Ağıl anbaan yaradılır. Danışıq anbaan yaradılır. Ağlı verən də, danışdıran da Allahdır.
Hz. Mehdi şəfqət, mərhəmət insanıdır. Hz. Mehdi dövründə bütün silahlar ləğv olunacaq, kin, nifrət, müharibələr birdəfəlik bitəcək.
“Mən Mehdi deyiləm, belə iddiam ömür boyu olmayacaq” deyə dəfələrlə söylədim. Buna baxmayaraq, bəziləri qəribə təşviş yaşayır.
Peyğəmbərimiz (s.ə.v): “Mehdinin adı adıma uyğun olacaq” deyir, eyni olacaq demir.
Döyüşə zəmin hazırlayan ixtilafı təşviq etmək İslama uyğun deyil. Qurana görə müsəlmanlar arasında ixtilaf deyil, qardaşlıq, birlik var.
İxtilafda rəhmət var deyənlər bu məntiq ucbatından müsəlmanların bir-birini qırdığını görmürlər. Qurana görə ixtilaf fəlakətdir. İxtilaf müsəlmanlara qan, döyüş, qarşıdurma gətirir. Buna görə də İngiltərə dərin dövləti də ixtilafdan silah kimi istifadə edir. Müsəlmanlar həmrəy olmalıdır.
Hilal ilə xaç mübarizəsi deyə bir şey yoxdur. Dəccaliyyətlə iman gətirənlərin elmi mübarizəsi var.
Misirdəki Qibti xristianlara ibadət edərkən hücum etmək çox böyük vəhşilikdir. Bütün ibadətgahlar müsəlmanların himayəsi altındadır.
Hamımız bu ölkənin övladıyıq və bacı-qardaşıq. Gərginliyə səbəb ola biləcək hər cür üslubdan çəkinmək və həmişə sakitləşdirici olmaq əhəmiyyətlidir.
Dəccal xristianlarla müsəlmanların arasını vurub dinə inananları aradan qaldırmaq istəyir. Bu oyuna düşməmək lazımdır. Hilal və xaç mübarizəsi əsla olmamalıdır. Əksinə dindar xristian və musəvilərlə ittifaq edərək dinsizliyə qarşı elmi mübarizə aparılmalıdır.
Hilal ilə xaç mübarizəsi var demək düzgün deyil. Dindar İsəvilər müsəlmanların müttəfiqidir.
Quranda mehdiyyət əhatəli şəkildə izah edilir. Bir çox ayədə mehdiyyət xəbər verilir.
Allah elmi fəaliyyətlərimizin təsirini qat-qat artırsın. Dünyanın hər tərəfində məqalələrimin dərc olunması Allahın nemətidir.
Mövhumatçıların qadınlara olan yanlış baxış aspekti ucbatından İslam aləmi məhv olur. Biz mövhumatçıların yaratdığı təxribatı aradan qaldırmağa çalışırıq.
Çarşablı da olsa, dekolte də olsa bütün qadınların hörmət gördüyü bir dünya istəyirik.
Bu millət özü kimi insanların hakimiyyətdə olmasını istəyir, İngiltərə dərin dövlətinin adamlarını istəmir.
Tayyib hocam bu millətin özünü, millətin ümid fəlsəfəsini və ruhunu təmsil edən insandır. Buna görə bu qədər sevilir.
Biz İngiltərə dərin dövlətinə diqqət çəkdikdən sonra həm Türkiyədə, həm də Rusiya və Amerikada oyanış oldu, bu çox gözəldir.
Hədislərdə belə deyilmədiyi halda Mehdi 300-400 il sonra gələcək deyənlər müsəlmanları ətalətə sürükləyib şövqlərini yox edirlər.
Bəzilərinin mehdiyyət məsələsində bu qədər təşviş yaşamalarının səbəbi mehdiyyətin həqiqət olduğunu görmələridir.
Həqiqi iman yaranması üçün bütün diqqəti Allaha yönəldərək, həmişə Allahdan yana olaraq dərin düşünmək lazımdır. Diqqət dünyaya verilirsə, olmaz.