Allah sevilmədiyini hiss etsə, bilsə, görsə ( onsuz da görür, çünki ÖZÜ yaradır) bəla qapısını açır. İqtisadi böhran, anarxiya, terror, iztirablar, narahatlıqlar, kədər, bədbəxtlik, insanların çirkinləşməsi, pisləşməsi, xəstəliklər, bəlalar bütün dünyanı bürüməyə başlayır. İNSANLAR ALLAHI SEVMƏYƏ BAŞLAYANDA DA BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK, NUR, İŞIQ, FƏRAHLIQ, ƏDALƏT DÜNYAYA HAKİM OLMAĞA BAŞLAYIR. Bu da Allahın varlığının açıq dəlillərindəndir.
Allah sevilmədiyini hiss etsə, bilsə, görsə ( onsuz da görür, çünki ÖZÜ yaradır) bəla qapısını açır. İqtisadi böhran, anarxiya, terror, iztirablar, narahatlıqlar, kədər, bədbəxtlik, insanların çirkinləşməsi, pisləşməsi, xəstəliklər, bəlalar bütün dünyanı bürüməyə başlayır. İNSANLAR ALLAHI SEVMƏYƏ BAŞLAYANDA DA BƏRƏKƏT, BOLLUQ, GÖZƏLLİK, NUR, İŞIQ, FƏRAHLIQ, ƏDALƏT DÜNYAYA HAKİM OLMAĞA BAŞLAYIR. Bu da Allahın varlığının açıq dəlillərindəndir.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
İnsanlar anlamalıdır ki, Allahı sevdikcə Allah bərəkəti, gözəlliyi artırır. Allaha qarşı çıxanda Allah bəlanı, çətinliyi artırır. Bunu da öz gözləri ilə görəcəklər.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Bu il belə çətin keçdi, gələn il daha çətin keçəcək. Allah sevgisinin artması ilə mütənasib olaraq sonra getdikcə yavaş-yavaş Allah sevgisinin, Allah qorxusunun artması ilə bəlalar sakitləşəcək. Bu, Allahın varlığının bir dəlilidir. Həm bərəkət artacaq, həm iqtisadi böhran dayanacaq.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Türk millətinin qədərində bölünmə yoxdur. Biz bir millət olaraq həmişə bütöv olmuşuq, yumruq kimiyik.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
Amerikalılar çox gözəl və qiymətli insanlardır. Amerikanın yıxılmasını, yox olmasını istəyənlər ağılsızlıq edirlər. Çox qiymətli mədəniyyətləri vardır. Onların mehribanlığı, səmimiliyi və dostluğu çox gözəldir.
(A9 TV; 22 Avqust 2012)
Adnan Oktar
-
HZ. DAVUD (Ə.S) NƏSLİNDƏNƏM, BUNUNLA FƏXE EDİRƏM. DAVUD (Ə.S.) NƏSLİNDƏN OLMAQ NURDUR, ŞƏRƏFDİR, QÜRURDUR. Bəni İsrailin soyundanam, fəxr edirəm. Soyum Hz. Əlidən (r.ə), Hz. Davud (ə.s.) tərəfindən gəlir. Rəsulullah (s.ə.v) tərəfdən də Həşimi və Adnaniyəm. Şəcərəmdəki yeddi anam seyid və şərifədir. Hz. Yusif (ə.s)-ın , hz. İbrahim (ə.s)-ın soyundanam. PEYĞƏMBƏR NƏSLİNDƏN OLMAQ FƏXRDİR.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Hər yerdə bəla vardır. Allaha Özünüzü sevdirərək bu bəlanı aradan qaldırın. Çünki Özünü sevdirmədən bəla qalxmaz. Nə iqtisadi böhran, nə də bəlalar aradan qalxar.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Allah qorxusu fərqli gözəllikdir, dərin ağlın gözəlliyidir, ağıl ordan qaynaqlanır. Bəsirət, fərasət Allah qorxusundan qaynaqlanır.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Ömür qısadır. Allah az bir müddət verir. Bu müddətin içərisində ən gözəl həzz Allahı sevmək, Allahdan qorxmaqdır. Allahdan qorxmayan onsuz da Allahı sevə bilməz. Allahı sevirsə, onsuz da Allahdan qorxar. Çünki bu qorxu sevgidən qaynaqlanır.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Darvinist, materialist bir insan Allahı inkar edirsə, onsuz da kommunist sayılır. Yəni dialektik fəlsəfəni qəbul edirsə, təbiətin, canlıların, tarixin dialektiliyini qəbul edirsə, onsuz da Marksist, kommunist sayılır.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
