Allah insanı dünyanı yaratmadan əvvəl yaratmışdır. İnsanın təkamüllə mərhələ-mərhələ yaranması deyə bir şey yoxdur. (Maidə surəsi, 7: Allahın sizə olan nemətini və: “Eşitdik və itaət etdik” dediyiniz zaman sizinlə bağladığı əhdini xatırlayın. Allahdan qorxub çəkinin. Həqiqətən, Allah kökslərdə olanları biləndir.)
Allahın ağlı fövqəladə dərəcədə heyranlıq oyandıracaq sonsuz ağıldır. Allahın kölgəni yaratması təkbaşına möhtəşəm sənətdir.
Dünyada çətinlik var. Çünki eşq və sevgi çətinlik içində yaranır. Eşq və sevgi olmadıqda isə heç nəyin mənası olmur. Dərin sevginin və dərin ehtirasın olması üçün acılar, çətinliklər və əziyyət olmalıdır. İnsan başqa cür dərinlik qazana bilmir.
Dünyada imtahan üçün verilən müddət insanın vicdanını, şəxsiyyətini təkmilləşdirməsi və göstərməsi üçün çox yetərlidir.
Dünya cənnət ilə cəhənnəm arasında bir yerdir. Allah möminləri cənnət əlamətlərinin üstün olduğu bir dünyada yaşadır, bu çox böyük nemətdir.
Nasistlərin törətdiyi soyqırım darvinist düşüncənin nəticəsi olan çox böyük vicdansızlıqdır.
Quranın hökmü axirətə qədər keçərlidir. Quranın sevgi, şəfqət hökmlərinin ləğv olunduğunu iddia edənlər böyük zülm etmiş olurlar. Bəzi mövhumatçılar Quranda sevgi, şəfqət hökmlərinin ləğv edildiyini söyləyərək musəvilərə və xristianlara şəfqətlə yaxınlaşmağı qadağan edirlər. Quranın heç bir ayəsi ləğv edilməmişdir. Allah Kitab əhlinə şəfqətlə, mərhəmətlə yaxınlaşmağı əmr etmişdir.
Homoseksuallıq Allahın haram etdiyi iyrənclikdir. İnsanların inancının tələbi olaraq iyrəndiyi bir şeyi zorla qəbul etdirmək çox böyük zülmdür. Bu səbəbdən, kilsələrdə rahiblərə təzyiq göstərərək homoseksualları evləndirin demək, rahiblərin inancına zidd olan bir şeyi zorla qəbul etdirmək qəddarlıqdır. Homoseksuallığa qarşı olanları cəzalandırmaq zülmdür. Bir insanı inancına zidd bir şeyə sürükləmək ən təməl insan hüquqlarına ziddir.
Günəş batmayan deyilən sistem, dəccaliyyətin gücü ifşa edildikdən sonra çökməyə başladı. İfşa olmaq çöküşlərinin başlanğıcı oldu.
İngiltərə dərin dövlətinin 200 ildən bəri davam edən dəccaliyyət siyasəti artıq sona çatdı. İfşa edilmələri bu sonu hazırladı.
Dəccaliyyətin dünyaya hakim olmasına təəccüblənməyənlər mehdiyyət vəsiləsi ilə İslam əxlaqının hakim olmasına təəccüblənirlər.
Peyğəmbərimiz (s.ə.v); “Allahım mənə qardaşlarımı göstər” deyərək Mehdi və tələbələrini görmək üçün dua etmişdir.
Peyğəmbərimiz (s.ə.v) Mehdiyə qarşı çıxacaq ilk insanların bəzi mövhumatçı alimlər olacağını söyləmişdir. Mehdinin dini dəyişdirdiyini iddia edəcəklər.
Hədislərə görə Dəccalın saçları buruq və qarışıqdır. Bir gözü kordur, iri bədənli, dərisi qırmızıya çalır. Başının görünüşü kərtənkələni xatırladar. Hədislərə görə Dəccalın cadu və ruh çağırma, hipnoz ilə kütlələrə təsir etmə gücü də olacaq. Ehtimal ki, masonluq içindən çıxacaq.
Peyğəmbərimiz (s.ə.v) Axırzaman və mehdiyyətlə əlaqədar böyük təfərrüatlar vermiş və hamısı eynilə reallaşır ki, buradan da möcüzəvi dövr olduğu görünür.
İslam əxlaqının hakimiyyəti bütün dünyanın iştirakı ilə olacaq. Rusiya, Çin, Amerika siyasəti, Birləşmiş Millətlər Təşkilatı, masonlar, hamısının iştirakı ilə olacaq. Dünya tarixi mehdiyyətə görə formalaşmışdır. Birləşmiş Millətlər Təşkilatının təməlində də mehdiyyət var.
İsa Məsih uzuna yaxın ortaboyludur, idmançı quruluşu vardır. Üzü duru və tərtəmizdir. Ağzı, burnu mükəmməl gözəllikdədir.
Hədislərə görə İsa Məsih kəskin baxışlıdır, gözləri yaşıla yaxın ala rənglidir, qızıl rənginə çalan şabalıdı saçlıdır.
Dəccaliyyətə qarşı heç bir dövlət təkbaşına müvəffəqiyyət qazana bilməz. Dəccaliyyətin qəti məğlubiyyəti mehdiyyət və İsa Məsih vasitəsilə olar. Dəccaliyyətin gücü mehdiyyət və İsa Məsihə qətiyyən çata bilməz. Bu metafizik vəziyyətdir. Mehdiyyət qarşısında mütləq məğlub olacaq.
İsa Məsihi inşaAllah hamımız birlikdə görəcəyik. Bu nəsil Peyğəmbər görməklə şərəflənəcək. Əsil elmi mübarizəni Mehdi aparacaq. Xristianların İslama tam qayıdışı isə İsa Məsih vasitəsilə olacaq. İsa Məsihi görən kimi üzündəki heybətindən insanlar dərhal bir Peyğəmbər gördüklərini anlayarlar. Peyğəmbər heybəti çox həyəcan vericidir. Peyğəmbərlərin heybəti insanlarda çox təsiredici hal yaratdığı üçün peyğəmbərlər çox zarafat edər, insanlardakı həyəcanı yox edərdilər.
Ateist dürüstdür, mən inana bilmirəm deyə açıqca söyləyər. Münafiq isə namərddir, xaindir, alçaqdır. Müsəlmanları daxilən gəmirməyə çalışar.