Allah Özünü bir örtüklə örtür. Çox nadir insanlar bu örtüyü açıb Onu görə bilir. Yəni ən azından, məsələn, o yetmiş pərdədən altmışını açan insan çox nadir tapılır. Əhli-qəlb bu pərdələri açar və açdıqca da Allaha yaxınlaşar.
Dövlət mehdiyyətə var gücüylə sahib çıxmalıdır. Çünki mehdiyyətdə dövlətə müdaxilə yoxdur. Birincisi mehdiyyət siyasətə qarışmaz, ikincisi bütün İslam aləmini və bütün Türk aləmini birləşdirici mahiyyəti var, üçüncüsü isə, mövhumatçılığa qarşı, müasirliyi mümkün qədər təşviq edən sistemdir və parçalanmanı tamamilə aradan qaldıran sistemdir. Bu dövlət üçün çox idealdır.
(A9 TV; 4 yanvar 2016)
Adnan Oktar
-
Allaha lağ ediləndə bir insan vecinə almır, Qurana lağ ediləndə vecinə almır, lakin Mövlanaya lağ ediləndə yeri-göyü bir-birinə qatırsa, bu zaman bu hərəkət bütləşdirmə olar.
(A9 TV; 4 yanvar 2016)
Adnan Oktar
-
Müsəlman, Mövlana adından söylənmiş anormal sözləri qəbul edərsə dəlalətə düşər. Mövlananın bu sözləri söyləyib-söyləmədiyini bilmirik, lakin bu yazılar onun kitabı olaraq tanınan Məsnəvidə dərc olunur. Bunu qəbul etmək qeyri-mümkündür.
(A9 TV; 4 yanvar 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti İslamın yerinə Mövləviliyi qoymağa çalışır. Müsəlmanlar bu oyuna qarşı çox diqqətli olmalıdır.
(A9 TV; 2 yanvar 2016)
Adnan Oktar
-
Bütün dünya dərin dövlətlərinə hakim olan İngiltərədir. Amerika dərin dövlətini də İngiltərə idarə edir.
(A9 TV; 2 yanvar 2016)
Adnan Oktar
-
İngiltərə dərin dövləti Osmanlı dövlətinin süqut etməsinin əsil günahkarıdır. Fitnə ilə əsrlərlə birlikdə yaşamış xalqların arasını vurdular. Lakin İngiltərə xalqı günahsızdır. İngiltərə dövləti də bu gizli dərin dövlət quruluşundan narahatdır.
(A9 TV; 2 yanvar 2016)
Adnan Oktar
-
Dünya tarixinin ən böyük Allahsız hərəkatı darvinizmdir və İngiltərədə meydana gəlmişdir. Dəccalı qoruyub himayə edən ölkə İngiltərədir.
(A9 TV; 2 yanvar 2016)
Adnan Oktar
-
Qadını müasir olmayan ölkə heç vaxt müasir olmaz. Qadını rahat olmayan, qadını azad olmayan bir ölkə heç vaxt azad olmaz. Qadınların gülmədiyi bir ölkədə heç kəs gülə bilməz. Qadınlar xoşbəxt deyildirsə, heç kəs xoşbəxt olmaz.
(A9 TV; 1 yanvar 2016)
Adnan Oktar
-
Ən mühüm məsələ İslam Birliyidir. İslam Birliyi olsa terror o andaca dayanacaq. Müsəlmanlara tətbiq olunan şiddət dərhal həmin anda dayanacaq.
(A9 TV; 31 dekabr 2015)
Adnan Oktar
-
İslam aləminin birləşməsinə mehdiyyət deyilir. Mehdiyyət İslam aləminin birləşməsinə bərabərdir. Başındakı liderə də biz, hz. Mehdi (ə.s) deyirik.
(A9 TV; 31 dekabr 2015)
Adnan Oktar
-
2016-cı ildə böyük hadisələrin yaşanacağı, dəhşət və zorakılığın artacağı aydın olur. Lakin sevgi insanları bir-birindən möhkəm yapışıb sevgi əsrini yaradacaqlar. Dəhşəti, zorakılığı, mərhəmətsizliyi, terroru müdafiə edənlər isə, şam kimi əriyib yox olacaqlar. Bunu hamımız görəcəyik.
