2000-ci ildən sonra bütün dünyada indiyədək görülməmiş sayda zəlzələlər artdı. Hər gün hardasa zəlzələ olur. İSLAM BİRLİYİ OLMASA NƏ YER, NƏ DƏ GÖY DAYANAR. MEHDİ ZÜHUR ETMƏYİNCƏ DÜNYA SAKİTLƏŞMƏZ.
Allah qədərdə kimə təqdir etdisə o Mehdi (ə.s) olacaq. Siz ona, qədərə, Allahın təqdirinə boyun əyin. Peyğəmbər Əfəndimiz (s.ə.v)-i də o dövrdə Yəhudilər istəməmişdilər. İndi bunlar da Allahın kimi Mehdi seçəcəyi məsələsində, haşa, Allaha ağıl vermək istəyirlər. Allah kimi seçsə ona təbe olacağıq.
Sən ruhunun əsirisən, başqa cür heçnə edə bilməzsən. Mismar kimi mıxlanmış vəziyyətdəsən. Ruhun "yaz" deyir yazırsan.
Sən şüura tabesən, şüur sənə tabe olmaz. Şüur səni istiqamətləndirir, sən təkcə bacarmazsan. Laboratoriyada hər hansı bir şey tədqiq ediləndə şüurunda nəticə çıxarırsan. Şüur sənə nəzarət edir, sən şüuru idarə edə bilmirsən. Bundan əlavə şüur görmə, eşitmə, hiss etmə , toxunma, qoxulamadan ibarət ruhdur.
İSLAM BİRLİYİ OLMAYINCA ALLAH ADINA AND İÇİRƏM, ALLAH RAHATLIQ VERMƏZ. Boş yerə vaxt itirirsiniz.
Tinər çəkən uşaqların da psixoloji cəhətdən, müsbət istiqamətdə dəstəklənməsi lazımdır. Onlara da şəfqət göstərmək lazımdır. Kim bilir onlar nə acı çəkir. Heç kim durduğu yerdə öz xoşu ilə tinər çəkməz. Demək ki, iztirabın, ağrı-acının şiddətindən, onu ört-bastır etmək üçün həmin iyrənc maddəni qəbul edir. Şəfqət, sevgi, maraq, diqqət görsələr belə olmayacaqları bəllidir.
Hz. Xızır (ə.s) qiyamətə yaxın bir zamana qədər vəzifədədir. Hz. Xızır (ə.s) son ana qədər hadisələrin içərisindədir. Qiyamət başlayanda o da sevinc içərisində qiyaməti seyr edəcək, inşaAllah.
İSLAMİYYƏTDƏ MATƏM SAXLAMAQ YOXDUR. ALLAH VERDİYİ CANI DA, ALLAH ALAR. Hər gün ölən insanlar olur. Hər gün normal əcəli ilə ölən, şəhid olanlar, qəzada ölən insanlar vardır. Onda bütün Türkiyə ilə birlikdə gecə-gündüz illərlə yas tutmalıyıq. ŞƏHADƏT HƏM DƏ SEVİNC VƏSİLƏSİDİR. ŞƏHİDLİYƏ KƏDƏRLƏNİRSƏNSƏ İMAN ETMƏMİSƏN. Allah əsirgəsin. Şəhidlik sevinc duyulan hadisədir. Allah hər birimizə nəsib etsin, inşaAllah. Qoç igidlərim şəhid olur, fəxr edirik.
İndi Türkiyə ilə Suriyanı vuruşdurmaq istəyirlər. Burda qalib gələn, məğlub olan olmaz. Haram və zülmündən başqa bir şey yoxdur. QARDAŞ OLMADIĞIMIZ ÜÇÜN BAŞ VERƏN FİTNƏ, ŞƏXSİ MƏNƏVİÇİLİYİN, MEHDİ (Ə.S) ƏLEYHDARLIĞININ VERDİYİ ƏZAB BÖLGƏNİ BÜRÜDÜ. DEMƏLİ, MEHDİ (Ə.S)-A QARŞI OLMAQ, ŞƏXSİ MƏNƏVİÇİLİK, İZTİRAB, AĞRI-ACI YARADIR. Mehdiyyət ruhu altında qardaşlarımızı birləşdirək.
