Allah qanuni yaşayanları, doğru yaşayanı sevər. Çünki qeyri-qanuni yaşayanın üzündəki nur itər. Ağılı itər, bəsirəti, fərasəti bağlanar. Müvazinəti olmaz. Dürüst insan müvazinətli olar.
Vicdanın səsi bir cür vəhydir. İnsan bu vəhyi dinləsə doğru hərəkət edir, dinləməsə səhv hərəkət edir.
Merac deyilən 3-cü ölçüdən 4-cü ölçüyə keçiddir. Kainatda ölçülər vardır. Biz üç ölçülü bir kainatdayıq. 4-cü ölçü var, indi onu görə bilmirik. 4-cü ölçüdəkilər bizi görərlər. Mələklər, cinlər bizi hal-hazırda izləyir. Amma biz onları izləyə bilmərik. Bizim onları görə bilməyimiz üçün nur olmamız lazımdır. Peyğəmbərimiz (s.ə.v)-də nur olaraq görmüşdür.
Peyğəmbərimiz (s.ə.v)-in Meraca gedərkən bədəni nura boyandı, maddə olmaqdan çıxdı. Maddə olmaqdan çıxınca xəyal sürətində hər yerə gedər, inşaAllah.
Namus dindir. Dinin söyləmədiyi bir şeyi söyləmək namussuzluqdur, namusu pozular. Allahın demədiyi bir şeyi Allah deyir desən, Allahın dininə əlavələr etsən o zaman namussuz olarsan, namusunu itirərsən.
İslam aləmi Putini bağrına bassa, əməkdaşlıq etsə, İslam Birliyinin mühüm bir üzvü olaraq da Rusiyanı İslam Birliyinə daxil etsə möhtəşəm olar. Rusiyanın ən çox ehtiyat etdiyi şey tək qalmaqdır. İslam aləmi Rusiyanı qucaqladımı bitdi, bütün dünyaya İslam ildırım sürəti ilə hakim olar.
Sağ düşüncə, mühafizəkarlıq bizə keyfiyyətsiz həyat təqdim etməz. Sağ düşüncə və mühafizəkarlığı çox yaraşmayan şəkildə şərh edən, ağızı bağlanmayan bir kütlə var. Yaxın Şərq onların idarəsinə keçdiyi üçün bu qaranlıq, çirkli görünüş bir çox yerdə geniş şəkildə müşahidə edilir.
Din Türkiyədə çox yayılıbdır. Dinin istiliyi və qoruyuculuğu hər yeri bürüsün. Kazinoda da dinin istiliyi olsun, çimərlikdə də dinin istiliyi olsun, məclisdə də dinin istiliyi olsun. Hər yerdə. Belə olduqda gözəl olar.
Peyğəmbər (s.ə.v) yalnız Qurana uymaqda məsuldur. Qurana nə əlavə edə bilər, nə də çıxara bilər.
Yas hörmət etməyin adıdır. Matəm özünü döymə mənasında deyil.
Xurafatçı keyfiyyətli olmağı bacarmaz, bacara bilmədiyi üçün də keyfiyyəti aradan qaldırmağa çalışar.
Müşrik müsəlmana xeyrin gəlməsini istəməz, müsəlmanın gülməyini, əylənməyini, gözəl geyinməyini, gözəl evdə yaşamasını, təhsilli, keyfiyyətli olmasını istəməz. Özü kimi pisliyi hər yerdə müdafiə edər. Hər kəsin pislik içində olmağını istəyər. Buna icazə vermərik. Allah icazə verməz, qulunu da vəsilə edər.
Sən də Qurana təslim ol, sən də Allahı sev, sən də eşqi yaşa Allah səni də gözəlləşdirər. Həsəd çəkməyi, kini, nifrəti, qısqanclığı yaşasan nə olar? Hüceyrə xərçəng xəstəsi olar. Burnu, ağızı, əli çirkinləşir, bədəni çirkinləşir.
Xurafata qarşı Quran ilə mübarizə aparmaq lazımdır.
Biz dindarlığı Türkiyədə yayırıq, amma xurafatçılıq şəklində düşünürlərsə buna icazə vermərik.
Şəfqət, mərhəmət, mülayimlik―Allahdan istədiyimiz bu deyilmi? Cənnətdə nə istəyirik? Allahın bizi bağışlamasını, bizə qarşı mülayim, şəfqətli və qoruyucu olmasını istəyirik. Biz də insanlara qarşı belə olmalıyıq.
Müsəlmanda dağıdıcı üslub olmaz. Allah "sözü onlara gözəlliklə söylə" deyir. "Sərt şəkildə söyləmə, yoxsa ətrafından dağılıb gedərlər" deyir.
Əgər sözlərinin konstruktiv, faydalı olmasını istəyirsənsə, Quran mülayim bir üslubu əsas tutur. Yəni sözü gözəlliklə söyləmək, mülayim şəkildə söyləmək, şəfqətlə yaxınlaşmaq Quranın əmridir.
Hz. Mehdi (ə.s) dediyində dəccalı da biləcəksən, dəccal dediyində hz. Mehdi (ə.s)-ı da biləcəksən. İkisi bir bütündür. Yəni zidd olaraq yaradılmışdır, gecə-gündüz kimi, yaxşı-pis kimi. Dəccal varsa mütləq hz. Mehdi (ə.s)-da vardır. Hz. Mehdi (ə.s) varsa mütləq dəccal da vardır.
Hiyləli quruluşu müsəlman görsə də çətinliyə düşməyəcək. Çünki onu yaradan Allahdır. Müsəlman sakit olacaq.
Ayələrdə bildirilən rəftar belədir: gərginliyə, qəzəbə, ürəyində yaranan hər cür narahatlığa icazə vermə, belə bir vəziyyətə düşmə, qorxma, kədərlənmə, narahat olma, psixi olaraq sənə zərər verən rəftar göstərmə.