1940-cı illərdə qalmış sol zehniyyət CHP-yə müvəffəqiyyət gətirməz. CHP Atatürkün müasir dindar anlayışını mənimsəyib xalqı qucaqladığı təqdirdə müvəffəqiyyət qazanar. Azad, təşəbbüskar, hər təbəqəni qucaqlayan, camaatlara, təriqətlərə şəfqətlə yanaşan, Bədiüzzamana sahib çıxan bir CHP fövqəladə dərəcədə müvəffəqiyyətli olar.
Hər şeyin gözəl tərəfini görmək, gözəl danışmaq lazımdır. Həmişə qüsur tapan, səhv axtaran məntiq ən çox insanın özünü narahat edər.
Silaha verilən pulla bütün dünya min dəfələrlə doyar. Aclıq, yoxsulluq adlı şey qalmaz. Sevgisizlik dünyaya çox böyük əzab gətirir.
Bələdiyyələr pişik evlərinin saylarını çox artırsın və isitmə də təmin etsinlər. Pişiklərin mütləq isti, gözəl otaqları olmalıdır.
Allah əsgərimizə, polisimizə güc-qüvvət versin, qorusun, hər mövzuda müvəffəq etsin. Dəccal ordularını darmadağın etsin.
Şəhidlik həm şəhid olana, həm də ailəsinə çox böyük şərəfdir. Nə gözəl mövqedir, cənnət əhli olurlar.
İslam əxlaqının dünyaya hakim olması demək, sülhün, sevginin, demokratiyanın, azadlığın, keyfiyyətin hakim olması deməkdir. Bunu hər kəs istəyər.
Müsəlman hər gün bir gözəllik yaranması üçün zəhmət çəkər. Hər gün dünyanın yaxşılaşması üçün səy göstərər. Tərəvəz satana gedən müsəlman; "nə gözəl, Allah növbənöv nemətlər yaradıb" desə İslama böyük xidmət etmiş olar. Yoldan bir zibil götürmək, bir insana gözəl söz söyləmək, xəstəliyi ilə maraqlanmaq müsəlmanın olduğu hər yerdə İslamın lehinə hərəkətdir.
Ətriyyat şirkətləri bir ətirin həmişə eyni gözəllikdə, eyni keyfiyyətdə olması üçün böyük zəhmət çəkir, bir qızılgül isə dünyanın hər yerində eyni gözəllikdədir.
Biz azadlıqlar, keyfiyyət və demokratiya ilə öz ölkəmizi Avropaya bənzədək, hətta daha üstün hala gətirək ki, bütün dünya Türkiyəyə heyran olsun.
Xaçlı deyildikdə xristianlığı hədəf göstərirmiş kimi başa düşüləcəyi üçün xristian-müsəlman mübarizəsi varmış kimi görünər, çox yanlış olar.
Marksist leninist stalinist fəlsəfənin təməli darvinizmdir. Darvinizm fikri olaraq çökdürüldüyü zaman terror da bitmiş olar.
Tayyib hocam Quran müsəlmanlığını müdafiə edir. Qəlbi çox rahat olsun, bütün əzmi ilə yoluna davam etsin.
Türkiyəni müasir mövqeyə gətirmək üçün yürüdüləcək siyasəti bütün millətimiz dəstəkləyər.
Ənənəpərəst ortodoks sistem müəyyən mənada bataqlıq kimidir. Hər kəsi, hər şeyi içinə çəkib boğmaq istəyir. Bu dəhşət verici sistemə biz heç vaxt tabe olmayacayıq.
Göbəkli Təpədə də, Nəmrud xarabalıqlarında da çox sayda masonlara məxsus simvollar var. Göbəkli Təpə mason məbədi idi.
Mövhumatçı, sevgisiz, keyfiyyətsiz, hər şeyə düşmən, insanların sevincini əlindən alacaq bir zehniyyətin Türkiyəni qaraltmasına əsla icazə vermərik. Türkiyəni tərtəmiz parlaq gələcək gözləyir. İncəsənət, gözəllik, elm, keyfiyyət düşmənləri boşuna həvəslənməsinlər.
Tayyib hocamın müasir Türkiyəni hədəfləməsi, keyfiyyəti, incəsənəti, gözəlliyi ön plana alması çox gözəl olar. Bəzi reaksiyalar onu heç usandırmasın.
Dekolteli qadınları dəyərsiz insanlar kimi görüb onları təcrid edən üslub çox çirkindir. Müsəlman hər təbəqəyə hörmətcil və nəzakətli olar.
Tayyib hocamın hər təbəqədən olan insanı qucaqlaması olduqca doğrudur. Bu yanaşma tərzini tənqid edənlər ağıllı və vicdani rəftar göstərmirlər.
Musəvi mənbələrində də Moşiyah, yəni Mehdinin bu əsrdə gələcəyi çox dəqiq ifadə edilib.