(A9 TV; 31 dekabr 2015)
Adnan Oktar
-
Darvinizm dəccaliyyətdir. Axırzamanda çıxacağı söylənilən Allahsız cərəyandır. Bütün dünyanı Allahsız, Kitabsız etdi. Dəccalı axtarıb tapmağa vaxtımız yoxdur, dəccal onsuz da zühur etdi. Həll yolunu tapmaq lazımdır. Həll yolu da mehdiyyətdir. Biz dəccaliyyətə qarşı mehdiyyət cərgəsində yer almalıyıq.
(A9 TV; 29 dekabr 2015)
Adnan Oktar
-
Dəccaliyyət, yəni insanları Allahsızlığa sürükləyən sistem darvinizmdir. Dəccal fikir sistemi olaraq ortaya çıxır və nəhəng dünyanı Allahsız, Kitabsız edir. Darvinist, materialist edir. Bütün dünya məktəblərində Dəccalın darvinist, materialist iddiaları tədris olunur. Eləcə də, insanlar Allahsızlığa, Kitabsızlığa sürüklənirlər.
(A9 TV; 29 dekabr 2015)
Adnan Oktar
-
Yüz minlərlə müsəlman şəhid edilir. İslam Birliyi olsa bitəcək bu. İslam Birliyinin olmaması cinayətlərə səbəb olur. Müsəlman, İslam Birliyini müdafiə etmədikdə bilmədən bu ölümlərə şərik olmuş olur.
(A9 TV; 29 dekabr 2015)
Adnan Oktar
-
Nur surəsinin 55-ci ayəsində və digər ayələrdə də açıqca bildirilib, İslam aləmi birləşəcək. Müsəlmanlar Quranda: "Ey Rəbb bizi təqva sahiblərinin öndəri et" deyirlər. Deməli, İslam aləminin bir öndəri, bir lideri olur. Quranda lidersiz heç bir cəmiyyətdən bəhs edilmir, hər cəmiyyətin lideri var. İslam aləminin də bir lideri olacaq. İnkar edəcəkləri vəziyyət yoxdur.
(A9 TV; 28 dekabr 2015)
Adnan Oktar
-
Müsəlmanlar birləşəcək və başına bir lider gələcək, biz buna hər cür adı verə bilərik. Müsəlmanların xəlifəsi də deyə bilərik, başçı da deyə bilərik, xəlifeyi-ruyi-zəmin (yer üzünün xəlifəsi) də deyə bilərik, hər şey deyə bilərik. Ad üzərində ixtilafa düşməyə ehtiyac yoxdur.
(A9 TV; 28 dekabr 2015)
Adnan Oktar
-
Əgər darvinist-materialist təhsilə son qoyulsa, İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) adlı bir təşkilat da olmaz. Marksist Leninist Kommunist Partiyası (MLKP) adlı bir hərəkat olmaz, PKK adlı bir təşkilat da olmaz. Çünki fikri təməllərini kökündən yox etmiş olursan.
(A9 TV; 27 dekabr 2015)
Adnan Oktar
-
İnsan düşmənlərinə, sevgisizlərə sığınacaq verən, onları qoruyan bir sistemdən qəti olaraq uzaqlaşmalıdır. Sevgi insanlarını gücləndirmək lazımdır.
(A9 TV; 26 dekabr 2015)
Adnan Oktar
-
Biz Avropalı, ziyalı, sevgi dolu olsaq, qadınlara dəyər versək, onların azad olduğu açıqca görülsə, incəsənətə, elmə, estetikaya çox əhəmiyyət versək, dünyanın ən keyfiyyətli ölkəsi olarıq. Hər kəs bizə heyran qalar. Bu olmasa qovrulub yox olarıq.
(A9 TV; 26 dekabr 2015)
Adnan Oktar
-
İsrailə qarşı nifrət dolu olacaqsan, müasir heç nə olmayacaq, evin leş kimi olacaq, əşya olmayacaq, sevgisiz olacaqsan, ruslardan, yunanlılardan, iranlılardan, şiələrdən, ələvilərdən, vəhhabilərdən nifrət edəcəksən, hər kəsə söz atacaqsan. Bunları etdikdə şeytanın əlinə düşmüş olursan, nə qədər pis mövqeyə düşdüyünü görmürsənmi? Bunlar çox yanlış hərəkətlərdir. Müsəlmanın tək bildiyi şey sevgidir, sevgi dolu olmalısan.