Allah əhəmiyyətli mövzuları xurafatçılar vasitəsi ilə bizlərə izah edir. Bir səbəb lazımdır. Əhəmiyyətli bir mövzu olur, xalqı, milləti məlumatlandırmağımız lazım olur. Allah bir xurafatçını üzə çıxarır, xurafatçı bir şeyə etiraz edir. Buradan da başa düşürük ki, xalqımızın, millətimizin bu mövzuda məlumat alması lazımdır.
Xurafatlardan narahat olmaq yersizdir. Onlar gücsüzdür, yazıqdır. Onlara bu qədər baş qoşmağa ehtiyac yoxdur.
2012-ci il çox əhəmiyyətli bir ildir. Bütün dünyanın gözü qarşısında "öldü" deyilən İslam dini hakim olur. Darvinizm toxunulmaz kimi görünürdü, lakin əyləncəyə çevrildi. Yəni bir qarışqanın, aslanla mübarizəsinə bənzəyir. İndi onlar qarışqa, Müsəlmanlar isə aslan oldular. Aslanın pəncəsinə belə ehtiyac qalmadı.
CƏNABI ALLAH HƏR ŞEYİN HƏLLİNİ DİNLƏ BƏLLİ ETMİŞDİR. Nə həyat bahalılığına, nə terrora, nə düşmənliyə, nə də sevgisizliyə çarə tapılar. Aclıqdan minlərlə, milyonlarla insan ölür. Silaha ayrılan pulun 1/10- ilə insanların hamısı mükəmməl bəslənər. DİN OLMAYANDA DÜNYANIN RUHU GEDİR, ÖLÜR, XƏRÇƏNG OLUR .
PKK-ın həlli Darvinizmin, materializmin, Marksist Leninist fəlsəfənin tamamilə yox edilməsi, İslam Birliyinin, Türk İslam Birliyinin yaradılmasıdır. Yəni Mehdiyyətdir.
PKK-ın ancaq imanla, Quranla, iman həqiqətləri ilə, yəni Mehdiyyətlə əzilməsi mümkündür. Bu, tamamilə, kökündən qopardacaq şəkildə dəqiq nəticə əldə olunacaq bir vəziyyətdir Əks halda dəhşətli mübarizə olacaq və heç bir nəticə alına bilməyəcək.
Təhqir, hücum, söymək, vurmaq, qırmaq azadlığı olmaz. FİKİR AZADLIĞI OLAR, KÜFR AZADLIĞI OLMAZ.
Terroru tarixə keçirəcək, sülhün, qardaşlığın tamamilə hakim olduğu, döyüşlərin, qarışıqlığın bitdiyi sistem təkcə Mehdi (ə.s) ilə mümkündür. Bu cür olmazsa hər hökümət vəziyyəti mühafizə etməlidir.
Yəhudilərin Tövratı, həmçinin, Quranı və İncili də çox yaxşı öyrənəcəkləri, ümumi mədəniyyətlərini daha çox artıracaqları dövrə gəldik. Artıq bu dövr mədəniyyətin, elmin, sənətin, estetikanın, gözəlliyin, yaxşılığın hakim olacağı illər olacaq, inşaAllah.
Kral Məsih mövzusunda müqavimət göstərmələri yersizdir. Kral Məsih onlar üçün nemət, gözəllik, xeyir və bərəkətdir.
KRAL MƏSİH ÇIXMADAN AĞRI-ACIYA SON QOYULMAZ. Hər yerdən, hadisədən, düşüncədən iztirab mənbəyi meydana gələcəkdir. İnsanların buna ictimai, siyasi istiqamətdən, digər elmləri istifadə edərək əlac tapmaları mümkün deyil. Əlac tapsaydılar, bu pərişanlığı yüz ildən bəri yaşamazdılar.
