Sitatlar
Şəhidlərimizin varlığı millətimiz üçün qürurdur. Şəhid vermək ümidsizlik verən mövzu deyil. Biz Çanaqqalada 200 min şəhid vermiş millətik. Tək bir meydan müharibəsində on minlərlə şəhid verdik. Bizim üçün vətən, dövlət, bayraq, millət müqəddəsdir. Allaha, vətənə, dövlətə, millətə söz etdirmərik, əl uzatdırmarıq. Bu vətəndən tək bir qarış torpaq, tək bir çınqıl daşı vermərik. Kilometrlər boyu torpaq istəmələriylə bir qarış istəmələri arasında bizim üçün fərq yoxdur. Lazım olsa 83 milyon şəhid olar amma bu vətəni böldürmərik. Şəhid sayını əsas götürərək hökumətə zərər verməyə çalışmaq fitnədir. Lazım olsa on minlərlə şəhid verərik amma Türkiyəni böldürmərik. "Şəhid sayı çoxdur, bu mübarizədən əl çəkin" deyəcəyimizi düşünürlərsə yanılırlar. Vətənin, bayrağın, dövlətin, millətin qorunması üçün lazım olsa bütün millət şəhid olarıq. Türk millətini yox etmək istəyənlərə qarşı, Türk millətinin hər mənsubu vətənini, millətini, bayrağını müdafiə etməyə məsuldur. Bizim üçün qazi olmaq, şəhid olmaq heç əhəmiyyətli deyil, biz gözə alırıq, şərəfdir bizim üçün. PKK-nı harada görsək nəfəs aldırmayacayıq, bütün yollarını kəsəcəyik. Tayyib hocamıza da dəstəyimiz tamdır. Polis, əsgər, dövlət hamımız yanındayıq. Milli lider dövlət deməkdir, milli liderin ətrafında birləşmək də dövlətin ətrafında sıx birləşmək deməkdir. Tayyib hocamızın ətrafında sıx birləşərsək düşmən qaçıb gedər. Münafiq dünyada da yanar, axirətdə də yanar, dünyada da biabır olar, axirətdə də. Münafiq yalnızlığa məhkumdur. Bütün cəmiyyət onlardan uzaqlaşar, insanlar nifrət edər, çünki küfr belə münafiqlərin əxlaqsızlıqlarını, pislik xarakterlərini dərhal anlayar. Münafiqlər müsəlmanlara qarşı hücum etdikcə, müsəlmanların üfüqü genişlənər, mübarizə əzmləri və qabiliyyətləri, şövqləri artar, gözəlləşər, sevinərlər. Münafiqlərin də bir o qədər çökmə sürəti və alçaqlıqları artar.