kürək, heyranedici bir cavandır, maşaAllah.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Mehdiyyət ən ağıllı insan üslubu deməkdir. Ən məqbul, ən doğru, məqsədəuyğun hərəkətin adı mehdiyyətdir.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Türkiyə İsraili sevir, İsrail də Türkiyəni sevir. Amma hərdən az da olsa gərginliklər olur. Bəzən ata-oğul arasında belə savaş, inciklik olur. Amma ata oğlunu sevər, oğlu da atasını sevər. Türkiyə ilə İsrailin arasındakı münasibət həmişə yaxşı olub və yaxşı da olacaq. Əksinə olmaz.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Türkiyənin çox ağıllı, məqbul bir siyasəti var. Yəni Türk hökuməti heç vaxt tarixi ləkələyəcək, ağılsız bir rəftar etməz. Çünki Türkiyədə Osmanlıdan qalan bir dövlət tərbiyəsi vardır. İş məsləhətləşərək edilir. Türkiyə dəlilik etməz.
(A9 TV; 1 noyabr 2013)
Adnan Oktar
-
Türkiyə qövmlərin qaynayıb-qarışdığı coğrafiyada yerləşir. Mehriban, qonaqpərvər, hər kəsi sevən, hər kəsi qurtarmağa, hər kəsə yaxşılıq etməyə meyilli bir üslubda olmaq lazımdır. Vicdanlı olan, doğru olan budur.
(A9 TV; 31 oktyabr 2013)
Adnan Oktar
-
Korluq dəccaliyyətin xüsusiyyətidir. Kor dəccal deyilir. Kor dəccalın xüsusiyyəti nədir? Doğrunu, səhvi gördüyü halda görməməzliyə vurar. İnsan doğrunu gördüyündə səmimi olaraq qəbul edirsə, bu onun üstünlüyünü göstərər.
(A9 TV; 31 oktyabr 2013)
Adnan Oktar
-
Haqq, doğruluq, ədalət, gözəllik haradadırsa, ora yönəlməlisən. Bir insan ki, gözəli, doğrunu gördüyü halda qaçırsa, deməli, o insan ideologiya cəhətdən kordur.
(A9 TV; 31 oktyabr 2013)
Adnan Oktar
-
Xanımları idarə etmə siyasəti və üslubu, yəni zahirən bu üslub bir qədər qıcıqlandırıcı və narahatdır. Xanımlar xeyli ağıllı, çox mədəni, keyfiyyətlidirlər. Allah insanları: kişiləri və qadınları bərabər yaratmışdır və hər cəhətdən eyni hüquqa malikdirlər.
(A9 TV; 31 oktyabr 2013)
Adnan Oktar
-
Xanımlar azad olmalıdırlar. Yəni kişilər xanımlara yol göstərməməli, ağıl verməməlidir. Əgər ağıl vermək lazımdırsa, xanımlar bəylərə ağıl verərlər. Yəni kişilər qadınlara bu mövzuda hörmət etsinlər.
(A9 TV; 31 oktyabr 2013)
Adnan Oktar
-
İnsanların hidayətinə vəsilə olan hər insan Mehdidir. Mehdi bənzərləri çoxdur, amma böyük Mehdi başqadır. Tam fərqlidir.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
"Təkcə mən Allahın hökmünə tabe oluram, digərləri yanlış yoldadır, günahkardır" düşüncəsi çox səhvdir.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Yunan qardaşlarımız gözəl əxlaqı, gözəl sənəti olan insanlardır. Fitrətlərini pozacaq şeylərdən çəkinmək lazımdır. Onların öz evlərində istədiyi kimi musiqi ilə məşğul ola biləcək bir şəraitdə yaşamaları çox yaxşı olar.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Müxalifətin bəzi təhlükələri gündəmə gətirməsi hökumət üçün xeyirli və faydalıdır.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Müxalifət iqtidar üçün nemətdir. Müxalifət görülməyəni görməyi təmin edir. Bu da iqtidarı gücləndirər.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Çadralı xanımlara hörmət bəslənərkən, başıaçıq xanımları da unutmaq olmaz.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Əl-Qaidə kimi təşkilatlar vəhşilik hökmlərini xurafatların girdiyi ənənəvi İslami qaynaqlardan alır.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
AK Partiyanın dindarlara azadlıq vermə siyasəti gözəldir, amma CHP-ın da qatı dinçiliyi dayandırma siyasəti tarazlığı təmin edir. Hamısında xeyir var.
(A9 TV; 30 oktyabr 2013)
Adnan Oktar
-
Axırzaman və Mehdi ilə əlaqədar hədislərdə Mərmərə ilə əlaqədar bir çox təfərrüatın bildirilməsi Peyğəmbərimiz (s.ə.v)-in böyük möcüzələrindən biridir.