Sitatlar
Sevginin təməl nöqtəsi şüur açıqlığı və səmimiyyətdir. İnsanın adi, bəsit komplekslərlə boğuşmamısı lazımdır. Beynin saflığını, təmizliyini, itiliyini çox yaxşı qoruması lazımdır. Allahın mövcudluğunu bilmək heyrətamiz sevinc vəsiləsi və rahatlıqdır. Sonsuz Ağla sahib bir varlığın nəzarəti altındasan, səni sevir və sən nə istəsən edir. Bu, çox böyük nemətdir. Əvvəlcə bütün sevginin Allaha yönəldilməsi əhəmiyyətlidir. Sevgini tamamilə Allaha yönəltdiyin zaman, Allah seviləcək insanlar olaraq sənə təcəlli edər. Allah beləliklə sevgini Özünə yönəldəni mükafatlandırar. Diqqətin Allahdan yayınmaması çox əhəmiyyətlidir. Allahı unudub hər hansı insan, cisim, mənfəət, ideoloji cərəyana diqqətin yönəlməməyi lazımdır. Allahın Fatihədə bildirdiyi ən doğru yol, Allahdan diqqətin heç yayınmamasıdır. İnsan ağlı bəzən zəifliyə meyllidir, bir anda sürüşə bilər. Sürüşdüyünü hiss etdiyin anda dərhal toplamaq lazımdır. Heç bir sürüşmə olmadan dümdüz gedildiyi zaman Allah əbədi olaraq sevgi içində yaşadar. Allah 2018-ci ili xeyirli uğurlu etsin, Allah təkrarına nail etsin. Xeyirlə, sağ-salamat, bərəkətlə. Allah möminlər üçün dünyanı cənnətə döndərsin, insanlara hidayət versin, İslam hakimiyyətini göstərsin. Ölkəmizi xeyirlə, bərəkətlə bürüsün. Allah möminlərə dünyanı cənnətə döndərsin, hər yeri abad və gözəl hala gətirsin. Möminlərin qəlbinə hüzur, fərəhlik, Müqəddəs Ruhla dəstək nəsib etsin. Allah hər cür xeyri, bərəkəti, yaxşılığı, gözəlliyi, incəsənəti, estetikanı möminlərin gözəl ruhuna həkk etdirsin. Möminləri xeyirlə, bərəkətlə uzun yaşatsın.