PKK Stalinist, Marksist bir təşkilatdır. Stalinist təşkilatla münasibət yaratmaq, razılaşmaq olmaz. Kommunist təşkilatda adam doğru sandığını edər. Öz ağlına görə hərəkət edər.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Biz Türkiyədə ikinci İstiqlaliyyət mübarizəsini edirik. Diqqətli olmaq məcburiyyətindəyik. PKK və digər kommunist təşkilatlar da Türkiyəni bölmək və böldükdən sonra parçalayıb udmaq fikrində qərarlıdırlar. Biz də onlara bunun qeyri-mümkün olduğunu izah edəcəyik. İzah etməyə davam edirik.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Ehtiyatlı olmaq çox əhəmiyyətlidir. Ayıq və diqqətli olmaq, qətiyyən qəflətə düşməmək, xüsusilə də strateji bölgələrdə diqqətlə hadisələri və insanları izləmək gözəl olar.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Terror da nəticədə dəccala əsaslanır. Bunların hamısı dəccalın övladlarıdır, dəccalın doğduğu məxluqatlardır. PKK, süfyan, dəccal eyni dəccaliyyətin qolları və parçalarıdır. Buna görə belə şeylərdə tələm-tələsik kimin etdiyini müəyyən etmək vacib deyil, əsasən tədbir görmək lazımdır.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Mehdiyyət yavaş-yavaş, ana bətnindəki uşağın inkişafı kimi inkişaf edir. Mehdiyyət də hələ döl kimidir. Ona görə insanlar tanıya bilmir, çünki hələ tam öz şəklini almayıb. Allah yavaş-yavaş forma verir. Cənabı Allah o dölü bir müddət sonra tam bir insan formasına, insanların sevəcəyi bir görünüşə salacaq, insanlar başqa çıxış yolu olmadığını da görəcəklər.
(A9 TV; 21 Avqust 2012)
Adnan Oktar
-
Musiqini xoşlamaq cənnət sevgisinə görədir. Çünki cənnətdə də musiqi vardır. Ağaclar rəqs edir. Cənnət xanımları gözəl səsləri ilə mahnı oxuyurlar. Cənnət gəncləri, quşlar cənnətdə mahnı oxuyurlar, şüurludurlar. Deməli, mahnı oxumaq, şən olmaq, gülmək, rəqs etmək cənnət əxlaqındandır.
(A9 TV; 20 Avqust 2012)
Adnan Oktar
-
Allah ayədə küfr haqqında buyurur ki, çox ağlasınlar. MÖMİNLƏR İSƏ ÇOX GÜLMƏLİ, AZ AĞLAMALIDIRLAR. Ağlasa da Allaha olan sevgisindən, sevincindən və yaxud Allah qorxusundan ağlamalıdırlar.
(A9 TV; 20 Avqust 2012)
Adnan Oktar
-
İsrail ilə əlaqədar həyata keçirdiyimiz işlər fəlakətlərin qarşısını almaq üçündür.Türkiyə ilə dost olmalarına şərait yaradırıq. Sülh yaradıb, savaşa, qan tökülməsinə mane oluruq. Azadlığı müdafiə edirik. Bütün bunlar pis deyil, yaxşı işlərdir.
(A9 TV; 20 Avqust 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) dağıdıcı deyil, canlandırıcı, dirçəldən idi. Məsləhətlər verib, gözəlləşdirib. Allahın əmri ilə mövcud sistemin anormal cəhətlərini aradan qaldırıb, bərpa edilən cəhətlərini düzəldib.
(A9 TV; 20 Avqust 2012)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v)-i təsvir edərkən istifadə edilən kommunist fikrin rəsulullah (s.ə.v)-in mövqeyinin dərk edilməsində heç bir təsiri yoxdur.