Allahın ağlı sonsuzdur. Hüceyrələrdə, xromosomlarda, atomların quruluşunda, hər yerdə bu, özünü göstərir.
Yunanıstanla Türkiyə birləşərək əvvəlki―Osmanlı dövründəki kimi olacaq. Onda siz bərəkətə, bolluğa baxarsınız. On iki ada, Krit hamısı birləşəcək. Problem təkcə sərhəddə pasportun soruşulmasıdır. Yunanıstan pasportu, vizanı qaldırsa, zənginləşər .
Marksizmin mənşəyi dialektik fəlsəfədir. Xəstəlik kökündən müalicə olunmalıdır. Darvinizm-materializm xəstəliyi müalicə edilməlidir.
Dövlət Darvinizm-materializmi dəstəkləməkdən birdəfəlik imtina etməlidir. PKK-nın əsas ideologiyası Darvinizm və materializmdir. Dövlət Darvinizm-materializmi dəstəkləyir. Belə olmaz.
Səmimi imana Allah bir nemət olaraq cazibə verir. İman itkisinə də anti-patiya verir. İmansız olsan da, Allah qorusun vicdanın, düşüncən, ruhun qapqara olar, yanarsan, çirkinləşərsən. Ruhundakı əvvəlki həyəcan, güc gedər.
Müsəlmanın dilində həmişə sevgi olar. Məhəbbət, birlik, bərabərlik sözləri olar.
Dünyada iki blok var: 1)kommunist ; 2) anti -kommunist blok. Hal-hazırda anti-kommunist blokla kommunist blokun qarşıdurması vardır.
Ayrı-ayrılıqda yəhudilər, xristianlar, müsəlmanlar da məğlub olar. Amma birlik olsalar qalib gələrlər. Dindar sayı az olduğuna görə bundan başqa çıxış yolu yoxdur. MÜSƏLMANLAR MÜTLƏQ ƏHLİ KİTABLA İTTİFAQ ETMƏLİDİRLƏR.
Müsəlmanlar ittifaqa məcburdur. Çünki Allaha inanan insanların sayı dünyada onsuz azdır. Yəni Darvinist-materialist hakimiyyəti olduğu üçün çox az sayda müsəlman, xristian və yəhudi vardır. Birlik olsalar, təbii ki, çox böyük güc təşkil edərlər. Dinsizliyə qarşı böyük güc əldə etmiş olarlar. Buna görə də birlik olmaq məcburiyyətindədirlər. Başqa bir yol yoxdur.
PKK terror aktı təşkil etdikcə güclənir və güclənəcək. Elmi mübarizə aparılmasa PKK dayanmadan irəliləyər.
Bütün məsələ dərin imandır. Məsələn, bir adam həqiqi mənada səmimi iman edir, buna görə də sırf bir adama görə Allah böyük dünyaya İslamı hakim edir.
Biz Quranı oxuyacaq, başımızın altına qoyacaq, öpəcək, bağrımıza basacağıq, Qurandan ayrı yaşamayacağıq. Quranı dəstəmazsız da, avtobusda, tramvayda, gəmidə açıb oxumaq olar. Oxuyub sonra cibinə qoya bilərsən, başın açıq yaxud başın bağlı, hər cür şəkildə oxuya bilərsən. Oxusan, başa da düşərsən.
Qədərdə Türk-İslam Birliyi, millətimizin Mehdi (ə.s)-ı görməsi, insanların Mehdi (ə.s)-a qarşı mübarizə aparmaları, zühur etməməsi üçün işlər görmələri də vardır.
Qədərin dəyişməsi mümkün deyil. Yəni heç bir güc Allahın izni ilə dəyişdirə bilməz . Dəmiri əyə bilərsən, poladı qıra, dağı deşə bilərsən, amma qədəri dəyişdirə bilməzsən.
Bizim millətimizə bir nemət verilib. Bu millətin taleyində bölünmə yoxdur. Qədərində birləşmə və böyümə vardır.
Üç yüz min adam öldürsən də nəticə ala bilməzsən. İman, Quran, ağıl, fəlsəfə, elm, sənət, sevgi, şəfqət, mərhəmət, ədalət, demokratiya ilə nəticə almaq olar.
Öldürərək nailiyyət əldə etmək olmaz. Bu, çarə deyil. Elmlə, fəlsəfə ilə, sənətlə, razı salaraq, danışaraq nəticə almaq olar. Ən asan, müxtəsər nəticəsi olan yol budur. Əks təqdirdə nəticə almaq olmaz. Quranın, Bədiüzzamanın, Mehdiyyətin yolu budur.
Əvvəl bütü ― Darvinizm-materializmi aradan qaldırmaq lazımdır. Peyğəmbərimiz (s.ə.v) ilk öncə bütləri qırdı. Hz. İbrahim (ə.s), hz. Musa (ə.s) bütləri qırdı.
Mehdiyyətin heç bir düşüncə, ideologiya, şəxs və məntiqlə əlaqəsi yoxdur. Mehdiyyət birbaşa nurunu Qurandan alan orijinal bir quruluşdur.
Mehdiyyət hər hansı bir şəxsin, liderin, düşüncənin axını deyil. Mehdiyyət adından da göründüyü kimi tam fərqli bir düşüncə və quruluşdur. Qurana, Quran əxlaqına əsaslanan orijinal quruluşdur.
Müsəlmanlar birlikdə, bərabər olacaq. Bölünmək haramdır. Allah ayədə hər kəsə, bütün müsəlmanlara xitab edərək birlik olmağı əmr edir. Əgər bölünsən, bunu necə açıqlayacaqsan?