Mənim Yəhudilərdən xahişim Yəhudilərin məzhəb ayrılıqlarını aradan götürüb bir yerə gəlmələri, qardaş olmaları və toplu şəkildə böyük meydanlarda yığışaraq İbranicə Allaha "Ya rəbbim, bizə Məsihi göstər, bizə Davudoğlunu göndər , gəldisə artıq onu görək, onları bizə lider elə. Onun və tələbələrinin gücünü bizə göstər. Bizlərə onunla dəstək ver" deyə dua etmələrini istəyirəm ki, bu da Tövratın hökmüdür.
Xurafatçılığın əsas düşüncəsi "mənim kimi olmayan yaşamasın" ifadəsidir. Amma bizlər, yəni Hz. Məsih tərəfdarları, Hz. Mehdi (ə.s) tərəfdarları daima sülhü, qardaşlığı,fikir azadlığını müdafiə edirik. Aydın olmağı, elmlə, sənətlə hərəkət etməyi, Allahın hökmlərinə möhkəm sarılmağı məqsəd seçirik.
Sevgi dolu, mərhəmətli, sülhsevər, insanpərvər, ağıllı, son dərəcə səmimi, sənətdən, elmdən, estetikadan son dərəcə xoşu gələn, tərtəmiz, insanları özü kimi qoruyub mühafizə edən, hər inancda insana hörmət edən, özünə verilən nemətləri eyni şəkildə onlara da layiqdir deyə düşünən, əsl, səmimi insanlar olmağa çalışmalıyıq. O zaman Allah dünyaya hakim edəcək. Biz də onun üçün cəhd göstəririk.
Hər dində xurafatçılıq çox təhlükəlidir. Yəhudidə, Müsəlmanda, Xristianda da xurafat təhlükəlidir.
Son illərdə İsraildə dindarlıq, Allah inancı sürətlə yayılmağa başladı. Daha əvvəl ateistlik, kommunist düşüncə, sol düşüncə, Marksist düşüncə hökm sürərkən, indi dindarlıq hakim olmağa başladı. Bu da Kral Məsihin çıxış əlamətidir.
İsraili dinsiz etmək istədilər. Allah bu fitnəni ortadan qaldırdı. İsraildə buna icazə vermədik. Darvinizmin, materializmin etibarsızlığını izah edən İbrani dilində yazılmış kitabları İsrailə göndərdik və İsraildə fikri mübarizə ilə Darvinist inancını qırdıq.
Dünya, İsrail, bütün bölgə Allahındır. Bizim rahat, gözəl yaşamağımız üçün, axirətdə də gözəl yaşamağımız üçün Allahla hər zaman əlaqədə olmağımız lazımdır. Allahı çox sevməmiz, bütün ürəyimizlə ona bağlanmamız lazımdır. Və göndərdiyi Məsihinə də dərin hörmət, sevgi hiss edərək bağlanmamız lazımdır. Əgər bunu etməsək, haşa, Allaha qarşı gəlmiş olarıq.
Allah Moşiyahı göndərdi, vaxt tamamdır. 2012-ci ildir, Tövratdakı işarə budur. "Biz Hz. Mehdi (ə.s)-la, Moşiyahla həll etmərik, düşüncəmizlə, ağlımızla, siyasət elmi ilə həll edərik" deyərlərsə, bu acı, iztirab davam edər.
Tövratın, Peyğəmbərimiz (s.ə.v)-in sözünü dinləyək. Hz. Mehdi (ə.s)-a tabe olaq, Hz. Mehdi (ə.s)-ı axtaraq, Hz. Mehdi (ə.s)-ı tapaq.
Həqiqi Yəhudinin Hz. Moşiyaha, yəni Hz. Mehdi (ə.s)-a tabe olması şərtdir, fərzdir. Müsəlmanlar üçün də eyni şəkildə Hz. Mehdi (ə.s)-a tabe olmaq və Hz. Mehdi (ə.s)-ı axtarmaq şərtdir.