Allahın sonsuz ağıl sahibi olması biz qulları üçün möhtəşəm rahatlıqdır. Əlhəmdülillah.
Ədliyyə Naziri Sadullah Yetkin çox dürüst, alicənab, nurlu və vicdanlı insandır. Allah nurunu artırsın. Bəşir Atalay da Allahdan qorxan, nurlu, mübarək bir insandır.
İnsanlara, səhvlərindən sonra peşmanlıq və kompensasiya şansı vermək lazımdır.
Türk millətinin qədirbilən ruhu kürd canlarımızı daim sevəcək.
Uşağı tək qoymaq olmaz, mütləq qayğısına qalıb, qorumaq lazımdır. Bir dəqiqə, bir saniyə belə tək buraxmaq olmaz. Uşaqları hər yerdə qorumaq məsələsində həm ailələr, həm də dövlət tədbir görməlidir.
Uşağa müqəddəs biri kimi yanaşmaq lazımdır. Uşaq günahsızdır, mələk kimidir. Cəmiyyətə, uşağa qarşı sevgi ilə, hörmətlə, şəfqətlə, heyranlıqla baxmaq təhsili verilməlidir.
Öz xalqına, öz millətinə güllə atan qatil sonsuza qədər cəhənnəmdən çıxa bilməz.
Əsl qırğın kürd qardaşlarımıza kommunizmi təkidlə qəbul etdirməkdir.
Quranın səmimi şərh olunması əhəmiyyətlidir. Qatı dinçi əlində Quranla vəhşilik edər, hz. Mehdi (ə.s) isə əlində Quranla dünyanı cənnətə çevirər.
Misirdə, hər fikirə, inanca mənsub insana şəfqət göstərilsə o xoşbəxtlik bütün ölkəyə yayılar.
İnsanın əsas xüsusiyyəti sevgidir. İnsanları, heyvanları, bitkiləri sevək, ən əsas Allahı sevək. Allahın yaratdıqlarını sevək. Öz inancımızdan olmayanlara da şəfqətlə yanaşaq. Onlara mehriban davranaq. Dünya belə xilas olar. Bundan başqa çıxış yolu yoxdur. Yoxsa Allah dünyanı cəhənnəmə çevirəcək və çevirir.
Bütün İslam aləmi birlikdə hərəkət etsə Allah zəfər verir, parçalanmış vəziyyətdə zəfər vermir, məğlubiyyət verir.
Biz kürd qardaşlarımızın hüzur, bolluq, bərəkət və sevinc içində yaşamasını istəyirik və yaşayacaqlar da inşaAllah. Könülləri rahat olsun.
Hər kəs Tayyib bəydən şəfqət gözləyir. Tayyib bəy də insandır, onun da şəfqətə ehtiyacı var.
Biz Cənub-şərqdə kommunist bir dövlət yaranmasına icazə vermərik. Bunu unutsunlar.
Federasiya, avtonomluq kimi sözlər güclü Türkiyənin ruhuna yaraşmaz.
Allah dünyanı hz. Mehdi (ə.s)-la hazırlayır və hazırlayacaq.
Bölgənin hamısını İslam Birliyi nurlu edər.
Türkiyə bütün dünyanın anasıdır və uşaqlarını yığıb birləşdirəcək.
Türkiyə İslam və Türklük aləminin mərkəzidir. Türkiyə böyük və güclü olsa bərəkəti hər yerə çatar.
Yəhudi rəbbani alimlər hz. Mehdi (ə.s)-ın qoxusunu hiss etdiklərini söyləyirlər, maşaAllah.