Allah əxlaqsız münafiq kişiləri və qadınları bir-birlərinə mənəvi bəla olaraq yaradır. Bir-birlərinin sanki odunu olub canlarını yandırırlar.
Allah münafiqlərə lağ etmək, söyüş söymək, murdarlıq vermişdir. Bu lağ etmək təkcə münafiqin öz canını yandırar, möminə isə şəfaya vəsilə olar. Lağ edənlər həsəd içində olduqları üçün qaranlıq dünyada yaşayarlar. Lağa qoyulan şəxs isə həmişə daha gözəlləşər. Bu Allahın gizli sənətidir.
Həqiqi masonluq ziyalı, fikrə və inanca hörmət göstərən, qadına və incəsənətə dəyər verən, Allaha iman gətirən minlərlə illik mənşəyi olan qədim quruluşdur. Həqiqi masonluq, kiçik, masonluqdan müstəqil öz-özünə təşkilatlanmış, ateist, dinsiz, mason olduğunu iddia edən quruluşlara heç fikir verməz.
Bir çox ölkədə masonluqdan kənar mason deyə ortaya çıxan kiçik qeyri-qanuni quruluşlar da var. Bunların masonluqla bilavasitə əlaqəsi yoxdur. Ateist, mənfəət üçün masonluğa gizlincə daxil olmuş insanları və ya özlərini mason kimi göstərən kiçik quruluşları əhəmiyyətli görməmək lazımdır.
Masonluğun mənşəyi təəccüblü şəkildə keçmişə dayanır. 12 min il əvvəlki relyef formalarında belə masonluq simvolları var. Bu çox maraqlı haldır.
Quranda hicab deyil, qadının zəruri hesab etdiyi vəziyyətdə özünü qorumaq üçün müvəqqəti olaraq çarşab geyinməsi bildirilir. Hicabı müdafiə edənlərin əksəriyyəti Quranda çarşab keçdiyini görməzlikdən gəlib, çarşabı heç gündəmə gətirmirlər. Bu səmimi münasibət deyil. Quranda olmayan hökmlə insanları dindən uzaqlaşdırırlar. Quranda hicab yoxdur. Qadın lazımi vəziyyətdə müvəqqəti olaraq çarşab geyinər.
Masonluğun əsil məsələsi düşüncə azadlığı, hər kəsin fikrinə hörmət etmək, sülh, qardaşlıq, dostluqdur. Lakin təbiidir ki, hər mason bu keyfiyyətdə deyil. İnsanlara və qadınlara hörmət göstərməyən, incəsənətə, keyfiyyətə əhəmiyyət verməyən cahil insanlar da masonlar arasında ola bilir.
Türkiyə, Rusiya, İran birləşmiş güclü blok olmalıdır. Azərbaycan da bizim canımızdır. Bölgədə güclü dostluq birliyi yaradaq.
Ruslar da İranlılar kimi qənaətkar, gözəl əxlaqlı insanlardır. İngiltərə dərin dövləti Rusiyanı da təcrid edir, biz sahiblənib dostcasına yaşayaq.
İran xalqı nəzakətlidir, alicənabdır və dəliqanlıdır. İran təmiz müsəlman ölkədir. Türkiyə ilə İranın arasını vurmaq istəyənlərə aldanılmamalıdır. Türkiyədə də İranda da düşmənçiliyi qızışdıran kütlələr var. Bunlar İngiltərə dərin dövlətinin yönləndirdiyi kəslərdir. İngiltərə dərin dövlətinin qızışdırdığı İran əleyhinə veriləcək ən gözəl ifrat fikirlərdən xilas olub iki tərəfin dostluğunu gücləndirməkdir.
İngiltərə dərin dövləti hal-hazırda dünyanın başındakı ən böyük bəladır. Mövzunun üstündən keçməyə çalışmaq deyil, lazımi əks elmi mübarizəni aparmaq lazımdır.
Masonluqdakı ateist masonların və maddi mənfəət üçün bu quruluşa girməyə çalışanların əslində masonluqla əlaqəsi yoxdur. Hal-hazırda masonluqda ateistliyin zəiflədiyi və təsirinin azalmağa başladığı dövrdəyik.
Yeni dünya nizamı tamamilə İslam əxlaqının hakim olduğu nizam olacaq. Bundan başqa bir sistemin hakim olması qeyri-mümkündür.
İntiharın qarşılığı əbədi cəhənnəmdir. İnsan cinayət işləmiş mövqeyində olar. Allah insana heç vaxt dözə bilməyəcəyi imtahan verməz.
Kamal Kılıçdaroğlu sabit, etidallı, dəyərli insandır. CHP üçün də dəyərli biridir, dəyərini yaxşı bilmələri lazımdır. Liderə sədaqət əhəmiyyətlidir.
Göz görməz. Bütün gözlər kordur. Göz təkcə beyinə elektriki ötürər, beyində gözü olmayan biri bu elektriki rəngarəng təsvir olaraq görür.
Kahtani hədislərdə xəbər verilən anti-mehdiyyət hərəkatıdır. Kaht bəla mənasındadır, insanlara bəla gətirər mənasını daşıyır. Kahtani öz ziddini bilən bir hərəkatdır. Mehdiyyət əleyhinə olduğu üçün mehdiyyət üçün səy göstərənləri görər və tanıyar.
CHP xalqla iç-içə olsa, solun ən sağında çıxış etsə, müasir dindarlığı, Quran müsəlmanlığını müdafiə etsə, müvəffəqiyyətli partiya olar.
Dindarlıqla müasir həyat iç-içədir. İnsanlara; “müasir həyat varsa din olmaz, din varsa müasir həyat olmaz” deyirdilər. Biz bu səhvi aradan qaldırdıq.
Türkiyə, Rusiya və İranın, Suriyanın bütövlüyünü əsas götürən bir siyasətdə birləşməsi çox gözəl oldu.
Allah yolundakı elmi mübarizəmizdə etdiklərimiz edəcəklərimizin təminatıdır. İngiltərə dərin dövlətini fikri olaraq yerlə-yeksan edəcəyik.