700 milyondan çox tapılmış fosil var. Yüz milyonlarla fosildən niyə bizim xəbərimiz yoxdur, niyə bizdən gizlənir deyə hər kəs düşünsün. Fosilləri də, zülalın təsadüfən yaranmasının qeyri-mümkün olduğunu da, təkamül nəzəriyyəsini elmi cəhətdən çökdürdüyü üçün xalqdan gizlədirlər.
Təkamülü öz aləmlərində hörmətli nəzəriyyə halına gətirməyə çalışırlar. Təkamül şumerlər dövründən qalan, hər şeyə təsadüf deyən xurafatdır.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
Mələklərin, cinlərin, şeytanların yaradılmasında və axirətdə yenidən dirilmə olduqda təkamül yoxdur. İnsanın yaradılışında da təkamül yoxdur. Tapılan 700 milyon fosildə təkamülə dair tək bir dəlil yoxdur. Zülalın yaranmasında təkamülə dair dəlil yoxdur. Təkamül elmi olaraq yoxdur.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
Bir insanın irfan sahibi, dərin düşünən, dərin qavrayan olması əhəmiyyətlidir. Təkcə mədəniyyətin olmasının insana faydası olmaz.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) çox baxımlı, yaraşıqlı və qayğıkeş idi. Gözlərinə sürmə çəkir, tərtəmiz gül qoxurdu. Baxımlı olmaq gözəllikdir.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
Qadının gözəl, cazibədar və cəlbedici olması cinayət də deyil, günah da deyil. Fitrəti pozmaq səhv olar. Qadın qadına, kişi kişiyə bənzəməlidir. Kişi istədiyi kimi yaraşıqlı, qadın istədiyi kimi baxımlı və cazibəli olar. Mühüm olan iffətli olması, hörmət edilməsi, dəyər verilməsidir.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
İngiltərə dərin dövləti ardı kəsilməz cinayətlərə başladı. Özünü ifşa edənləri fərqli üsullarla öldürür. Cinayət, dəccaliyyətin metodudur.
(A9 TV; 19 yanvar 2017)
Adnan Oktar
-
Qadınlara azadlıq verilməsə, halallar haram edilsə İslam Birliyi yaranmaz. Qadınların əzildiyi quruluşu Allah müvəffəq etməz. İslam Birliyinin açarı qadınlardır. Qadınların xoşbəxt və azad olduğu cəmiyyət yaradacağına söz versən Allah İslam Birliyini yaradar.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Allah insanı ilk yaratdığı andan etibarən qüsursuz və mükəmməl var etmişdir. Təkamül isə haşa Allahın yaratmasında qüsur olduğunu iddia edir. (Qaf surəsi, 15-16: Məgər Biz ilk yaratmadan sonra gücdən düşdük? Xeyr, onlar “qarışıq şübhə” içindədirlər. And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini bilərik. Biz ona şah damarından daha yaxınıq.)
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Allah müşriklər barədə “ağıllarını işlətməyən qövmdürlər” deyir. Müsəlman isə ağlından istifadə edər, oxuyar, öyrənər və araşdırar.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
İran dini lideri Ayətullah Xamaneyinin İngilis dərin dövlətinə dair son açıqlamaları çox yaxşı olub. Allah işlərimizi vəsilə edir.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Bütün güc, qüvvə Allaha məxsusdur. Müvəffəqiyyət qazanıldıqda bunu nəsib edən Allahdır. Allah duamızı qəbul etdiyi üçün bizə müvəffəqiyyət nəsib edir.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Obama da, yaxın ətrafı da kommunist meyilli idi. Obamanın törətdiyi təxribatı Trampın düzəltməsini diləyirik. Tramp anti-kommunist, anti-darvinist insandır. Rusiya, Türkiyə, İran, Çin və bütün türk dövlətləri Trampa dəstək olsunlar.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
Darvinizm PKK və bütün kommunist təşkilatların ideologiyası, İngiltərə dərin dövlətinin dini və tarixin ən bərbad xurafatıdır. Biz darvinizmdən bəhs edilməsi qadağan edilsin demirik, cavabı verilsin deyirik. Hər şeyi təsadüf yaratdı deyən darvinizm elmdən kənar xurafat və bütpərəst inancdır. Bu ibtidai bütpərəst inancdan cavabı ilə birlikdə bəhs edilsin.
(A9 TV; 18 yanvar 2017)
Adnan Oktar
-
İnsanın təkamüllə yaradıldığına dair həm elmi, həm də Quranda tək bir dəlil yoxdur. Bütün paleontoloji kəşflər yaradılışı göstərir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Yol, körpü, bənd inşa edilməsi, incəsənət və azadlıq olmadıqda əksik qalır. Bütün küçələrdə incəsənət olmalıdır, qadınlara azadlıq olmalıdır. İncəsənət və Keyfiyyət Nazirliyinin yaradılması çox mühüm məsələdir. Bu, Türkiyənin mövzuya verdiyi əhəmiyyəti göstərər. Bir addım atılsa arxası gələr.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Peyğəmbərimiz (s.ə.v) “suda, dənizdə bir tac görürəm, bu iblisin tacıdır və şimalda bir adadır” deyir. Bu İngiltərə dərin dövlətinin tərifidir.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Darvinizm qədim şumerlərdən gələn xurafatlarla dolu bütpərəst dindir, təkamül haqqında məlumatı olmayan bəzi kəslər bunu bilmirlər.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Lindsey Lohanın İslama yaxınlıq göstərməsi çox gözəldir. Mövhumatçılar ona təzyiq göstərsə bunlara heç fikir verməsin.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
Beyinin içində gözü olmadan görən kimdir? İnsanlar bunu sorğu-sual etməlidir. Elektrik siqnallarını üçölçülü mükəmməl təsvir olaraq görən ruhdur.
(A9 TV; 17 yanvar 2017)
Adnan Oktar
-
İnsan orqanizmi dünyanın ən təkmilləşmiş kompyuterlərindən üstün quruluşdadır. Hüceyrə dəmiri, misi tanıyar, lazım olanı qəbul edər, insan bu seçimi edə bilməz. İnsan elementləri seçə bilməz, lakin hüceyrə lazımi elementləri qəbul edər və tam lazımi yerdə lazımi miqdarda istifadə edər. Hüceyrə Allahın istəyi ilə çox ağıllı hərəkət edər, atomları ehtiyaclarına görə seçərək, lazımi yerlərdə istifadə edər.