Adi imtahan olunsaq dünyanın da, cənnətin də mənası olmaz. Təhsilin mükəmməl olması üçün Allah hər cür şəraiti yaradıb. Yaralanmadan, xəstələnmədən, əziyyət olmadan asan yaşayıb axirətə getmək olmaz. İmtahan çətin və ətraflı olmalıdır, bu təfərrüatların içində gözəlliyi tapmaq vacibdir.
Allahın yaratması inkar edildikdə, təsadüflər sizi meydana gətirdi yalanı deyildikdə fəlakətlərin qapısı açılmış olar. İncəsənət də yox olar.
Demək olar ki, heç bir incəsənət xadiminin qalmamağı çox böyük fəlakət kimi görülməlidir. Bu, insanların dilə gətirmədiyi ən dəhşətli vəziyyətlərdən biridir.
Allahın sənətini bilmək çox mühüm məsələdir. Allahın sənətini bilmək, yadda saxlamaq və heyrətini yaşamaq üçün dua etmək lazımdır. Allahın sənətinin heyrətini yaşamamaq bir növ mənəvi xəstəlikdir. Allahın sənətinə heyranlıq duymaq imani dərinliklə mümkün olar.
İngiltərə dərin dövlətinin pərəstişkarı olanlar özlərini super ağıllı hesab edib, cəmiyyəti yönləndirdiklərini zənn edən əslində heç fikir verilməyən insanlardan ibarətdir.
Hər kəsdən şübhə edən bir növ paranoyya halıyla hərəkət etmək doğru olmaz. Təvəkkül edib, demokratiya və azadlığı müdafiə edərək hərəkət edilməlidir. İncəsənəti, keyfiyyəti ön planda tutaraq, birlik ruhunu gücləndirərək, İslam Birliyini məqsəd edib gözəl şəkildə irəliləmək lazımdır.
Allahın hər yerdə uca səslə zikr edilməsi, azadlıq mehdiyyətdir. İnsanlar hal-hazırda dolu-dolu mehdiyyəti yaşayır, lakin əksəriyyəti görmür.
Küfr əhlinin sayca çox olması bəzilərinin ümidsizliyə qapılmasına səbəb olur, halbuki Allah azsaylı bir dəstəni küfr əhlinə qarşı müvəffəq edir.
Dəccaliyyət tərəfdarları sevgi, nəzakət, ədəb nədir bilməz. Dəccaliyyət tərəfdarlarının ağzından çirkab axar, mehdiyyət tərəfdarları isə nur kimidir.
Bəziləri müsəlmanların aciz olduğuna qənaət gətirib. Hər kəsi aciz, özlərini də tək ağıllı insan zənn edirlər. Müsəlman çox ağıllıdır.
Xoşbəxtliyin təkcə içki və s. ilə olacağına o qədər səhv alışıblar ki, iman gətirənlərin sevincini və xoşbəxtliyini başa düşə bilmirlər.
Müsəlmanların əleyhinə fəaliyyət göstərdiyini zənn edən hər kəs əslində müsəlmanlara, İslama, Qurana xidmət etmiş olar.
Hər şeydən alınan zövqün ən yüksək və ən keyfiyyətlisi cənnətdə olacaq.
Ələvilik nurdur, gözəllikdir. Yaradana sevgidir. İnsana, heyvana, bitkiyə, gözəlliyə sevgidir. Mövhumatçılığın qapısını sonuna qədər bağlayar.
Dünyəviliyin ən doğru, ən gözəl, ən ağıllı halını Qurandan öyrənirik. İslam dünyəviliyi müdafiə edər.
Sevgisiz insanlar sanki hissiyyatlarını itiriblər, həmişə bir-birlərini təhqir edirlər və bundan narahat olmurlar. Sevgisiz insanların həyatları, sanki cəhənnəmin əks olunması kimidir. Bu bəlanın içinə düşənlər Qurana sarılıb tezliklə xilas olsunlar.
Sevgisiz gənclərdən təşkil olunan, sanki qəbilə tipli quruluş var. Bu ruh halı özlərini məhv edir. Bu qədər nifrət, əqli cəhətdən sağlam olmalarına əngəl törədir. Həmişə söz ilişdirən, həyasız, hər kəsə qarşı nifrət dolu bir həyat olmaz. Belə bir bəla içində yaşamağı heç kim qəbul etməməlidir.
Gözəl olan hər şeyi əsas götürən, nəzakətli və keyfiyyətli olanı tələb edən, demokrat, harama və halala diqqət yetirən, dünyəvi, ziyalı, müasir bir cəmiyyətik.
İsraildə vətəndaş müharibəsi baş verməz, dövlət çevrilişi də baş verməz. Əbəs yerə təşviş yaradırlar. İsrail dövlət çevrilişinə qapalı bir cəmiyyətdir.
Müsəlmanlara mənəvi cəhətdən elə təzyiq göstəriblər ki, dində olmayan qaydalarla sanki zehinlərini dondururlar. Musiqi, incəsənət, gülmək, şən olmaq, həyat dolu olmaq potensial cinayət kimi göstərildiyi və özlərini də potensial günahkar gördükləri üçün hər yerdə aciz mövqedə olurlar. Qurana tam tabe olan müsəlmanlar ziyalı, keyfiyyətli, özünə inamlı və çox ağıllıdır. Acizliyi heç bir müsəlman əsla qəbul etməməlidir.
Sevgisizlik ağır xəstəlikdir. Sevgini bilməyən insan məhv olmuş deməkdir.