Allaha səmimi iman edən bir mömin cəhənnəmə getməz. Cəhənnəmi seyr edər, görər, hiss edər, xəbərlərini alar, amma cəhənnəmə getməz. Ərazisinə gedər, görər amma acı çəkməz.
Allah heç kimə zülm etməz. Möminlər heç bir şəkildə cəhənnəmə getməz. Amma mömin cəhənnəmdən qorxacaq, cəhənnəm əzabından çəkinəcək. Amma təkrar deyirəm: bir mömin əsla və qətiliklə cəhənnəmə getməz.
Xitablar gözəl olsun. Qardaşlarımız jarqon danışmasınlar. Danışarkən yersiz sözlər işlətməsinlər. Gözəl sözlər desinlər. Xüsusilə xanımlara xitablarda jarqon qəti şəkildə olmaz. Çox çirkin olar, ədəb-ərkana yaraşmaz. Xanımlara sözün ən gözəli ilə xitab edilər.
Dua hər gün olacaq. Cənab Allaha dua etmək çox zövqlüdür. Sevinc verər, rahatlıqdır dua. Böyük nemətlərdən biridir.
Ağıllı bir insanın rəhbəri Qurandır. Qurandan çıxsan ağlın da gedər, Allah əsirgəsin. QURANLA HƏRƏKƏT ETSƏ MÜVƏFFƏQİYYƏT QƏTİDİR. Ayədə onu Allah dəfələrlə açıqlayır. Qəti müvəffəqiyyətli olarsınız, deyir Allah. Amma səbirli, əzmli olaraq Qurana tabe olacaq.
Fanatik düşüncə dindən soyutmaq üçün dini xeyli çətinləşdirir. Çox hiyləgərcəsinə şeytanın bir oyunudur. Çox asan olduğu halda dini çətinləşdirəndə adamlar dinin yaşana bilməyəcəyini düşünür və imtina edirlər. Halbuki, din çox asandır.
Din rahatlıq, sevgi, gözəllik, sülh, yaxşılıq, bağışlamaq, demokratiya, fikir azadlığı, sənətin, elmin ən inkişaf etmiş ən gözəl istiqamətlərinin nümayiş olunduğu möhtəşəm bir quruluşdur. Qarışıq hala gətirirlər dini. İnsanları dindən lazımsız yerə soyudurlar. Dəccala xidmət elə olur.
Quran çox sadə bir kitabdır. Allahın hökmləri çox sadədir, xeyli asandır. Həyatı çətinləşdirmək din deyil. Yəni murdar paltarlar, yeməklər, mühit, murdar görünüşlü qadınlar, murdar görünüşlü kişilər, qəmgin mühit, musiqi yox, şəkil yox, sənət yox, elm yox, estetika yox, çirkin bir quruluş, dayanmadan ağızlarında təhqir, böhtan, hamıya qarşı nifrət var. Belə din olmaz. Bunun dinlə əlaqəsi yoxdur.
Namazı 5 vaxtda qılın. Qıla bilmirsinizsə 4, qıla bilmirsinizsə 3, qıla bilmirsənsə 2 (bir səhər bir axşam), qıla bilmirsənsə 1 (sadəcə səhərlər və yaxud axşam), o da olmursa cümə namazlarını, o da yoxsa bayram namazını qılın. Namazsız qardaşımız qalmasın, mütləq qılın, inşaAllah.
Namaz şərtdir, müsəlmanın ayrılmaz parçası namazdır. Namaz müsəlmandan qopa bilməz. Müsəlmanla namaz bitişikdir, birlikdə nəfəs alıb vermək kimi, ürək döyüntüsü kimidir. Allaha təşəkkür etmədən yaşanarmı? Allaha sevginin ifadəsi, təşəkkürün ifadəsidir.
