Allahın istədiyi təkcə səmimi olmağındır. "Digərlərini Mən edəcəyəm" deyir Allah. Sən səmimi ol, bu qədər.
Rəsulullah (s.ə.v) ümmi idi. Elə də çox kitab oxumaz, araşdırmazdı. Xeyli bərəkətli yaşadı. Çox hüzurlu, gözəl yaşadı. Həyatı sadə idi. Quranı çox yaxşı bilirdi. O, ona kifayət etdi. Lakin dərin dövlətlər yüz minlərlə, milyonlarla mövzunun içində boğulurlar.
Münafiqlər və dəccaliyyət çox təfsilatcıdır. Allah onları təfsilatın içində həlak edir, təfsilatın içində boğur. Müsəlman çox sadədir. Çünki hər şeyi Allaha buraxmışdır. Çox ağıllı yanaşar, təvəkküllə yanaşar. İşləri də həmişə rahat gedər, həmişə xeyirə nail olar.
Anqlosaks irqinin üstünlüyünə inananlar mənasız təkəbbürlük edirlər. Üstünlük, gözəl əxlaq və səmimiyyətdən asılıdır. Hər irqin bir-birindən gözəl yönləri var.
Vicdanının səsini dinləməyən gah ora gedər, gah bura, səndələyər. Vicdanının səsini dinləyərək səmimiyyətin yolundan heç ayrılmayan bir insanı Allah həmişə qoruyar. Bütün dünya bir yerə toplansa yenə heç nə edə bilməz.
Səmimi olmağın xüsusi bir sirri, xüsusi bir yolu var. Allah hər kəsə bunu nəsib etməz. Bu yolu tapan, bu səmimiyyət yolunda vicdanından heç uzaqlaşmadan davam edir. Məhz buna "siratəl-müstəqim" deyilir.
Səmimi olmaq asan deyil, çox çətindir. Səmimi olmaq, beyinin ən böyük sənətidir, vicdanın ən böyük sənətidir.
Xristianlar əvvəlki dövrlərdə Allah sevgisinin verdiyi coşqu ilə mükəmməl incəsənət əsərləri meydana gətirmişdilər. Avropada dindarlıq zəiflədikdə incəsənət də yox oldu.
Dünyəvilik İslamda var. "De: Sizin dinininiz sizə, bizim dinimiz bizədir" hökmü dünyəviliyin çox qısa xülasəsidir. Dünyəvilik dinsizlik şəklində tətbiq edildiyi zaman, burada bir səhv olur. Yoxsa xristian sərbəstdir, musəvi də sərbəstdir, dinsiz də sərbəstdir, dindar da sərbəstdir. Hamısı inanclarına uyğun yaşayarlar. Xristian kilsəyə gedər, müsəlman məscidə gedər, istədikləri kimi ibadətlərini yerinə yetirərlər. Dünyəvilik budur.
Türkiyə həm demokratiyada, həm hüquqda, həm azadlıqda, incəsənətdə, keyfiyyətdə, memarlıqda dünyanın ən üstünü olsun. Bütün dünyanı bu yolla xilas edə bilərik.
Mehdi, hz. Adəm dövründən bəri gözlənilmişdir. Nəmrud və Firon da Mehdinin gəlməsindən qorxmuş, hz. İbrahim və hz. Musanı Mehdi hesab edərək hücuma keçmişlər.
Türkiyəni parçalamağa cəhd edən namərd zehniyyət, İngiltərə dərin dövlətinin xidmətçiləri, hiyləgərcə bir şeylər etməyə cəhd etsə, bu millət qanun və hüquqla lazımi cavabı verər. Hökuməti təcrid etməyə cəhd etsəniz də, yenə qanun və hüquqla lazımi cavab verilər.
Hökumət demokratik yollarla gəlib, getməsi lazım gəldikdə də, qanuni yollarla, demokratik yollarla gedər. Qeyri-qanuni yollarla hökuməti devirməyə cəhd etsəniz, özünüz qanun və hüquqla devrilərsiniz.
Münafiq danışmağa başlayan kimi, mömin bütün diqqətini cəmləşdirməlidir. Mütləq pislik və əxlaqsızlıq edər, şərəfsizlik edər. Münafiq sussa bir pislikdir, danışsa ayrı pislik.
İslam aləminin birləşməsi və hakimiyyəti üçün nə qədər səy göstərilsə də həyəcan yaranmadığı üçün reallaşmır. Bu həyəcan hz. Mehdi (ə.s) ilə yaranacaq.
Axirətdə bizim nə bilik səviyyəmizdə, nə də əxlaq anlayışımızda hər hansı dəyişiklik olmur. Sevgi anlayışımız, ehtiras anlayışımız necədirsə onunla gedirik. Buna görə də, bu təhsil, incə hadisələri görmə və analiz gücü çox əhəmiyyətli olur.
Cənnətə bu ruhla gedirik. Axirətdə tanımadığımız ruhla qarşılaşmırıq. "Bu şəxsiyyət necə şəxsiyyətdir, yeni şəxsiyyətdir" demirik. Eynidir bu şəxsiyyət. Nə əlavə var, nə də əskilmə. Sadəcə əsəbiləşmə və qəzəblənmə gücümüzü itirmiş oluruq.
Əslində Allah həyatı asan yaratmışdır, lakin bu qarışıqlığı bizim həll etməmizi istəyir, ağlımızı işlətməyimizi, özümüzü yetişdirməyimizi istəyir.
Cənnətə dünyada təhsil alan bu ruhla gedirik. İncə hadisələri görmə gücümüzü burada qazanırıq. Cənnətdə əsəb və qəzəb bizdən alınar.
Münafiq, müsəlmanlarla həmişə əlaqə və dialoq içində olmaq istəyər. Demaqoqluq üçün, mübahisə üçün, qarışıqlıq üçün, müsəlmanlara şübhə vermək və böyüklüyünü sübut etmək üçün belə zamana ehtiyacı var.
Münafiqdən düzəlmə görünüşləri böhran şəklində görünər. Müvəqqəti olaraq, düzəldiyini göstərər, lakin sonra yenidən azğınlaşar. Yenə düzəldiyini söyləyər. Mömin də inanar ona; baxıb düzgün, tərbiyəli, hörmətli insan zənn edər. Yenidən böhranı seçər, yenidən azar münafiq. Bu fasiləsiz olaraq davam edər, ta ki, həlak olana qədər.