ALLAH GÖY HADİSƏLƏRİNİ DƏ İSTİQAMƏTLƏNDİRƏRKƏN MƏLƏKLƏRDƏN İSTİFADƏ EDİR. Məsələn, müəyyən bir vaxtda quyruqlu ulduz çıxmalıdır. İnsan bunu edə bilməz. Massonlar da edə bilməz. Dərin dünya dövləti də edə bilməz. Allah edər. Allah mələklərdən istifadə edir.
DƏRİN DÜNYA DÖVLƏTİ MEHDİYYƏTƏ TƏSLİM OLUR. Normal halda müqavimət göstərməli, qəbul etməməlidirlər, amma təslim olurlar. Çünki dünya tarixinin axışa baxdıqlarında qədərin belə olduğunu görürlər. Yəni tarixin Mehdiyyət yönündə irəlilədiyini görürlər.
Birinci Dünya müharibəsi yaşanmalı idi, çünki qədər elə idi. Onlar qədəri meydana gətirmiş oldular. İkinci Dünya müharibəsi baş verməli idi, qədərdə elə idi. Qədəri meydana gətirmiş oldular.
Dünya dərin dövlət təşkilatlanması tarixə baxıb, gələcəyə istiqamət verərək tarixi istiqamətləndirirlər. LAKİN TARİXİ İSTİQAMƏTLƏNDİRƏRKƏN DƏ ALLAH ONLARI İSTİQAMƏTLƏNDİRİR. ƏSLİNDƏ ALLAHIN DEDİYİNİ EDİRLƏR. Bu mövzunun sirlərini açıqlamağa çalışsaq, hadisə ən sonunda hz. Xızıra gedib çıxar.
Massonluqdan da üstün bir sistem var. Onlar dünya tarixini, dünya dövlətlərinin rəhbərlərini istiqamətləndirirlər. Bunlar 7 adamdır, onlardan üstdə 40 adam, ondan da üstdə 300 adam vardır. Dünyada belə bir dərin dövlət təşkilatlanması var.
Allah Quranda sevginin önündəki bütün maneələri qaldıran şərhlər edir. Məsələn, eqoistlik, eqoizm sevgini azaldar. Mərdlik sevgini artırar. Vəfa sevgini artırar. Diqqət və səbir sevgini artırar. Məsələn, bağışlayıcı olmaq sevgini artırar.
Sırf Allah sevgisi deyil, Allah qorxusu və sevgisi birlikdə olmalıdır. Yalnız sevdiyi zaman Allah qorusun insan hər cür hərəkəti edər, amma Allahdan qorxanda çox diqqətli davranar.
Allah robot kimi iman edilməsini istəmir. Çünki o zaman məcburi bir sevgi olar. Digər tərəfdən isə istəyərək və düşünərək bir sevgi yaranmış olur.
İmtahanda vicdanı zəif olanlar Allahın onları azdırmaq üçün göstərdiyi zəif dəlillərə bağlanırlar. İman əhli də ağlı, üfüqü geniş olduğu, dərin perspektivlə baxdığı üçün dərhal Allahın varlığını anlayır.
Allah imtahan mühitində ağlı zəif olanların şübhə edəcəyi dəlillər yaradır, lakin iman edənlərin də çox rahat iman edəcəyi dəlillər də yaradır. İmtahanın sirri budur.
İnsan düşmən kimi görünür, amma cinlərdən olan düşmən daha təhlükəlidir. Çünki onlar görünmür. Onlar çətinlik yaradar, narahatlıqlar verir, diqqətini dağıtmağa çalışır. Yorğunluq, pessimizm verməyə çalışar. Başına səbəbsiz bir əzab gətirə bilər.
" Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlardan düşmənlər müəyyən etdik." (Ənam surəsi, 112). Deməli, düşmən ehtiyacdır. DÜŞMƏNİ OLMADAN, BİR İNSANIN İMTAHANI DA OLMUR. Düşməni olmalıdır ki, İslama, Qurana xidmət edə bilsin.
Yardımsevər olmaq lazımdır. İnsanların yaxşı olması üçün səy göstərmək lazımdır. Çünki insanlar acizdirlər. Gücü olanın zəif olana kömək etməsi çox əhəmiyyətlidir. BAŞQA YOLLA XOŞBƏXTLİK OLMAZ. Çünki eqoist olduğunu hiss edib inciyə bilərsən.
Allah dünyanı gözəl yaradıb əlhəmdülillah, amma sevgiylə, dostluqla dünya çox daha gözəldir.
İnsan gözünün Allahı dərk etmə gücü yoxdur.
Bərabərlik Mehdi (ə.s) dövründə olacaq. Tam ədalət, hüquqi və ictimai ədalət də Mehdi (ə.s) dövründə olacaq.
Hökumətin dəccala gücü çatmaz. Dəccal bütün dünyanı bürüyüb. Dəccala Mehdi (ə.s) və tələbələrinin gücü çatar.
İman insanı çox gözəlləşdirir, küfr, dəlalət və şirk də o qədər çirkinləşdirər. Gözlə görülən bir möcüzə meydana gələr.
Mömin xanımlarda rəhmani bir cazibə və gözəllik, heybət olar. Dəlalətdə olan müşrik və xurafatçı qadınlarda ağlasığmaz bir iyrənclik, pislik, kin, nifrət, əsəb, sevgisizlik, estetikadan, gözəllikdən uzaq, hər cür rüsvayçılıq olar.
Kommunist, Stalinist insanın silahı atması mümkün deyil. İki irəli, bir geri taktikası var. İstirahət etmək, qüvvət yığmaq, yeni hücumda isə əsaslı zərbə endirmək Stalinist, kommunistlərin tətbiq etdiyi bir üsuldur.
Dəccal tərəfdarları Mehdiyyəti dəccal hesab edirlər. Allah elə göstərir. Mehdiyyətə dəccal diaqnozu qoyurlar. Mehdini də dəccal olaraq görürlər. Bu, Mehdinin zühurunu göstərir. Mehdini dəccal zənn etmək, dəccalı Mehdi zənn etmək axır zaman əlamətlərindəndir.