Allahın sənətini heyrətlə izləmək lazımdır. İnsan necə sevgilisini görəndə gözlərinə, saçlarına, paltarına baxır, təqdir edir. Allahın yaratdığı gözəllikləri də tək-tək araşdırmaq lazımdır. Hüceyrədəki gözəlliklər, dənizdəki gözəlliklər, atomdakı gözəlliklər hamısını tək-tək görmək lazımdır. Sevgilinin sənətini gördükcə daha çox aşiq olarsan.
Hər ağrını Allah xüsusi olaraq yaradar. Təsvir niyə ağrısın? Diz ağrımaz, Allah ağrını möcüzə olaraq yaradar. Ağrıları, acıları, çətinlikləri heç sayaraq bütün diqqətini Allaha verəcəksən. Dişinə, başına, dizinə, çəkinə, sənədinə diqqətini verərsən çox bulanıq həyat yaşayarsan. Diqqətin tam olaraq Allahda olarsa, hər şeyin gözəl olar.
Allah ilə əlaqə aramsız diqqətlə davam edərsə, Allah o insanı gözəl yaşadar və xoşbəxt edər.
Münafiq şeytan olduğu üçün, şeytan da Allaha din ilə mübarizə etməyə söz verdiyi üçün şərəfsizliyinə heç vaxt son verməz. Münafiqlə elmi mübarizə ibadətdir və hər zaman davam edər.
Küfrü yaradan Allah əksini də yaradır. İnsanlar küfrlə dünyanın necə qorxunc olduğunu gördülər. İndi sıra Mehdiyyətdə. Normalda insanların qorxu hiss etmədən hüzur içində yaşamaları lazımdır. İnsanların üzərindəki bu qorxunu qaldıracaq sistemə Mehdiyyət deyirik. Allahın izni ilə 3-5 il içində Mehdiyyəti görəcəyik.
Dünya bir cür qorxu tuneli kimidir, içində gəzərkən insanlar bir çox zahirən qorxuducu, narahat edici şeylərlə qarşılaşar. Amma sonunda onların hamısı keçər, gedər. Dünya həyatı da elədir. Allaha güvənəcəksən. Bu dünyadan xeyirlə çıxacağını biləcəksən.
Tayyib hocamın bu ölkəyə etdiyi və qabaqcıl olduğu xidmətlərin böyük hissəsini gənclər bilmir. Əvvəlki dövrləri də bilmədikləri üçün qiymətini tam başa düşmürlər. Ona görə bütün qardaşlarımız bu gözəl xidmətləri, vətən üçün edilənləri həmişə izah eləsinlər. Həmişə gündəmdə saxlasınlar.
Qadınların xoşbəxt olmadığı bir dünyanı Allah rahat buraxmaz. Allah qadınları dünyanın ən gözəl varlığı olaraq yaratmış. Ən gözəl yaratdığı varlığı əzməyə çalışsan Allah səni əzər.
Təzyiq göstərmək, insanı şirkə və Allah qorusun, münafiqliyə itələyər. Din azadlıq içində yaşanar. Məcbur etməklə din yaşanmaz. Zorla insanın başını örtməsi, musiqi dinləməsini qadağan etmək və s. İrana yaraşmır. İranın dindar olması gözəldir amma dindar olmaq insanlara təzyiq göstərmək olmamalıdır. İstəyən istədiyi kimi yaşasın.
Allah sonsuz Ağıldır. Allah yalnız sevgi istəyər. Bu qədər detal yaradılmasının, bu qədər əmək sərf edilməsinin tək məqsədi sevgidir. Allahı haşa hər an hirslənəcək kimi görürlər. Allah qullarına yaxşılıq istəyər, sevgi istəyər. Allah sonsuz ədalətli və sonsuz ağıllıdır. Atomlara qədər qüsursuzluq yaradan Allah qullarına heç vaxt əziyyət istəməz.
Bu millət Tayyib hocamı sevir. Çox dürüst insandır. Allah rizası üçün, vətən üçün, millət üçün hərəkət edir. Gözəl xidmətinə həmişə davam edəcək inşaAllah.
Qurana tam tabe olanda, səbirli, dözümlü, ağıllı olanda, Allahın böyüklüyünü qavrayanda o insanı kimsə məğlub edə bilməz. O insan metafizik varlıq halına gələr.
Allaha diqqətimizi daha yaxşı verdiyimizdə, Allahı heç vaxt unutmadığımızda dünya cənnət kimi olar. Allaha diqqətimizi verdiyimizdə həyatımızda heç bir çətinlik olmaz deyə düşünmək səhv olar. Mömin çətinlikdə də, yaxşı vəziyyətdə də diqqətini Allaha verər. Bir insan rahat olanda Allahı düşünər, çətinlik olanda Allahı unudursa bu çox böyük vəfasızlıq və əxlaqsızlıq olar. Bu cür insanın sevgini, dərinliyi yaşaması qeyri-mümkündür.
Allah Öz Ruhu olan möminlərə həmişə yaxşılıq yaradar. Ölü olan varlıqlara isə həmişə fəlakət və bəla yaradar. Nəfs də həmişə mənfi gücləri toplayan və bədənə təsir etməyə çalışan, bütün neqativ olanları ruha təlqin etməyə çalışan gücdür. Buna qarşı ruh müqavimət göstərərək zəfər qazanar.
Allah insanı, din olanda təmkinli olacaq şəkildə yaratmışdır. Din olmadıqda cəmiyyətlər də, şəxslər də rahatlıq tapa bilmir. Dünya Allahın dediyi kimi istifadə ediləndə şən, sağlam və gümrah həyat olar.
Əzablar və çətinliklər dünya təhsili üçün əsas şərtdir. Dünyanın və axirətin mənası üçün mütləq çətinliklə qarşılaşmaq lazımdır. Dərinlik, eşq, ehtiras bu çətinliklərlə meydana gələr. Çətinlik dərəcəsi yoxsa igidlik, fədakarlıq, vəfa, sevgi yaranmaz.
Münafiqlər çox həyasız və arsızdır. Görənlər dərhal uzaqlaşar. Münafiqlər həmişə təkdir, öz aralarında iki üç nəfər sürünürlər.
Allah cənnətdə həmişə yeni qoxular, yeni rənglər, yeni zövqlər yaradar. Allahın sonsuz ağlını və sonsuz sənətini ən gözəl şəkildə cənnətdə görəcəyik inşaAllah.
Səbir ağıllı insanların xüsusiyyətidir. Səbir etməmək insanı çox alçaldan vəziyyətdir.
Darıxma duyğusu zövqü artıran, hissiyyatı gücləndirən gözəl hissdir. Kənd üçün darıxarsan, gedəndə daha çox zövq alarsan, sevdiyin üçün darıxarsan qiymətini daha yaxşı bilərsən.
Hər gəncin Risale-i Nurdan ən az 3-5 səhifə oxuması lazımdır. Gənclərə çox gözəl ruh zənginliyi qatar və üfüqünü açar.