Allah sənə nemət verməkdən bezməz. Sən də Allaha təşəkkür etməkdən bezməyəcəksən. Allah səni sevməkdən bezməz, sən də Allahı sevməkdən bezməyəcəksən. Bir nemətdir. Nə gözəl. Sevgilidən bezilərmi?
Səcdədə qürurunu heç yerinə qoyursan. Cənab Allaha əyilirsən. Bunun idmanla əlaqəsi yoxdur, gimnastika ilə də əlaqəsi yoxdur. Orada təvazökarlığını göstərirsən. Allaha təşəkkür etmiş olursan.
Nümunəvi insan görmək insanlara müsbət təsir edər. Onun üçün Cənab Allah "Səhabələrə uyun" deyir. Ayə var Quranda "peyğəmbər (s.ə.v)-ə və səhabələrə uyun" deyir Allah. Nümunəvi insanlara uyun.
Hz. İsa Məsih gələndə Qurana uyğun gəlib xristian aləmini də nümunəvi insan olaraq İslama dəvət edəcək.
Cənab Allah "Mənim adımı xatırlayın. Ondan sonra da oturun" demir ki. İslam Birliyini bizə fərz etmişdir. İslam Birliyi olduğunda bütün narahatlıqlar, qarışıqlıqlar, bir-birini bəyənməzliklər hamısı ortadan qalxar. Çünki ən ağıllı, ən doğru sistem qurulmuş olacaq.
Hz. Mehdi (ə.s) dövründə bütün dünya İslama qaçacaq. Xristianlar, yəhudilər də onun ədalətindən məmnun olacaqlar. Bütün insanlar azad şəkildə dinlərini yaşayacaqlar, hüzur və bərəkət gələcək, döyüşlər dayanacaq, silahlar qalxacaq, qan axmayacaq, terror, anarxiya olmayacaq. Bir rahatlıq, gözəllik, sevinc bütün dünyanı əhatə edəcək. Sevgi dünyanın hər tərəfini əhatə edəcək. Sevgisiz heç bir yer qalmayacaq.
SEVGİNİ HEÇ BİR ŞƏKİLDƏ BURAXMAMAQ CƏNNƏT XÜSUSİYYƏTİDİR. Çünki cənnətdə sevgi heç buraxılmır. Cənnətdə sonsuza qədər sevgi buraxılmaz. Ən böyük nemətdir. Ən böyük gözəllikdir. Yoxsa cənnətin bir mənası olmaz sevgi olmazsa. Allahı sevdiyimiz üçün cənnətdə hər şeyi sevərik.
Sevgini ön plana çıxartmaq lazımdır. Bütün camaatı sevmək, qardaşlarımızı sevmək... Sevgisizə yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgi ilə cavab vermək. Yenə sevgisizsə, yenə sevgiylə cavab vermək.
Din metafizikdir. Mələklərlə biz iç-içə yaşayırıq. İndi mələklər buradadır. İki tərəfimizdə də mələklər var. Burada cinlər var indi. Dünya metafizikdir.
Müsəlman, metafizik tərəfi ağırlıq təşkil edən varlıqdır. Metafizika ilə əlaqəlidir. Mələklərə inanar, cinlərə inanar, Mehdi (ə.s)-ın gələcəyinə inanar, dəccalın çıxacağına inanar, duxanın (dumanın) zühuruna inanar, dabbətül ərzin çıxacağına inanar, yəcüc və məcücün zühur edəcəyinə inanar.
Kürd qardaşlarımız cavandır, igiddir, candır. Şərəflərinə, qürurlarına çox bağlıdırlar, dürüstdürlər. Qürurludurlar, gözəldir qürurları, tamahkar deyildirlər. Zadəgan və soyludurlar, sevgi doludurlar və çox hörmətlidirlər, kürd qardaşlarımız. Çox dindardırlar. Allahdan çox qorxarlar. Tərtəmiz insanlardır. Bütün Anadolunun insanları kimi onlar da qeyri-adi üstün gözəl xüsusiyyətlərə sahibdirlər, inşaAllah.