Sitatlar
Birtərəfli Darvinist təhsilin qaldırılmadığı müddətcə, cəmiyyətdə sevgi, hörmət və dəyər vermək mümkün olmayacaqdır. Yalnız uşaq və qadınların müdafiəsi cinayət sanksiyaları ilə təmin edilmir. Cinayət sanksiyaları əxlaqsız olanlara mane ola bilməz. Allahı, imanı və əxlaqi inkar edən Darvinizm insanlara öyrədilməyə davam edərkən, insanların qarşısında olanı bir növ heyvan kimi görəcəkdir. Bir-birini heyvan olaraq görənlərin hörmət, sevgi, dəyər vermə kimi anlayışları yaşaması qeyri-mümkündür. Gəncləri bir tərəfdən darvinist təhsil, digər tərəfdən ənənəçi Ortodoks sistemlə sıxışdırmağın sonunda ortaya dəhşət verici model çıxır. Bunu aradan qaldırmanın tək yolu doğru təhsildir. Aydın, müasir, elmi, imanı təhsillə gənclərin yetişdirilməsidir. Bəziləri, Mehdini gözləmək tənbəllikdir deyir. Halbuki bu çox səhv inancdır. Mehdini gözləyən, onu dəstəkləmək, ona tələbə olmaq üçün heyrətamiz səy göstərər, bütün gücünü istifadə edər. Çox şövqlü olur. Peyğəmbərimiz "Hz. Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli-i Beytimdən bir adamdır. "(Kitab-ul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, səh. 13) deyə Mehdinin gələcəyinin müjdəsini verir insanlara. Bədiüzzaman isə "O irəlidə gələcək qəribə şəxsin (Mehdinin) (təəccüb və heyrət oyandıran şəxsin) bir xidmətçisi və ona yer hazır edəcək bir dümdarı (əvvəldən gələn təqibçisi) və o böyük sərkərdənin PİŞDAR bir nəfəri (qabaqcıl bir əsgəri) olduğumu zənn edirəm." dedi və bütün ömrü boyunca Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardı. Əbdülqadir Gilani, İmam Rəbbani eyni şəklidə Mehdini gözlədilər və Allah yolunda, Mehdiyə xidmət etmək üçün mübarizə apardılar. Biz də Mehdini gözləyirik, tələbə olmaq istəyirik, bu səbəbdən var gücümüzlə mübarizə edirik.