Allah Özünü bütün qəlbimizlə, ağlımızla və gücümüzlə sevməyimizi istəyir. Kainatın yaradılma məqsədi sevgidir. Mömin bütün diqqəti və iradəsi ilə kəskin sevgi ilə Allahı sevər.
Sevgini insanların qəlbindən alıblar, halbuki insanın vücuduna və ruhuna ən çox təsir edən sevgidir. Şeytan insanlara sevgini unutdurub həyatın mənasını əllərindən almışdır. Sevgi olmadıqda həyat qalmaz, insan sadəcə orqanizmdən ibarət olar. Sevgi olmadıqda mərhəmətsiz eqoizm olur. Sevgi olduqda Qurandakı hamilik sistemi tam hakim olur, sevərək hər kəsə sahib çıxılır. Həyatın məqsədi də, cənnətin məqsədi də sevgidir. Allahın icazəsi ilə sevgini bütün dünyaya hakim edəcəyik.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti İran, Rusiya və İsrail ilə aramızın pis olmasını istəyirdi. Hamısına elmlə, biliklə əngəllədik. Rusiya və İran ilə aramızı vuracaqdılar, düşmənçilik istəyənlərin səsi bizim qardaşlıq və dostluq istəyən səslərimiz altında boğulub yox oldu.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Mən hər zaman mübarizənin fikri olmasının lazım olduğuna inanaram. Terroru müdafiə edən fəlsəfələri fikirlə aradan qaldırmaq ən güclü əks mübarizədir.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Dəccaliyyət olan İngiltərə dərin dövləti ingilis xalqının da, dünyanın da başına bəladır. Biz fikri olaraq bu qaranlıq quruluşa qarşı mübarizə aparırıq.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Bizim ingilis düşmənçiliyi deyə mövzumuz əsla yoxdur. Çox ingilis dostumuz var. Tənqidimiz onların da başına bəla olan İngiltərə dərin dövlətinədir.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Hz. Süleyman dövründə də Peyğəmbərimiz (s.ə.v) dövründə də müsəlmanların keyfiyyəti, gözəlliyi İslamın təbliğində çox təsirli olurdu. Müsəlmanların gözəlliyini, keyfiyyətini, nəzakətini, sevincini görən İslamı yaşamağı sevinclə qəbul etməlidir. Keyfiyyətsizlik İslamı daxilən çökdürər.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
CHP-nin yeni konstitusiyada bölünməyə səbəb ola biləcək xüsusları gündəmə gətirməsi düzgündür. Unitar quruluşun qorunması olduqca əhəmiyyətlidir.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Yeni konstitusiya maddələrində əyalət quruluşuna səbəb olacaq heç bir hökm olmamalıdır. Bizim Tayyib hocama etimadımız tamdır, lakin gələcəkdə başqa birinin sui-istifadə edə biləcəyi heç bir maddənin olmaması lazımdır. Fərman ilə verilən səlahiyyətlər bu cəhətdən çox əhəmiyyətlidir. Yeni düzəlişdə 123-cü və 126-cı maddələrdə gələcəkdə əyalət sisteminə səbəb ola biləcək xüsuslar varsa, bunlar mütləq aradan qaldırılmalıdır.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Bir insan mehdilikdən, məsihlikdən istifadə edib qan axıdırsa o mütləq dəccaliyyətdir. Mehdi tək damla qan tökməz.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Putin təyyarənin salınması və səfirin namərdcə vurulmasında bir mərkəzdən yönləndirmə olduğunu söyləməkdə haqlıdır, bu mərkəz İngiltərə dərin dövlətidir.
(A9 TV; 23 dekabr 2016)
Adnan Oktar
-
Mühacir düşərgələrindəki qardaşlarımızın qış şəraitində çətinlik çəkməmələri üçün hər cür tədbiri alaq, onlara kömək edək.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
Bir çox kommunist lider və ideoloq kapitalizmin qalası kimi tanınan İngiltərədə, Gizli Kəşfiyyat Xidməti (MI6) tərəfindən yetişdirilmiş və ölkələrinə göndərilmişdir.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
Aqressivliklə, küfrlə, təhqirlə İslama insan qazandırmaq olmaz. Bununla təkcə pis insan meydana gətirər. İnsanlar sevgi ilə, hörmətlə qazanılar.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
Dəccal özünün peyğəmbər olduğunu iddia edərək ortaya çıxar. Şeytandan ilham alan biridir. Şeytanın ilhamı ilə cinayətləri yönləndirər.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
Dəccaliyyət dünyanın hər tərəfində "Dəccal yoxdur, Mehdi zühur etməyəcək" sözlərini söylədir, bəziləri də bilmədən bu təlqinə uyur. Mehdi gəlməyəcək deyildikdə dəccaliyyətin gizlənməsi və rahat hərəkət etməsi üçün mühit yaranır. Bəziləri bilmədən bu vəziyyəti dəstəkləyir.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin mühüm taktikalarından biri də zehin qarışdırmaq, hədəf yayındırmaqdır. Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Mossad, hamısının arxasındakı güc İngiltərə dərin dövlətidir.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti öz xalqı da daxil olmaqla, hər xalqa düşmən quruluşdur. Bu ölkə rahat olsun deyə bir anlayışı yoxdur, hamısını əzər, yox edər. İngiltərə dərin dövləti insan sevməz, dayanmadan müharibə, qan tökmə, yoxsullaşdırmaq istəyər.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
Səmimi olaraq Türkiyə üçün mübarizə aparmaq istəyənlər bütün təşkilatların və quruluşların İngiltərə dərin dövləti tərəfindən yönləndirildiyini, İngiltərə dərin dövlətinin ideologiyasının rumilik və darvinizm olduğunu, anti-darvinist təhsil verilməsinin lazım olduğunu, inanc pozuntusuna səbəb olan xurafat hədislərin əsas qaynaq əsərlərdən çıxardılmasının lazım olduğunu söyləməlidir. Əsil təsirli elmi mübarizə belə olar.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
İngilis xalqı günahsızdır. İngiltərə dərin dövləti isə münafiqlərdən və şeytani əxlaqlı insanlardan ibarət qaranlıq quruluşdur, əsil hədəf bu olmalıdır.
(A9 TV; 22 dekabr 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövlətinin İslam aləmində on minlərlə tərəfdarı var. Bunlar tək bir ailə kimi hərəkət edir. Buna görə də müsəlmanlar birlik olmaq məcburiyyətindədir. İslam ölkələri tək-tək ortaya çıxdıqda Allah qorusun həmişə əzilərlər. Mütləq ittifaq halında kütləvi mübarizə lazımdır.