Terror təşkilatı yanlış fikirlidir və səhv istiqamətləndirilmişdir. Sən də onlara doğrunu öyrətməlisən. Səhv yolda olan bəziləri varsa, səhv hərəkət edirlərsə öyrətməlisən. PKK-lı də səhv öyrədilərək kommunist, Darvinist, materialist olmuşdur. Və, nəhayət, cani olmuşdur. Adam öldürməyin savab olduğu izah edilir. "Bu bir ibadət, üstünlük, yaxşılıq, gözəllikdir" deyirlər.
Qazilərimizə gözəl şəkildə sahib çıxaq. Hər yerdə onlara qazi evləri, qazilər üçün lokallar yaradaq. Şəhid ailələri üçün də həmçinin. Orda gözəl xatirələrini izah etsinlər. Bütün millətimiz də onlara sevgi, hörmət göstərsin.
Suriya İslam Birliyinə yanaşmadığı, Türkiyədə də İslam Birliyi meydana gəlmədiyi üçün belə ağrı-acılar, iztirablar bir-birinə bağlı şəkildə davam edər, daha da artar, Allahualəm. İslam Birliyi qurulana qədər davam edəcək.
ALLAH BİZİM XOŞBƏXTLİYİMİZİ İSTƏYİR. Amma haqqı ilə xoşbəxt olmağımız üçün də mütləq bu imtahandan keçməyimiz lazımdır. Əks halda cənnətdə zövq ala bilməzsən, Allah əsirgəsin.
PKK İslam Birliyinin olması üçün Allah tərəfindən yaradılır. Yoxsa insanlar nə Mehdi (ə.s)-a tabe olardılar, nə Mehdiyyət inkişaf edərdi, nə də İslam Birliyi olardı. Allah PKK-nı vəsilə edərək insanları oyandırır.
Allah sonsuz qısa zamanın içində sonsuz uzun zamanı yaratmışdır. Zaman sonradan bizim üçün yaradılmış bir şeydir. Allah zamana tabe deyil. Allah qatında təkcə "an" anlayışı vardır. Artıq burada zaman yoxdur. Sonsuz qısa zaman olub bitmişdir.
"Allahdan əvvəl nə vardı?" deyirsən. Çünki sənin üçün əvvəl və sonra anlayışı vardır. Allah zamanı yaradır, zaman yox. Təkcə bir an vardır. "An" ən qısa zaman, yəni sonsuz qısa zamandır. Sonsuz qısa zamanın da qarşılığı "an"dır.
Darvinizm, materializm məhv olmayınca Quranı istədiyin qədər izah etsən də mənası yoxdur. Məktəblərdə biologiya dərsində Darvinizm izah edilir. O müəllim çıxır, din müəllimi girir. "Kainatı Allah yaratdı" deyir. Uşaq hansına inanacaq? Beləcə insan dini şərhi qəbul etmir. “Elmi” görünəni qəbul edir, "ağıllı olan budur" deyir. Bundan sonra istədiyin qədər Quran əzbərlətdirsən də insanın imanı olmadıqdan sonra heç bir xeyiri yoxdur.
Terrora qarşı, hər kəsin toplu şəkildə mübarizəsi, milli oyanış şəklində hərəkətdə olması lazımdır. Hər cəhətdən, hər fikirdən olan insanların birləşməsi lazımdır. Dövlət anti-komünist, anti-materialist, anti-Leninist istiqamətdə əhatəli iş görməlidir.
Necə xurafatçıları, səhv bir düşüncəni fikirlə məğlub etmək əhəmiyyətlidirsə kommunizmi də fikirlə, elmi mübarizə ilə məğlub etmək çox əhəmiyyətlidir.
Kommunist quruluş və kommunist etiqad dünya tarixinin ən böyük yenidənqurma dinidir. Kommunist quruluş, kommunist inanc dünya tarixinin ən böyük dini quruluşudur. Hətta qiyamətə yaxın yenə kommunistlər bütün dünyaya hakim olub komünal dövləti quracaqlar. Dünya komunizmini yaradacaqlar. Yəni KOMMUNİZM DÜNYA TARİXİNDƏ ƏN BÖYÜK DƏCCAL HƏRƏKƏTİDİR.
Kommunizmdə lider problemi yoxdur. Birini hakimiyyətdən salarsan, başqası gələr. İnsanlar "Necə olursa olsun, biz onu çıxardarıq" deyir. Biz isə deyirik ki, Marksist, Leninist düşüncə fikrən məğlub olanda məhv olar. Onu məğlub edə bilməyəndə isə azğınlaşar, təcavüzkarlaşar.