Allah axirətdə Qurandan sorğu-sual ediləcəyimizi bildirmişdir. Qurandan kənar mənbələrə tabe olunduğu təqdirdə azğın və batil anlayış ortaya çıxır.
Dəccaliyyətin azğınlığına qarşı Türkiyə mütləq İslam aləminin dəstəyini almalıdır.
Önümüzdəki günlərdə çox böyük hadisələr görəcəyik, lakin nə etsələr də İslam əxlaqının dünya hakimiyyətini dayandıra bilməyəcəklər.
Türkiyə qadınların mümkün qədər azad olduğu, dekoltenin də, çarşabın da azad olduğu, incəsənətin, elmin, gözəlliyin hakim olduğu ölkə olsun.
Türkiyə və Rusiya qardaşdır və həmişə qardaş qalacaq. Ruslar Osmanlı tərbiyəsinə sahib nəzakətli insanlardır.
Peyğəmbərimiz (s.ə.v), Dəccalın qəzəbləndirildiyi zaman, yəni ifşa edildiyi zaman ortaya çıxacağını bildirmişdir.
Kutül-Amarə qələbəsi İngiltərə dərin dövlətinə vurulmuş tarixi şillədir. İngiltərə dərin dövləti bu əsrdə də eyni məğlubiyyətə düçar olacaq.
Türkiyənin əvvəlcə ayaq basdığı yeri çox güclü hala gətirməsi əhəmiyyətlidir. Bu da əvvəlcə İslam Birliyini təmin etməklə mümkün olar. Əsil nəticə belə alınar.
İngiltərə dərin dövləti çox ədabaz və çaqqaldır. İrq üstünlüyünə inanar. Hər cür çirkinliyi edə bilərlər, Türkiyə çox diqqətli hərəkət etməlidir.
Türkiyə dəccaliyyət həmləsi ilə üz-üzədir. Türkiyə bu vəziyyətdə təkbaşına deyil, bütün İslam aləmi ilə birlikdə hərəkət etməlidir.
Türkiyəyə qarşı həmlə edən nə Almaniya, nə də Hollandiyadır. Əsil qüvvə İngiltərə dərin dövlətidir. Gücün ölçüsünü görüb ona görə ağıllı tədbir almalıyıq. Prioritetli olaraq sakitləşdirici olaq, mövcud problemi sakitləşdirək. Sonra lazım olan bütün diplomatik, ticarət və siyasi tədbirləri alarıq.
İngiltərə dərin dövləti gizli olan 300 illik quruluşdur və dünyanı pərdə arxasından idarə edən qüvvədir.
Məkkə dövründə Peyğəmbərimiz (s.ə.v) necə etidallı, ağıllı və səbirli siyasət yürütdüysə Türkiyə də hal-hazırda bu etidallı siyasət yürütməlidir.
Türkiyənin dəccaliyyətlə olan elmi mübarizəsi İslam ölkələrinin birliyi ilə təsirli olar. Mövcud mövqeyində Türkiyə ağıllı, etidallı olmaq məcburiyyətindədir.
Hal-hazırda Türkiyəyə istiqamətli həmlə çox sərt görünür. Əvvəlcə nə etməyi planlaşdırdıqlarını tam müəyyənləşdirək, ona görə ağıllı, təsirli cavab verək.
İngiltərə dərin dövləti Türkiyəni yalqız vəziyyətə gətirməyə çalışır. Bu oyunu puç etmək üçün edilməli olan əvvəlcə sakitləşdirici olmaqdır. Türkiyə sakit, sakitləşdirici, mehriban üslubla qurulan bütün oyunları puç edə bilər. Ölkələr arası gərginlik deyil, dostluq gözəl olandır. Sərt sözlərlə nəticə alınmayacağı üçün diplomatik sanksiyalar tətbiq etmək bir yol ola bilər. Ticarət əlaqəsi kəsilə bilər, səfirlər geri çağırıla bilər, lakin bütün bunların əvəzinə mümkün qədər dostluğu möhkəmləndirəcək addımlar atmaq daha düzgün olar.
Türkiyə həmişə sakitləşdirici, etidallı, keyfiyyətli mövqedə olmaq məcburiyyətindədir. Türkiyənin ənənəsinə və əxlaqına yaraşan budur. Sakitləşdirici olaq.
Avropa səviyyəsində Türkiyəni yalqız hala gətirməyə istiqamətli siyasət var. Bu siyasətin qarşısını almaq üçün Türkiyə həmişə yetkin və etidallı davranmalıdır.
Son dövrlərdə Peyğəmbərimiz (s.ə.v)-i nümunə göstərmək əvəzinə Çe Gevaranı nümunə göstərirlər. Dövləti dağıtmağa əzm etmiş insan nümunə ola bilməz.
Əvvəl və sonra məfhumu, yəni zaman insan üçün qüvvədədir. Zaman insanın bir qavrayışıdır. Allah zamandan asılı deyil.
Müsəlmanların bu qədər əzilməsinin əsas səbəbi xurafata əsaslanan mövhumatçı sistemdir. Qurtuluş çarəsi isə Quran İslamıdır.