Sitatlar
Münafiq böyük olduğunu hiss etdirmək istəyər, süni hörmət arxasınca gedər. Buna görə də, dini yaşayırmış təəssüratı verməyə çalışar, təqvalı müsəlman təqlidi edər. Bunu edərkən də özünü haşa Peyğəmbərdən, Allahdan daha böyük görər. Münafiqin qəribə cəhəti, açıq-aydın küfr əhlinin yanına getmək, küfr əhli ilə yaşamaq varkən bütün vaxtını müsəlmanlarla mübarizə aparmağa ayırmasıdır. Peyğəmbərə və Peyğəmbərin yanındakı sadiq səhabələrə düşmən olar, onlarla mübarizə aparar. Gecə-gündüz müsəlmanlar əleyhinə fəaliyyət göstərər, hətta ölümü gözə alar. Lakin münafiq müsəlmanlarla mübarizə apararkən daxilən də həmişə zəifləyər. Şeytan onu ələ keçirdiyi üçün çox hüzursuzdur, dəli dana kimidir, nə edəcəyini, kimə necə sataşacağını bilməz. Buna görə də, münafiqlərin yanına küfr əhli də yaxınlaşmaz. Gözəl əxlaq insanlara xoşbəxtlik verən sistemdir. Bir mühitdə tək bir insan təkəbbürlü olsa insanlar narahat olurlar. Gözəl əxlaqlı insan isə hər yerdə xoşbəxtlik vəsiləsidir. Cənnəti də gözəl edən gözəl əxlaqdır. İnsanların gözəl davranması, bir-birini incitməməsi, qəzəbləndirməməsi, hər kəsin sabit olması, nalayiq danışan heç kəsin olmaması, iki üzlü birinin olmaması, hər kəsin coşğulu sevgini yaşaması cənnəti gözəl edir. Cənnətin çayı, daşı, torpağı deyil. Allah Özü gözəl əxlaqlıdır. Müsəlman Allahın əxlaqına sahib olmaq istəyər, Allah hər halda insanları bağışlayar, insan bəzən bağışlaya bilmir. Allah hər bəndəsini xilas etmək istəyir, insanlar bəzi insanlara yaxın ola bilir. Allah insanlara sui-zənnlə baxılmasını istəməz, həmişə hüsnü-zənnlə dəyərləndirər. İnsanlarda isə hüsnü-zənn əksikdir. Müsəlman Allahın əxlaqına qibtə edər. Müsəlman da Allah kimi gözəl əxlaqlı olduğu zaman həm özü rahatlıq tapır, həm də ətrafındakı insanlar rahatlıq tapır. Bu əxlaq cənnətin əsas xüsusiyyətidir. Həmçinin bütün bu gözəl əxlaqın əsas məqsədi sevgidir. Allahı sevmək və Allahın yaratdıqlarını sevmək üçündür.